Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Arıqladan, təzyiqi normallaşdıran... meyvə - FAYDALARI

  • Müəllif  Asef

Arıqladan, təzyiqi normallaşdıran... meyvə - FAYDALARI

 

Ananas çox zəngin kimyəvi tərkibə malikdir. Ananas A, PP, C , B qrupu vitaminlər, bir çox vacib minerallar (kalium, maqnezium, fosfor, yod, sink, mis, dəmir və s.), orqanik turşular, fermentlər, liflərlə zəngindir.
Belə zəngin tərkib ananası insan orqanizmi üçün olduqca faydalı edir. 
Take.Az saglamolun.az-a istinadən ananasın faydalarını təqdim edir.
 
İlk növbədə insanın ürək-damar sistemi üçün çox faydalıdır. Kalium və maqneziumla zəngin olan ananas ürək əzələsini möhkəmləndirir, ödemləri və ürəkdə olan gərginliyi azaldır.
 
Ananas qan damarlarına çox müsbət təsir edir - damarları möhkəmləndirir, onların elastikliyini artırır, tromblaşmanın qarşısını alır, aterosklerozun inkişafını ləngidir.
Varikoz xəstəliyi zamanı ananas çox yaxşı müalicəvi təsir edir.
Ananas arterial təzyiqi normallaşdırır, qanı duruldur.
 
Ananas sinir sistemi üçün də çox faydalıdır. Stress və depressiya ilə mübarizə etməyə kömək edir, insanın əhvalını yaxşılaşdırır.
Ananas həzm proseslərini sürətləndirir. Bu səbəbdən həkimlər "ağır" yeməklərdən sonra 1 dilim ananas yeməyi tövsiyə edir. Bu, mədədə ağırlıq hissinin əmələ gəlməsinə mane olacaq.
Liflərlə olduqca zəngin olan ananas bağırsaqları çox yaxşı təmizləyir və həmçinin onlara antiseptik təsir edir.
 
Ananas arıqlamağa kömək edir. Bu səbəbdən dietoloqlar ananası bir çox pəhrizlərə daxil edirlər.
 
Ananas və onun şirəsi tənəffüs sistemi üçün də çox faydalıdır - bəlğəmi duruldur, bəlğəmin çıxmasını asanlaşdırır, nəfəs yollarına antiseptik və iltihabəleyhinə təsir göstərir.
 
Ananas immun sisteminə də çox müsbət təsir edir. Soyuq fəsillərdə orqanizmin infeksiyalara və viruslara olan davamlılığını artırmaq üçün tez-tez ananas yeyin.
 
Ananas kişi və qadın cinsiyyət sistemlərinə çox müsbət təsir edir. Belə hesab olunur ki, ananas qadınlarda menstruasiya zamanı ağrıları azaldır, kişilərdə potensiyanı yaxşılaşdırır. 


Oxşar mövzular:
  • Kişilərdə potensiyanı artıran qida
  • Ananas yeyərək daha tez arıqlayın !
  • Meyvələrin faydası-Ananans haqqında
  • Faydalı meyvə və tərəvəzlər
  • Ömrü uzadan meyvələr


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    boreç
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2022    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III