Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"Ünvanlı sosial yardımın verilməsi qaydaları tamam dəyişməlidir"

  • Müəllif  Asef

"Ünvanlı sosial yardımın verilməsi qaydaları tamam dəyişməlidir"

 

Ünvanlı sosial yardımın verilməsi qaydalarının dəyişdirilməsi təklif olunur.

Milli.Az xəbər verir ki, bu təkliflə iqtisadçı-ekspert Qalib Toğrul çıxış edib.

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımın təyin edilməsinə və verilməsinə nəzarəti həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda ona sosial yardımın təyin olunmasından imtina olunması" ilə bağlı müddəanı "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları"ndan çıxarmaq fikrindədir.

Ekspertin fikrincə, həmin qaydalarda digər dəyişikliklər də edilməlidir:

"Birinicisi, sosial yardım almaq hüququnun əvvəlcə 6 aydan 1 ilə, sonradan 1 ildən 2 ilə uzadılması birmənalı şəkildə yanlış qərardır. Bu, sosial yardımın mahiyyətinə ziddir. Müddətin uzadılması aztəmnatlı ailələrin yoxsulluq girdabından çıxmasını əngəlləyən, onlarda arxayınçılıq yaradan, yoxsulluğun xroniki hala keçməsinə şərait yaradan əsas amildir. Əslində, müddət mümkün qədər qısa olmalıdır ki, belə ailələrdəki dəyişikliyi qeydə almaq mümkün olsun. Təcrübədə 6 ay, 1 il kimi müddətlərdən istifadə olunur.

İkincisi, qaydalarda yazılır ki, yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda müraciətə imtina verilir. Bu, çox məntiqsiz bir məhdudiyyətdir. Yoxsul ağacda yaşamalı deyil ki, onun da evi ola bilər. Və yaxud ev aldıqdan 1 il sonra ailə yoxsullaşa bilər. Heç kim bundan sığortalanmayıb.

Üçüncüsü, eyni tələb ölkə üzrə yaşayış minimumunun 10 misli məbləğində alqı-satqı etdikdə də qüvvədə olur. İndiki halda söhbət 1360 manatlıq alqı-satqıdan gedir. Bu da gülməli tələbdir. Hazırda kimsə bu məbləğdə nəsə satıbsa və ya alıbsa, ona sosial yardım düşmür.

Dördüncüsü, ailənin maşını olanda da ona sosial yardım verilmir. Bu da məntiqsiz tələbdir. Maşının olması da ailənin yoxsul olmaması anlamına gəlməz və ya buna təminat verən hal deyil".

Q.Toğrul besab edir ki, sosial yardımın təyini və verilməsi qaydalarında dəyişməli və ya çıxarılmalı başqa müddəalar da var.

İlkin İzzət



Oxşar mövzular:
  • ''Deyir ki, 10 ayını bizə ver, sosial yardım düzəldək" - FOTO
  • Kredit alanlara sosial yardım verilmir
  • Gənclərə MÜJDƏ: mənzil dərdi bitəcək
  • Azərbaycanda atalıq məzuniyyətinə münasibət necədir?
  • Ünvanlı sosial yardımın verilməsində yeni mərhələyə qədəm qoyulur


  • Gerİ dön


    1 şərh


    • Təşəkkürlər xəbərə görə

    • --------------------------------------------
      Instagram : ilkin1995
    • İlkin
    • Xəbərlər: 10
    • Şərhlər: 2870
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Nunu001
           2003
    Şərhləri: 1
     
    attention
           Нет
    Şərhləri: 1
     
    Sanar
           Нет
    Şərhləri: 1
     
    AlbertoKM
           378254161
    Şərhləri: 1
     
    Sarı mələk
           Нет
    Şərhləri: 1
     
    «     Mart 2020    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031