Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Facebook-da növbəti yenilik: arzuolunmaz mesajları görməyəcəksiniz

  • Müəllif  Asef

Facebook-da növbəti yenilik: arzuolunmaz mesajları görməyəcəksiniz

 

Facebook istifadəçiləri artıq tanımadıqları şəxslərə mesaj göndərərkən əvvəlcə mesaj istəyi göndərəcək, bu qəbul edildikdən sonra mesaj yaza biləcəklər.

Take.Az musavat.com-a istinadən xəbər verir ki, Facebook-da dostunuz olmayan istifadəçilər sizə mesaj göndərdikləri zaman birbaşa mesaj qutusuna gəlmir, bunun yerinə "digər mesajlar" bölməsinə göndərilirdi.

Beləliklə, istifadəçi mesaj alması haqqında bildiriş alaraq, narahat edilmir və özü istədiyi zaman bunu mesaj qutusuna baxırdı.
 
Ancaq Facebook tətbiq etdiyi son yeniliklə bu bölməni ləğv edərək, əvəzinə "mesaj tələbləri" adlı yeni bölmə açdı.
 
Bundan sonra dostluq siyahınızda olmayan istifadəçilər sizə mesaj göndərərkən əvvəlcə istək göndərmək məcburiyyətində qalacaqlar. Siz istəklərini qəbul etdiyiniz zaman onların mesajlarını ala biləcəksiniz.

Beləliklə, istifadəçilər arzu etmədikləri mesajları görmək məcburiyyətində qalmayacaqlar və bu, onların razılığından asılı olacaq.



Oxşar mövzular:
  • İnstagram-dan yenilik
  • əhəd Əhədli - Oyaqsan hələ...
  • Sənsiz keçir ad günlərim
  • Facebookda mesajlaşmaq pullu olacaq
  • Sevgilinizə mesajı necə yazmalı ki, onu diqqətə alsın =)


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III