Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakıda evlərin yeni QİYMƏTLƏRİ - 15-20 min manat enmə var - FOTO

  • Müəllif  Asef

Bakıda evlərin yeni QİYMƏTLƏRİ - 15-20 min manat enmə var - FOTO

 

Take.Az xəbər verir ki, mənzil bazarındakı vəziyyəti öyrənmək üçünmusavat.com-un əməkdaşı şəhərin müxtəlif yerlərində mənzil alqı-satqısı ilə məşğul olan obyektlərdə olub. 
Manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da, daşınmaz əmlak və eləcə də avtomobil bazarında müştəri qıtlığı üzündən qiymətlər kəskin şəkildə enib. Bakıda yerləşən üzərinə "Ev alqı-satqısı" yazılan obyektlərdə çalışan şəxslərlə söhbətimiz zamanı onlar bildirdilər  ki, əhali gözləmə mövqeyindədir. Bu isə evlərin qiymətinə təsirsiz ötüşmür. 

Metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən "Maklerlər bağı" kimi tanınan ərazidə, boyunlarına ev satışı ilə bağlı elanlar asan satıcılara rast gəlsək də, alıcı yoxdur. Elə orada Rəhman adlı maklerlə söhbətimiz zamanı o bildirdi ki, fevral ayından sonra mənzil bazarında qiymətlər nəzərə çarpacaq dərəcədə enib: "Qiymətlərdə 15-20 min manat enmə var. Məsələn, əvvəl bir otaqlı mənzili 65 minə satırdıqsa, indi 42 minə də tapmaq olar. Eləcə də, çoxotaqlı mənzillərin də qiymətində azalma var. Kirayə bazarında da zəiflikdir. Bakıda harada ev kirayə verilir, satılırsa, məlumatım olur. Avqust ayı ilə müqayisədə indi kirayə mənzil bazarında qiymətlər 30-50 manat aşağı düşüb. Tikintidə işləyənlərin işdən çıxarılması, bir çox obyektlərin bağlanması nəticəsində rayondan bura işləməyə gələnlərin sayının azalması kirayə mənzil bazarın çökdürüb.

İndi daha çox gənc ailələr kirayə mənzil axtarırlar. Bir də tələbələr... O da  ki, təklif çox, tələb yox... Ona görə də qiymətlər enir".

Tələbatın azalması həm də satıcıların güzəşt mövqeyində olmasına səbəb olur ki, bu da qiymətlərə alıcının xeyrinə təsir edir. Eksperlər hesab edirlər ki, hazırda manatın məzənnəsinin stabil olmaması və növbəti aylarda dollara nisbətdə ucuzlaşmasının gözlənilməsi evlərin də qiymətinə təsir edəcək. Nəticə etibarı ilə mənzil bazarında qiymətlər indikindən də xeyli aşağı düşərək, 1990-cı illərin sonunda bazardakı rəqəmlərə qədər gedib çıxa bilər.

Musavat.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə mövzu ilə bağlı bunları söylədi: "Bazarda qiymətin enməsi hələ davamlı olacaq. Dollar ilə qiymətlər daha sürətlə enəcək. Yaxın illərdə qiymətlərin qalxması gözlənilmir. Çünki  ölkədə iqtisadi aktivlik, gəlirlər, iş yerləri, Rusiyadan gələn vəsait də getikcə azalacaq ki, bu da daşınmaz əmlak bazarındakı qiymətlərə öz təsirini göstərəcək".



Oxşar mövzular:
  • Tələbələrin mənzil problemi və bundan qazanclı çıxanlar… - REPORTAJ - FOTO
  • Daşınmaz əmlak bazarında son durum
  • Mənzil bazarında nə baş verir?
  • Bakıda evlərin qiyməti düşdü...
  • Paytaxtın torpaq və kirayə bazarında vəziyyət necədir?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    syspneti1982
           Нет
    Şərhləri: 1
     
    Martinkag
           226685615
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     Sentyabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Style I Style II Style III