Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Belə yatmazlar

  • Müəllif  Asef

Belə yatmazlar

 

İnsan həyatın 1/3 hissəsini yuxuda keçirir.

Bu səbəbdən yuxu zamanı düzgün olmayan poza insanda müxtəlif pozulmalara səbəb ola bilər. Beləliklə, hansı pozalarda yatmaq olmaz:

- Qarnı üstə, başı yana çevrilmiş vəziyyətdə yatmaq. Bu vəziyyətdə onurğa arteriyası saxılmış vəziyyətdə qalır ki, baş beyinin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün ziyanlıdır.

Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.

Digər tərəfdən bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağciyər pis işləyir, orqanizm oksigeni daha az miqdarda alır.

Nəhayət bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır - dəri dartılır, sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir.

- Beli üstə, hündür yastıqda yatmaq. İnsanlar əsasən bu pozada televizora baxanda və ya kitab oxuyanda yuxuya gedirlər. Bu poza boyun fəqərələrinə çox mənfi təsir edir, sinirlər, əzələlər, damarlar sıxılır. Nəticədə insan oyanandan sonra boyun nahiyəsində güclü ağrı hiss edir. Daim bu pozada yatan insanda boyun osteoxondrozu inkişaf edə bilər.

Həmçinin bu pozada "apnoe" kimi ciddi pozulmadan əziyyət çəkən insanlara yatmaq olmaz. Yuxu zamanı xoruldayan insanların əksər hissəsində "apnoe" yaranır. "Apnoe" yuxuda nəfəsalmanın müvəqqəti dayanması deməkdir. Nəfəsalma dayananda beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalmanın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir. Bəzi ağır hallarda apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.

- Beli üstə, yastıqsız yatmaq. Bu zaman baş arxaya əyilmiş vəziyyətdə qalır ki, boyun fəqərələri deformasiya olunur. Nəticədə sinirlər sıxılır, beyin qan dövranı pozulur. Bu isə boyun nahiyəsində ağrılara, sinirlərin sıxılması nəticəsində qolda ağrılara və səhərlər baş ağrılarına səbəb ola bilər.

Həmçinin bu poza insanda osteoxondrozun inkişafına səbəb ola bilər.

Həkimlərin fikirinə görə, beli üstə yatmaq daha yaxşıdır. Bu zaman döşək nə çox yumşaq, nə də çox bərk olmamalıdır. Yastıq hündür olmamalıdır, insanın çiyinləri yuxu zamanı yastıqda deyil, döşəkdə olmalıdır. Hal-hazırda xüsusi anatomik yastıqlar satılır ki, bu yastıqlar boyun nahiyəsini saxlayır.

Bel üstə yatmaq hipertoniya və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün xeyirlidir. Həmçinin bu poza həzm proseslərinə kömək edir, üz dərisini qırışların əmələ gəlməsindən qoruyur.

Apnoedən əziyyət çəkənlərə, onurğa problemləri olan insanlara sol böyrü üstə yatmaq tövsiyə olunur.



Oxşar mövzular:
  • Artıq çəkinin təhlükəsi - hipertoniya, diabet, xərçəng...
  • Bel ağrılarından əziyyət çəkənlərə MƏSLƏHƏTLƏR
  • Bel ağrıları zamanı İLK YARDIM
  • Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər
  • Yanı üstə yatırsınız?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III