Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


6 qəpiyə alınan kartof niyə 10-15 dəfə baha satılır?

  • Müəllif  Asef

 

Azərbaycana gətirilən kartofun kiloqramı 6 qəpikdir. Ötən il Azərbaycana 7,5 milyon dollarlıq kartof gətirilib.

Take.Az-ın məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı üzrə ekspertVahid Məhərrəmov deyib.

V.Məhərrəmovun sözlərinə görə, il ərzində ölkəyə 125,5 min ton kartof idxal edilib. Amma kiloqramı 6 qəpiyə alınan kartof ölkə bazarında 10-15 dəfə baha qiymətə satılıb. Hazırda xaricdən gətirilən kartofun kiloqramı 60-90 qəpiyə təklif edilir.

Ekspert deyir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət olunur. Amma kartofun dəyərindən dəfələrlə baha satılmasının səbəbləri izah edilmir.

V.Məhərrəmov qeyd eddi ki, təkcə kartof deyil, digər kənd təsərrüfatı məhsullarının idxalında da artım var. Hətta bəzi məhsullara olan tələbat idxalın hesabına ödənilir: "Bu ilin 8 ayında meyvə-tərəvəz ixracı 2,69 faiz azalıb. Əvəzində isə eyni qrupa aid olan məhsulların idxal dəyəri 146 faizdən çox artıb. Keçən ilin 8 ayında ölkəyə 16,6 milyon dollarlıq meyvə-tərəvəz idxal olunduğu halda bu il 2,4 dəfə artaraq 40,9 milyon dollar təşkil edib. Yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 317 faiz artıb. Keçən ilin analoji dövründə bu qrupdan olan malın idxal dəyəri 6,2 milyon dollar olduğu halda bu il 4,3 dəfə artaraq 26,6 milyon dollar təşkil edib.

Digər mal qrupları üzrə də idxal artımı var. Məsələn, yeməli meyvəköklülər və kök yumruları 43 faiz, unüyütmə-yarma sənayesi məhsullarından səməni, nişastalar, inulin, buğda kleykovinası 15,81 faiz, yeyinti sənayesinin qalıqları və tullantılarından heyvanlar üçün hazır yemlər 3,28 faiz, müxtəlif ərzaq məhsulları 35,53 faiz, zülal tərkibli maddələrdən modifikasiya olunmuş nişastalar, yapışqanlar, fermentlər 4,53 faiz artıb. Ümumiyyətlə, idxalla bağlı statistik rəqəmləri nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, Azərbaycanın ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatını idxaldan aslı vəziyyətdədir. Daxili bazarda özünə yer tapa bilməyən yerli məhsul isə bazarlardan sıxışdırılaraq çıxarılır. Elə buna görə də kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil azalır".



Oxşar mövzular:
  • 3 milyard insan qoşulur
  • Fərdi kompüterlərin satışı azalır
  • Banklarda ödənişi gecikdirilmiş kreditlər artıb
  • Apple kompüterlərinin satışı artır
  • Braziliya ödənişli TV bazarının lideridir


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Dekabr 2021    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III