reklam
Lənətli qızcığaz:22ci BöLüm Lənətli qızcığaz:22ci BöLüm https://take.az/uploads/posts/2023-01/thumbs/1674832975_img_20230119_163108.jpg
ice berg

ice berg Hekayələr 27-01-2023, 23:32

Lənətli qızcığaz:22ci BöLüm

Lənətli qızcığaz:22ci BöLüm
Nurayın dilindən
Dünənki gecə bitmiş, səhər açılmışdı. Gülayla bərabər univeristetə gəlmişdik. Dünən Zəfər gillərin üstünə çox getdiyimi düşünmüşdüm. Nəticədə bizə kömək etmişdilər. Əks bir hərəkətlərində görməmişdim. Ancaq mənim içimdə olan narahat hiss özünü yenə göstərmişdi. Mən tam düzəlməmişdim... Hələdə insanları özümdən uzaq tuta biləcək, qırıcı sözlər deyə bilirdim... Bunu düşünərək ona pencəyini bəhanə edib mesaj atmışdım. Əslində isə danışdıqca ona bağışla məni deyəcəkdim... Son zamanlarda çoxlu səhvlər edirdim. Sonra onları bir bağışlaya sığdırmağa çalışırdım... Ancaq düşündüyüm kimi olmadı... Zəfərlə danışığımız hec xoş yerdə bitmədi. Hətda məni əngəllədi...
Dərsimin bitməsindən istifadə edib onların sinif otağına getdim. Darçın qoxusu gələn cins pencəklə vidalaşmağın vaxtı idi... Bunu ata bilməzdim...
Onların sinif otağının olduğu dəhlizə çatdım. Burda tanıdığım bir tək insana rast gəldim. Oda Sənan idi... Ən son pəncərədə 3 - 4 oğlanla dayanıb söhbət edirdi. Zəfər ordadımı deyə göz ucu baxdım. Amma onu orda görə bilmədim. Sənana nəzər yetirdiyimdə göz gözə gəldik. Yanındakı oğlanlara nəsə deyib, yanlarından ayrılaraq yanıma tərəf gəlməyə başladı. Ətrafdan insanlar keçirdi deyə, künc tərəfə keçib dayandım. Yanıma keçib tam qarışma keçərək, əlimdəki pencəyə baxdı. O gülən üzünün yeri, uzaq bir məsafə almışdı sanki.
"Salam. Zəfər hardadı bilmirsən? Bu pencək onundu. Qaytarmağa gəlmişəm"
"Zəfər o pencəyi istəmir. Boşuna bura qədər əziyyət çəkmisən"
"Mənə harda olduğunu de"
"Yetəri qədər açıq dildə danışdığımı düşünürəm"
"Mənim sözlərimdən istifadə etmə"
"Açıq danışacam səninlə... Nuray, biz çox deyib gülən insanlarıq. Bu vaxta qədər hec kimə pisliyimiz dəyməyib. Hər zaman insanlara kömək etmək istəmişik. Bizim yaxşı niyyətimizi görməzdən gələnlərdən isə uzaqlaşırıq. Dünən mən o qədərdə ciddiyə almadım dediylərinizi. Amma Zəfər ciddiyə alıb... Mən bu yaşıma qədər sırf Zəfərə görə, necə insandan uzaqlaşdım. Ona pis gələcək, onu incidəcək insanlardan uzaq qalmağı secdim. Bu gündə belə edəcəm. Birdə bizim qarşımıza çıxma"
Yetəri qədər açıq danışmışdı... İnsanları niyə qırmışdım? Oysa bunu bilərəkdən etməmişdim. Mən yanımda olan Ruslanı belə qırıb incidirdim. Yad insanlarımı qırmayacaqdım? Pencəyi əlimdə möhkəmcə sıxmağa başladım. Sənanın etdiyim hərəkətə fikir verdiyini gördüyümdə əllərimi boşaltmağa çalışdım. Amma olmurdu... Əllərim isə sözümə baxmırdı...
"Zəfəri çağır..." dedim
"Ardımca gəl" dedi
Sənan arxasını çevirib irəli getdiyində məndə ardıyca getməyə başladım. Piləkanlardan aşağı düşüb ikinci mərtəbəyə çatdıq. Hələdə hara getdiyimizi bilmirdim. Sağdan ikinci dəhlizə keçid edib bir qapının yanında dayandı. Qapıya çatdığımda, divarda yazılan 'Kitaxana' tabelasına baxdım. Burda idimi? Mən bilən bu korpusda olan bu kitaxanaya çox gəlinməzdi.
"Burdadı?"
"Hə... Cəza olaraq buranı təmizləyir indi"
"Nə cəzası?"
"Asif bir az boşboğazılıq edib... Onun nəticəsində burdadı. Hər seyi öz üstünə götürdü. Mənə icazə vermədi ona kömək etməyə"
"Dostluğunuz... Dostluğunuz nadir tapıntıdı"
"Dostdan əlavə qardaşıq biz"
"Mənə onda uğur dilə"
"Uğur səninlə olsun"
Yanımdan ayrıldığını gördüyümdə qapını yavaşca açıb içəri daxil oldum. Qapınıda yavaşca açıb ətrafa baxdım. Rəflər və masalardan onu hələdə görə bilməmişdim. Səssizcə irəlləməyə başladım. Üçüncü rəfin döngəsində onu gördüm. Bir rəfə söykənmişdi. Əlində bir kitab vardı. Başını aşağı salıb kitabı oxuyurdu. Burda bu qədər təmizlik işi varkən, kitab oxumaqmı?
Dəqiqələr keçmişdi... Mən bir rəfin küncünə keçib ona baxırdım. O isə kitabı oxuyurdu... Yorulmuş olacaqki, kitabı bağlayıb əlini boyun arxasına gətirdi. Sonra saclarını qarışdırmağa başladı. Yerdən dəstək alıb ayağa qalxdığında məni gördü. Məndə rəfin arasından çıxdım. Gizlənəcək yerim yox idi. Ayağa qalxıb üst başını düzəltdiyində "Nə oxuyurdun?" dedim. Sanki arada qırğınılıq yox imiş kimi....
"Romeo Juliet desem?" dedi əlindəki kitabı rəfə yerləşdirərkən.
"Sənin kitab oxuya biləcəyini hec düşünməmişdim"
"Sən məni canavar kimi görürsən"
"Canavar olmadığını sübut et"
Qarışma keçib baxışlarını qısdı. Qalın dodaqlarını aralayıb "Ah Juliet.. Neden böyle güzelsin ha? Yoksa ele avuca sığmayan ölüm mü aşık oldu sana? İnanayım mı o iğrenç canavarın bu karanlıkta sevgilisi olasın diye seni sakladığına? İşte bundan korktuğum için.. Sonsuzadek yanında kalacağım…" dedi. Əzbərə demişdi... Ağızı açıq şəkildə hələdə ona baxdığımda "Ağızını bağla" dedi. Dodaqlarımı bir birinə kilitlədim. Gözünü əlimdəki pencəyə çevridiyində, dodağının kənarı qıvrıldı. Yanımdan keçib bir rəfə yaxınlaşdı. Kitabların üstlərinə baxıb düzəldərək "Həm sən niyə gəldin?" dedi. Bir masanın küncünə söykənib "Pencəyini gətirdim..." dedim. Fikirini işə verib bir yanda da mənlə danışmağa başladı
"İstəmədiyimi demişdim"
"İstəsəndə istəməsəndə bu sənindi"
"Məni necə tapdın?"
"Səni tapmaq o qədərdə çətin olmadı. Sənan bir az mənə insanlıq dərsi verdi. Sonrada sənin olduğun yerə gətirdi. Yəni bura... Kitabların arasına"

