Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"Bef burginyon"

  • Müəllif  Asef

"Bef burginyon"

 

Take.Az "Bef burginyon"un hazırlanma qaydasını təqdim edir

Tərkibi (3-4 pay): 

1 kq sümüksüz dana əti 
6 ortaboy kartof
1 iri yerkökü
1 iri baş soğan 
4 diş sarımsaq 
Provans otları
rozmarin, kəklikotu, dəfnə yarpağı, dənəvər istiot 
duz
un
1 butulka qırmızı şirin şərab 
şampinyon
marinə edilmiş "mirvari soğan" (hazırı satılır, tapmasanız, linkdə hazırlanma qaydası var, yaxud onsuz da keçinmə olar)

Əti tərəfi 4 sm olan kubik doğrayın. Duz və provans otları vurun. Tərəvəzi hazırlayanadək ət marinə olacaq. 

Yerkökünü iri, barmaq qalınlıqda uzunasına doğrayın. Soğanla sarımsağı da iri doğrayın. Hamısını ayrılıqda qovurub odadavamlı qaba yığın. 

Bir parça cuna (yaxud ağ pambıq parça) götürüb rozmarin, kəklikotu, dəfnə yarpağı, dənəvər istiotu içinə qoyub bükün, ağzını bağlayın. Tərəvəzin üstünə qoyun. 

Ət tikələrini una batırıb bitki yağında hərtərəfli qızardın. Əgər ət çox, tava balacadırsa, hissə-hissə qovurun. Çünki əks təqdirdə ət qızarmaq əvəzinə şirəsini buraxıb bişəcək. 
Qızarmış əti tərəvəzin üzərindən düzün. 

Qırmızı şərabı tökün. O, əti tam örtməlidir. 160 dərəcə qızdırılmış sobada 2,5-3 saat bişirin. 

Bişməyə yarım saat qalmış kartofu təmizləyib yuyun, suda bişirin. Göbələyi qovurun. 

Hazır xörəyi sobadan çıxarın. Otları bükdüyünüz parçanı götürün. Göbələyi əlavə edin. Süfrəyə bişmiş kartof və "mirvari soğan"la verin. 

Nuş olsun! 



Oxşar mövzular:
  • Uxa və rassteqay
  • Şampinyonla lobya bağlaması
  • Göbələkli kasserol
  • Lankaşir raqusu
  • Qabaq kürüsü


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930