Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ətirli qəlyanaltı yağı

  • Müəllif  Asef

Ətirli qəlyanaltı yağı

 

Take.Az reyhanlı və çilili qəlyanaltı yağının hazırlanma qaydasını təqdim edir

Bu yağ nəinki buterbrod və tostlar üçün yarayır, həmçinin bişmiş kartof, tərəvəz və digər təamlarla əla dadır. Üstəlik, uzun müddət saxlamaq da olur. 

Tərkibi: 

1. reyhanlı: 

200 q kərə yağı
1 limonun sedrası
1 iri dəstə reyhan 
1 diş sarımsaq 
duz
istiot
2 x.q. zeytun yağı

2. çilili: 

200 q kərə yağı
1,5 ç.q. zirə toxumu
1,5 ç.q. keşniş toxumu
2 çili
1 diş sarımsaq 
2 x.q. zeytun yağı
1 dəstə keşniş (ya da cəfəri)
duz, istiot

1. Reyhanlı yağ 
Yumşaldılmış yağ, limon sedrası, reyhan yarpaqları, zeytun yağı, 1 çimdik duz və istiot, təmizlənmiş sarımsağı blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. 

2. Çilili yağ 
Quru tavada zirə və keşniş toxumunu 2 dəqiqə qızdırın. Soyudub həvəngdəstədə döyün. 
Xırda doğranmış çili, göyərti, yumşaldılmış yağ, keşniş və zirə toxumu, zeytun yağı, sarımsaq, 1 çimdik duz və istiotu blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. 

2 ayrı folqanın üzərinə yağları qoyun. Folqaların köməyi ilə kolbasa halına salın, kənarlarını bağlayın. Soyuducuda minimum 1 saat saxlayın. 

Süfrəyə qızardılmış tostlarla verə bilərsiniz.

Nuş olsun! 



Oxşar mövzular:
  • Keşyu ilə qarğıdalı şorbası
  • Reyhanla qurudulmuş pomidor - FOTO
  • Mətbəx sirləri: Keşniş sousu
  • Mətbəx sirləri: Çikaqo pizza-piroqu
  • Tənbəl salatı


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031