Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"London taksi"ləri Sumqayıtda

  • Müəllif  Asef

 

"London taksi"ləri artıq Sumqayıtda da fəaliyyətə başlayıb.

Take.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Anar Səfərli deyib.

Onun sözlərinə görə, sözügedən taksilər artıq 10 günə yaxındır ki, Sumqayıtda müştərilərə xidmət göstərir.

A.Səfərli qeyd edib ki, yaxın vaxtlarda daha 80 taksinin Sumqayıta gətirilməsi nəzərdə tutulur: "Ümumilikdə 100 ədəd "London taksi"sinin Sumqayıta gətirilməsi gözlənilir. Bakıdan fərqli olaraq, Sumqayıtda taksilər başqa tariflə işləyirlər. Gün ərzində xidmət zamanı yığılan vəsait yarıbayarı bölünür. Vəsait sürücü ilə şirkət arasında bölünür".

Şöbə rəisi taksilərlə yanaşı, Sumqayıta sərnişindaşımada istifadə olunacaq müasir avtobusların gətiriləcəyini də bildirib: "Yaxın günlərdə Sumqayıta yeni avtobuslar da gətiriləcək".

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılsın.



Oxşar mövzular:
  • Bakı-Sumqayıt qatarının marşrutu və hərəkət intervalı
  • Bakıdan Sumqayıta ilk qatar yola düşdü
  • Bakı-Sumqayıt qatarı səhər 6-dan işləyə bilər
  • Bakı-Sumqayıt yolunda tıxaca son: vaxt açıqlandı
  • Sumqayıt, Gəncə və Naxçıvanda metro tikiləcək


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031