Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yaltaqdan necə qorunaq?

  • Müəllif  Asef

 

Quran və hədislərimiz bizə söyləyir ki, nəfs - insanın ən təhlükəli və qatı düşmənidir. Nəfs dedikdə, insanın istək və meylləri nəzərdə tutulur.

Qurani-Kərim Yusifin (ə) dili ilə deyir: "(Yusuf, yaxud Əzizin zövcəsi dedi:) "Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan)təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır"". ("Yusif" 53).
Əmirəl-möminin (ə) buyurur: "Əmmarə nəfs - yaltaq münafiq kimidir. Dosta uyğun rəftar edər, o zamana qədər ki, hiylə işlədər və düşmən kimi hakim olar. İnsanı bəyənilməyən vəziyyətə salar". 
Bəs bu düşmənlə nə edək?
Take.Az deyerler.org-a istinadən bildirir ki, Allaha pənah aparmaq - ən yaxşı yoldur. Bu nəfs təhlükəli olduğu üçün, insanın həlakət amili ola bilər. Həzrət Peyğəmbər (s) buyurur: "Nəfsinin qarşılığında Allahdan yardım istə". Əziz Peyğəmbər (s) bu qısa kəlamı ilə insana doğru yolu göstərir.
İnsanın nəfsi iki iş görməyə qadirdir. Onlardan biri - Allah Təala üçündür ki, bu iş insanı İlahi qəzəbdən xilas edər. Biri isə insanın nəfsinə aiddir. Bu, o məsələlərdir ki, insan ruzi qazanması üçün yerinə yetirməlidir. Əgər insan ancaq bu məsələlərə qərq olmasa və Allah Təalanı unutmasa, o zaman nəfsi islah ola bilər.
İnsanın islah olmasında təsirli ola bilən amillərdən biri - ağıl və düşüncələri işə salmaqdır.
Həzrət Peyğəmbədən (s) gələn hədisdən aydın başa düşmək olur ki, ağıl insanın nəfsini təkmilləşdirə bilər. Belə ki, Həzrət (s) buyurur: "Heç bir peyğəmbər məbus olmamışdır və heç bir rəsul göndərilməmişdir, məgər o halda ki, ağılı kamil olmuşdur. Onun ağılı bütün ümmətlərin ağılından üstündür".
Bu hədis buyurur ki, ağılın islah etmək qüvvəsi o qədər çoxdur ki, İlahi peyğəmbərlər (ə) risaləti qəbul etməzdən əvvəl özlərini bu silahla təchiz ediblər və sonra da ondan istifadə edib, qalan insanları islah ediblər. Ağıl, hidayət edə blən qüvvəsinə görə insanları tərbiyə edər, salehlərin sırasına qoşar.
İmam Sadiq (ə) buyurur: "Ağıl - elə bir vasitədir ki, Allah onunla pərəstiş olunmuşdur və onun vasitəsilə behişt insana nəsib olmuşdur".
Beləliklə, deyə bilərik ki, təhlükəli və qatı düşmən olan nəfsi hər bir insan tanımalı və onu islah etməlidir. Bu yolda ona ağlı və düşüncələri yardım edə bilər.



Oxşar mövzular:
  • Şeytani şəkləri tanıyaq
  • Qurani-Kərimdə Həzrət Yusif və Züleyxa dastanı
  • Allah hansı 4 şeyi hansı 4 şeydə gizlədib?
  • Qeyri-müsəlmanlara görə də xeyir duası etmək olar
  • Qəzəbin 3 mənfi nəticəsi, bizə yardım edən 6 əməl


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    DarrellAmurb
           312851161
    Şərhləri: 36
     
    Lewishox
           265852511
    Şərhləri: 28
     
    Stevenbeeks
           211564613
    Şərhləri: 20
     
    Williambibly
           167162572
    Şərhləri: 1
     
    Timothyron
           275217178
    Şərhləri: 1
     
    proprocom
           165872161
    Şərhləri: 1
     
    Terxan
           552933183
    Şərhləri: 1
     
    TheronReism
           236468237
    Şərhləri: 1
     
    BryantDiree
           155313813
    Şərhləri: 1
     
    ElmergeT
           254746656
    Şərhləri: 1
     
    «     Oktyabr 2020    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III