Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Qida yağları ilə bağlı əhaliyə xəbərdarlıq edildi

  • Müəllif  Asef

Qida yağları ilə bağlı əhaliyə xəbərdarlıq edildi

 

Hazırda Azərbaycanın qida yağı bazarında böyük hərc-mərclik var. Devalvasiya bu vəziyyəti daha da acınacaqlı hala gətirəcək. İstehlakçıya keyfiyyətsiz və baha qiymətə yağ satılır, onların hüquqları kütləvi şəkildə pozulur.

Take.Az bildirir ki, bunu report-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O, misal çəkərək qeyd edib ki, "Rossiskaya masla" markası adı altında N1 yazısı ilə satılan yağın üzərində "100 faiz təbii yağ" yazılıb: "Məhsulun yağlılığı 82,5 faizdir. Üzərində "100 faiz təbii yağ" yazıldığı halda, onun arxasında içərisindəki kərə yağının miqdarının bir faiz olduğu göstərilib. Bu yağı Azərbaycanda "Fazil" firması istehsal edir və yanlış markalanmaqla istehlakçı aldadılır.

"Xırman" firması tərəfindən istehsal olunan "Belqa" yağının üzərində də "100 faiz təbii yağ" yazılır. Yağlılığı 82,5 faizdir. Tərkibində pasterizə edilmiş inək qaymağı, inək yağı, yüksək keyfiyyətli bitki yağı və s. olduğu göstərilir. Ancaq tərkibində nə qədər kərə yağı olduğu qeyd olunmur. "Krestyanskoe" yağının da üzərinə "100 faiz təbii yağ" yazır. Yağlılığı 82 faiz olan bu yağ qarışıq yağdır. Bu da Azərbaycanda istehsal olunur. Qarışıq yağ olsa da, tərkibi göstərilmir".

E.Hüseynov alıcılara məsləhət də verib. O bildirib ki, fərqli yağları eyni temperaturda saxlamaqla hansının təmiz yağ olduğunu öyrənmək olar: "Eyni temperatur şəraitində hansı yağ daha bərkdirsə, o, kərə yağıdır, barmaq batan isə artıq qarışıq yağdır. Təbii kərə yağını kəsəndə o dağılır, qarışıq yağlar isə daha rahat kəsilir. Təmiz kərə yağının ərimə temperaturu azdır, qarışıq yağlarda yuxarıdır. Buna görə də qarışıq yağlar insan orqanizmində ciddi xəstəliklər əmələ gətirə bilər". 



Oxşar mövzular:
  • Yağlı, amma xeyirli
  • Elnar Xəlilov feat Mələk-Yağ ey yağış (2015 mp3)
  • Toyuq əti, yumurta ucuzlaşdı, qoyun əti, yağ bahalaşdı
  • Qadınlar, diqqət: yağ ləkələrindən belə qurtulun
  • SADƏCƏ YAĞ!


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    boreç
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2022    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930