Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Sürücülərlə bağlı cəzalar sərtləşdirilir

  • Müəllif  Asef

Sürücülərlə bağlı cəzalar sərtləşdirilir

 

Nəqliyyat vasitələrinin idarəetmə hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir.

Take.Az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinin 152-ci maddəsinə təklif edilən əlavələrdə öz əksini tapıb.

Əlavələrə görə, ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Digər əlavəyə əsasən, nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Bundan əlavə, nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Milli.Az



Oxşar mövzular:
  • Avtomobil sahiblərinin nəzərinə: qaydalar dəyişdi
  • Yetkinlik yaşına çatmayanların tərbiyəsində məsuliyyətsizliklə bağlı cərimə ...
  • Gənc qızları qaçıranlar, xəbər sizin üçündür
  • Cinayət yolu ilə bilə-bilə pul vəsaitlərini əldə edənlərə qarşı cəzalar sər ...
  • Azərbaycanda avtoxuliqanlara qarşı cəzalar sərtləşdirilir


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2017    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930