"Vaxtını boşuna burda itirmə. Mən axşamdan tez burdan çıxan deyiləm"
"Kömək edən olsa tez çıxarsan"
"İstəmirəm"
"Sən istəmirəm sözünü əzbərləmisən"
"Mən məni istəməyən adamla söhbət etmək istəmirəm"
"Edirsən. Bu səndə çox gözəl alınır. Həm mən səhvimi başa düşdüm... Gəl başa qayıdaq"
"Yoxsa bu bir evlənmə təklifimi Juliet?"
"Bəli bu bir evlənmə təklifidi Romeo. Qəbul edirsən?"
"Bir az naz edəcəm. Belə asand yola gələ bilmərəm mən" dedi, başını aşağı salıb gülərək.
"Birinci dəfədi birindən əngəl yeyirəm"
"Ooo bir afərin düşür onda mənə"
"Görürəm çox sevdin"
"Mən insanların əkisi, birinin qəlbini qırmayım deyə səssizcə uzaqlaşmağı secirəm"
"Söz atmağında yaxşıdı... Söz öz ünvanına çatdı"
"Sevindim... Onda boş durma kömək elə mənə"
Əlimdəki pencəyi stoluna başına yerləşdirdim. Çantamıda masanın üstünə qoydum. Cibimdən telefonu çıxardıb ekrana baxdım. Ruslandan mesaj vardı. Telefonumun zaretqanın azaldığını gördüm. Hardasa bir azdan sönəcəkdi. Vaxt itirmədən mesaja baxdım
"Bu gün işim çox çəkəcək. Mən indidən darıxdım... Axşam gec gəlsəmdə, mütləq siz tərəfə keçəcəm. Nur üzünü görmədən qala bilmərəm. Boş vaxt tapan kimidə zəng edərəm. Yaxşımı?"

