Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yeni il öncəsi qənaət və qazanmaq imkanı

  • Müəllif  Asef

 

Azərbaycanda daxili turizmin inkişafı məqsədilə turizm şirkətləri müxtəlif istirahət obyektləri ilə birgə Yeni il bayramı günlərində, eləcə də ümumilikdə qış fəsli üçün çoxlu xüsusi turist paketləri hazırlanıb. Paketlərdə münasib qiymətlərdir. Obyektlərdən, onların hansı zonada yerləşməsindən, otellərdən, təklif olunan xidmətlərın səviyyəsindən və onların çeşidindən asılı olaraq qiymətlər ötən illə müqayisədə təxminən 15-25 faiz aşağı olacaq.

Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, turistlərin qış dövründə ölkənin əsasən şimal-qərb və şimal-şərq zonalarında istirahəti üçün geniş imkanlar var. Onların arasında Qəbələdə, Şəkidə, İsmayıllıda, Qusarda və s. yerlərdə qış turizmi üçün şərait yaradılıb: "Tövsiyə edərdim ki, vətəndaşlarımız xaricə getməkdənsə Azərbaycanın daxilindəki turizm imkanlarından daha çox istifadə etsinlər. Ölkəmizdə həm qış, həm də yay turizmi üçün geniş imkanlar və potensial var. Bundan əlavə, ölkəmizdə sabitlik var, təhlükəsizlik məsələlərinə ciddi yanaşılır. Təqdim olunan xidmətlərin çeşidi, növləri də çoxalıb. Qiymətlər də sərfəlidir və əvvəlki illərlə müqayisədə nisbətən aşağıdır. Qiymətlərin aşağı düşməsi tendensiyası davam edir. Bu tendensiya insanların imkanlarının nisbətən azalması, eyni zamanda ölkədə və dünyada gedən iqtisadi proseslərlə əlaqəlidir".

ATA-nın baş katibi qeyd edib ki, turizm obyektlərində təqdim olunan xidmətlərin səviyyəsində də fərq var və daim püxtələşmə gedir: "Xidmətlərin çeşidliliyi və kəmiyyətinin çoxluğu ilə yanaşı, onların keyfiyyəti də yüksək olmalıdır. Məsələn, xarici ölkələrdəki turizm obyektləri əlavə xidmətlərdən daha çox pul qazanırlar. ATA da bununla bağlı turizm obyektlərinə tövsiyələr verir ki, çox qazanmaq istəyirlərsə, xidmətlərin çeşidini və keyfiyyətini artırsınlar. Həm də insanlara da orada istirahət etmək maraqlı olsun. Turist darıxmamalıdır. Onlar üçün əyləncəli proqramlar, xüsusən ailələr, uşaqlar üçün bütün xidmət növləri olmalıdır ki, həmin adamlara maraqlı olsun və gələcəkdə yenə oraya getmək istəsinlər. Əks halda, təbii ki, heç həmin obyektlərə üz tutmayacaqlar".

İlkin İzzət



Oxşar mövzular:
  • Qubada yeni turizm marşrutları artırılacaq
  • Turizm obyektlərindəki qiymətlər araşdırılacaq
  • Turizmin inkişafına əngəl olan səbəblər
  • Xaricə üz tutan Azərbaycan vətəndaşlarına MÜRACİƏT
  • İran və Gürcüstandan Azərbaycana gələnlərin sayı 3-4% azalıb...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    ferhadpro
           Нет
    Şərhləri: 2
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930