Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Müsəlman qadınlar üçün fond yaradıldı.

Müsəlman qadınlar üçün fond yaradıldı.

 

 

 

Böyük Britaniya hökuməti ölkədə yaşayan müsəlman qadınlara ingilis dilinin öyrədilməsi üçün 20 milyon funt-sterlinq həcmində (29 milyon ABŞ dolları) fond təsis edib. Böyük Britaniyanın baş naziri Devid Kemeron yanvarın 18-də "Tayms” qəzetində çıxan məqaləsində bildirib.

Baş nazirin fikrincə, bu addım Böyük Britaniyada həmrəy cəmiyyətin yaranmasına yardım edəcək və müsəlman ailələrə qarşı diskriminasiyanı, sosial təcridolunmanı aradan qaldıracaq.

Kemeron passiv tolerantlıq erasına və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə son qoymağa çağırıb: "Bu problemə münasibəti dəyişmək lazımdır. Bura Böyük Britaniyadır. Burada qadınlar və qızlar geyimini, yaşayışını və kimi sevdiklərini seçməkdə azaddırlar. Məhz bizim dəyərlərimiz bu ölkəni indiki halına gətirib çıxarıb və biz bu dəyərləri gələcək nəsillərə ötürə bilmək üçün müdafiə etməliyik”.

Kemeron qeyd edib ki, hazırda Böyük Britaniyada ingilis dilində danışmayan 190 min müsəlman qadın yaşayır: "Hökumətin qiymətləndirməsinə görə, bu, cəmiyyətdə sosial gərginlik riskini artırır və ingilis dilini bilməyən ayrı-ayrı insanların radikallaşmasına aparır. Məhz buna görə də hökumət hərəkətə keçmək qərarına gəlib”.

İngilis dili kurslarının könüllü olduğunu və məktəblərdə, sosial mərkəzlərdə, hətta evlərdə də keçiriləcəyini deyən baş nazir bütün tədris xərclərini hökumətin öz üzərinə götürdüyünü vurğulayıb.

 

 



Oxşar mövzular:
  • 27 yaşlı bu müsəlman miqrant İsveçin təhsil naziri oldu
  • Gözəl sözlər 💁
  • Qisa Maraqli Hekayeler
  • Dark Horse'a Müsəlmanların Ağır etirazi
  • Hicablı Müsəlman qadınlar yenə təhqir olundu


  • Gerİ dön


    3 şərh


    • Tewekkurler


    • ayka
    • Xəbərlər: 10
    • Şərhlər: 522
    • İCQ:


    • Çox gözəl bir xəbərdi

    • --------------------------------------------
      Instagram : ilkin1995
    • İlkin
    • Xəbərlər: 10
    • Şərhlər: 2870
    • İCQ:


    • Çox sağolunnnnn

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III