Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Bakıda falçıların yeni fırıldağı

  • Müəllif  Asef

 

Bakıda maraqlı oğurluq hadisəsi baş verib.

İki qadın fala baxmaq bəhanəsi ilə girdikləri evdən qızıl oğurlayıblar.
Take.Az musavat.com-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində fala baxmaq adı ilə evlərə gələn və sonradan oğurluq edən qadınlar peyda olublar. 

Artıq uzun müddətdir ki, bu haqda sosial şəbəkələrdə və insanlar arasında söz-söhbətlər gəzirdi. Lakin bu qadınların kim olması və kimlərin evindən oğurluq etməsi haqda məlumat olmurdu. Əldə etdiyimiz məlumata görə, artıq zərərçəkmişlər bu barədə polisə məlumat verməyə başlayıblar.
Xətai rayonu, Cavanşir küçəsində yaşayan 1989-cu il təvəllüdlü Nuray Rüstəmova da zərərçəkmişlərdəndir. N.Rüstəmova bu barədə Daxili İşlər Nazirliyinin "102-qaynar xətti"nə müraciət edib. 

Zərərçəkmiş polisə bildirib ki, qapını döyən iki qadın falçı olduqlarını deyiblər. 
Gənc qadın tanımadığı şəxslərin öz gələcəyi barədə məlumatlar verəcəyinə və həyatında müsbət dəyişikliklər edəcəyinə inanaraq, onları evə dəvət edib.

Orta yaşlı, şəxsiyyəti müəyyənləşdirilməyən həmin qadınlar Nuray Rüstəmovanın falına baxmaq üçün onun evinə daxil olublar. Sonradan falçı qadınlar evdən qızl və digər zinət əşyalarını götürüblər.
N.Rüstəmova falçılar evdən getdikdən sonra qızıllarının oğurlandığını bilib. 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.



Oxşar mövzular:
  • Dahi şəxslərin Qadınlar haqda dedikləri -
  • Bakıda iş axtaran qadını ofisdə zorladılar
  • Qadınlara deyilməyəcək sözlər...
  • Bakıda məktəbli qız anasını Facebook-a görə tərk edib?
  • Onun danışdıqları polis əməkdaşlarını da təsirləndirib...


  • Gerİ dön


    1 şərh


    • falçılara inamin sonu

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031