Bir cavab verməli idim... Burda qalıb ona kömək etsəm danışa bilməyəcəkdik. Telefon sönəcəkdi...

"Danışmaq alınmayacaq. Mənə zəng çatmasa narahat olma. Mən kitaxanadayam. Kitablara baxacam bir az. Axşam səni gözləyəcəm" yazaraq göndərdim. Telefonuda masanın üstünə qoyub, rəflərə tərəf yönəldim. Kitabları həm səliqəyə salmaq lazım idi. Həmdə rəflərin tozun almaq. Bir az yorucu gün məni gözləyəcəkdi. Amma bu kitabların arasında olmağa dəyərdi
Bir necə rəfləri təmizlədikdən sonra yorulmuşdum. Gunorta çoxdan keçmişdi. Bufetdə bir seylər yesəmdə özümü ac hiss edirdim. Yadıma çantamın içində olan şokaladlar düşdüyündə, çantamı əlimə aldım. Zəfər məndən bir az uzaqda olduğundan onun yanına gəldim. Paylaşmağı sevərdim mən. Aşağı çöküb bir rəfə söykəndim. Qara rəngli kürək çantamı açarkən "İşini yarımcıq saxla bura gəl" dedim. Əlindəki işi yarım saxlayıb yanıma oturdu. Ancaq arada məsafə saxlamışdı
"Yoruldun deyəsən?" dediyində, çantamdan iki şokalad çıxartdım. Yaxşıki almışdım...
Şokaladı görər görməz gözünə işıq gəldi. Təklif belə etməmiş şokaladın birini əlimdən aldı.
"Təklif etməmişdim hec" dedim.
"Səni əziyyətə salmadım. Təklif etməyəcəkdinki onsuz?"
"Edəcəkdimdəə"
"Etdin say, sən"
Şokaladı açıb bir dişləm aldı. Şokaladdan başqa çöplü meyvə şirəsidə almışdım. Amma ondan bir dənə idi. Çöplü meyvə şirəsini çıxartdığımda "Oo mədəm bayram edəcək" dedi
"Bundan bir dənədi"
"Olsun. Həm sən içərsən həm mən"
"Mən birinin içdiyi sudan içə bilmərəm"
"Həə qızlar belə seydən iyrənir axı"
"İyrənməklə əlaqəsi yoxdu. Düzgün bir sey deyil"
"Sən iç sonra yarıda mənə saxla. Mən içərəm"
"Oğlanlar öküz olur dediklərində inanmamışdım" deyib şokaladımı açdım. Zəfər şokaladını çoxdan yeyib bitirmişdi. Mən isə hələdə yarsında idim. Çöplü meyvə şirəsindən az - az içirdim. Elə bil vaxt öldürməyə çalışırdım. Zəfər üzünü asıb dodaqlarını balaca uşaq tək qarşıya sallayıb "Day deki vermək fikirin yoxduda. 10 dəqiqədi bir suyu içib qutara bilmədin" dedi. Buna güldüm...

