Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ətirli alma çayı

  • Müəllif  Asef

Ətirli alma çayı

 

Take.Az ətirli alma çayının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

3 alma
1 limon 
50 q qara çay 
2 x.q. narın şəkər tozu
1 x.q. mixək
2 darçın çubuğu

Sobanı 100 dərəcə qızdırın. 
Almaları təmizləyib kubik doğrayın. Dərin qaba yığın, üzərinə limon şirəsi və şəkər tozu töküb yaxşıca qarışdırın. 
Siniyə bir lay yığın, sobaya qoyub 1 saat 30 dəqiqə qurudun. 
Sonra sobadan çıxarıb elə sinidə tam soyudun. 
Darçın və mixəyi quru tavada orta itilikli odda 2 dəqiqə qovurun. Həvəngdəstədə döyün. Blenderdə də xırdalaya bilərsiniz, amma həvəngdəstədə hazırlasanız, ətri daha güclü olacaq. 
İri qabda quru çay, ədviyyat və almanı qarışdırın. 
Ağzı hermetik bağlanan qaba yığıb 2 həftə saxlayın. Sonra adi çay kimi dəmləyin. 

Nuş olsun! 



Oxşar mövzular:
  • Badam və kişmişlə alma ştrudeli
  • Alma, kartof və ədviyyatla qaz qızartması - FOTO
  • Boranı şəkərləməsi - FOTO
  • Yumşaq içlikli limon keksi
  • Alma sirkəsində marinə edilmiş skumbriya


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829