Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Çörəklə bişirilmiş toyuq

  • Müəllif  Asef

Çörəklə bişirilmiş toyuq

 

Take.Az çörəklə bişirilmiş toyuğun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 toyuq 
400 q buğda çörəyi 
250 q baş soğan 
2 diş sarımsaq 
100 q qara zeytun (yaxud zoğal)
4 x.q. zeytun yağı
1 x.q. kəklikotu qurusu
duz
qara istiot 

Həvəngdəstədə sarımsaq, duz və dənəvər istiotu döyün. 3 x.q. zeytun yağı əlavə edin. 
Baş soğanı halqa doğrayın (nə qədər çox olsa, bir o qədər dadlı olacaq). 

Toyuğun ətini sümüyündən ayırın. (Ayrıca toyuq hissələri - bud, yaxud qanad da olar. Tək toyuq döşü isə quru alınır). Əti bir qaba yığıb kəklikotu və sarımsaqlı marinad qataraq qarışdırın, soğanı əlavə edib bir daha qarışdırın. 30 dəqiqə saxlayın. 

Çörəyi kubik doğrayın (çox xırda olmasın). 

Sinini zeytun yağıyla yağlayın. Çörək kubiklərini düzün. Toyuq ətini üzərinə düzün (amma soğansız), marinadı üstünə gəzdirin. 

200 dərəcə qızdırılmıq sobada 20 dəqiqə bişirin. Çıxarıb soğanı toyuğun üzərinə düzün. Daha 15 dəqiqə bişirin. Qara zeytun düzüb süfrəyə isti-isti verin.

Nuş olsun! 



Oxşar mövzular:
  • Fıstıqlı, darçınlı toyuq qovurması
  • Mətbəx sirləri: "Zolaqlıların səfəri"
  • Göbələkli kasserol
  • Qat-qat xəmirdən toyuq piroqu
  • Toyuq əti və göbələklə düyü zapekankası


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930