Gülüşüm xoşuna getməmiş olacaqki "Gülmə... Mən mədəmə düşkün insanam" dedi. Dözə bilməyib suyu ona tərəf uzatdım. Böyük məmnuniyyət ilə meyvə şirəsin alıb içməyə başladı. Bu məcara burda bitərdi. Evə getməli idim
"Mən artıq getməliyəm. Dərslərim çoxdu sabaha"
"Gözlə işim az qalıb. Apararam evə mən səni"
"Əziyyət olacaq sənə"
"Nə əziyyəti kürəyimdə aparmayacamki, maşın aparacaq səni"
"Yaxşı onda cəld ol yarım qalan işi tamamlayaq"
"Bir sey deyim. Sən dərslərdə necəsən? Mənə bir müəllim lazımdıda"
"Sən məndən yuxarı kurssan. Sənə hec nə öyrədə bilmərəm"
"Ən azından dənəmə sürəcindən keçmək olar"
"Fikirləşərəm bu haqqda. Qalx iş başına" deyib ayağa qalxdım. Zəfərdə ayağa qalxıb ətrafa baxdı
"Sən çox yoruldun. Keç otur mən özüm həll edəcəm" dedi
Yorulduğumdan üstünə getməyib razılaşdım. Stolun birin çəkib əyləşərək qolumu masaya qoyub, başımıda qoluma yasladım. Gözlərimi yumduğumda üstümdə bir ağırlıq hiss etdim. Gözlərimi yarımcıq açıb baxdığımda Zəfərin, pencəyini üstümə atıb düzəltdiyini gördüm. Burnuma xoş darçın qoxusu yenə vurmuşdu. Yanımdan keçib getdiyini gördüyümdə, gözlərimi tam açıb ona baxdım. Kitablarla nazikcə rəftar edirdi. Sanki, qırılacaqdılar... Yanaşma tərzi qəribə idi. Ona baxdıqca gözüm özü özlüyündən yumulmağa başladı...

***

Gözlərimi açdığımda Zəfərin qarşı stola oturub məni seyr etdiyini gördüm. Ayıldığımı görər görməz gözlərimi üstümdən çəkib "Yatmışdın... Oyatmağa qıya bilmədim" dedi.
"Sa - saat necədi?" dedim gözlərimi ovuşdurub
"6 tamamdı deyək"
"Getmək lazımdı. Hava qaralıb"
"Bir az daha yatsaydın gecəni burda keçirtməli olacaqdıq. Univerisitet bağlanır artıq"

"Tələs onda"
Çantamıda pencəyidə götürüb kitaxanadan çıxdıq. Bu pencək bu gündə başıma qalmışdı deyəsən. Hələdə yuxulu olduğumun fərqində idim. Evə gedib sadecə yatmaq istəyirdim. Yol boyu hec danışmamışdıq. Yorğunluq canıma işləmişdi... Zəfərində gözlərindən yorğunluq axırdı. Bu işi onun başına biz açdıq deyə ona köməklik etdim. Biz olmasaydıq, başına Asif bəlasıda çıxmayacaqdı. Bir canımızı qutara bilmədik...
Gəlib çatdığımızda maşını saxladı. Getmək vaxtı idi. Pencəyi maşında qoyub aşağı düşmək istəyimdə "Onu sənə bağışlayıram" deyib pencəyi mənə uzatdı.
"Qəbul etməsəm?"
"Hədiyyələr geri çevrilməz"
"Belə görürəm mən canımı bu pencəkdən qutara bilməyəcəm"
"Ah bunu çoxdan bilmiş olsaydın, indi hər sey başqa cürə olardı"
"Yaxşı. Qəbul edirəm"
Pencəyi əlimə alıb maşının qapısını örtdüm. Binaya giriş edib piləkanları çıxmağa başladım. Ruslanın yaşadığı mərtəbəyə çıxdığımda, Ruslanın evinin qapısı açıldı. Ruslan qapıdan çıxdığında məni gördü. Gülərək "Bu gün evə gec gələcəyini demişdin bəs?" deyib bir pillə daha yuxarı çıxdığımda, evindən bir qız çıxdı. Qız məni görər görməz özünü itirmiş kimi oldu. İlk gözümə çarpan sey dodağında olan qırmızı pomadanın qıraqlara daşması oldu. Ruslan bu gördüyüm görünütünü mənə izah edə biləcəkdi?

Bölüm sonu
Müəllif:Goncha

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 394 300 341 274 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.