Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


İlin milyarderləri seçildi

  • Müəllif  Asef

İlin milyarderləri seçildi

 

2015-ci ilin ən uğurlu biznesmenlərinin adı bilinib.
 
Take.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Forbes" jurnalı yayıb. Jurnalın hesablamalarına görə, bu ilin ən uğurlu milyarderi "Amazon" saytının rəhbəri Cef Bezos olub. Onun sərvəti 29,5 milyard artıb. Hazırda Bezosun pulu 58,4 milyard dollar səviyyəsində dəyərləndirilir.
 
Feysbuk sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq bu il 11,2 milyard dollar gəlir əldə edib. Hazırda onun 45,6 milyard dollar pulu var. Quql saytının həmtəsisçisi Larri Peydc isə bu il 9,2 milyard gəlir əldə edərək, sərvətini 38,4 milyard dollara çatdırıb. Dünyaca məşhur axtarış sisteminin digər təsisçisiSergey Brin də bu il gəlirlərini artırıb. 2015-ci ildə onun gəliri 8,9 milyard dollar olub. Bununla da Brin öz varidatını 37,6 milyard dollara çatdırıb. "Blumberq" agentliyinin sahibi Maykl Blumberq isə bu il 5,5 milyard dollar gəlir əldə edib. Hazırda Blumberqin sərvəti 40,5 milyard dollar miqdarındadır.
 
Jurnal, həmçinin bu ilin ən uğursuz iş adamının adını da müəyyənləşdirib. Bu ada meksikalı maqnatKarlos Slim layiq görülüb. Slim bu il 14,2 milyard dollar pul itirib. Hazırda onun sərvəti 55,6 milyard dollardır. 


Oxşar mövzular:
  • Mərkəzi Bankın ehtiyatları azalıb
  • Apple fenomenal rekord vurdu - FOTO
  • Məşhur brendlərin adları açıqlandı - SİYAHI
  • Dnyann ən varl analar
  • Rusiya milyarderlərinin siyahs tərtib olunub


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829