Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Məktəbdə telefonlardan istifadə qadağan edildi

  • Müəllif  Asef

Məktəbdə telefonlardan istifadə qadağan edildi

 

Milli.Az-a daxil olan valideyn şikayətində qeyd olunur ki, Binəqədi rayonundakı 182 saylı orta məktəbin direktoru Zinyət Tağıyeva fevralın 15-də valideynləri məktəbə yığaraq onlara xəbərdarlıq edib. Bundan əvvəl isə 8-ci sinifdən yuxarı sinif şagirdlərində olan bütün ağıllı telefonları əllərindən alıb. Bildirib ki, guya oğlanlar telefonla qızları telefonla çölə çağırırlar, dərsdən yayınırlar. Ona görə də məktəbə telefon gətirmək olmaz. Direktor valideynlərə xəbərdarlıq edib ki, əgər belə olarsa, telefonlar götürüləcək və satılacaq, pulu məktəbin ehtiyacları, təmiri üçün sərf olunacaq: "Biz bilmək istəyirik, bu nə dərəcə qanunauyğundur? Direktor uşaqların telefonlarını əllərindən ala, onu qaytarmayıb sata bilər?"

Şikayətdə qeyd olunur ki, şagirdlərdə telefonların olub-olmaması ayrıca müzakirə olunacaq məsələdir, amma müəllimlərin şagirdləri döyməsini telefonla videoya çəkilib yayılması ilə bağlı məlum faktlardan sonra problemlə üzləşməsinlər deyə məktəb direktorlarının belə bir addımı atması maraq doğurur.

Məsələyə aydınlıq gətirmək üçün adıçəkilən məktəbin direktoruZinyət Tağıyeva ilə əlaqə saxladıq. Z.Tağıyeva Milli.Az-a açıqlamasında bildirib ki, o, həqiqətən də, yuxarı sinif şagirdlərindən telefonları yığdırıb və onlardan məktəbdə istifadəni qadağan edib:

"Dünən valideynləri çağırdım. Çox məsələləri müzakirə etdik. Həm davamiyyəti, həm də məktəbli formalarını. Çünki son zamanlar həm şagirdlərin davamiyyətində, həm geyim formalarında müəyyən problem yaranıb. Geyimlər yenə də müxtəlif formalarda ala-bəzək olublar. Mobil telefonlara gəlincə, bildirmişəm ki, 9, 10, 11-ci sinif şagirdlərinin məktəbdə mobil telefon işlətməsi qadağandır. Bu necə olur, müəllim sinifdə dərs keçir, şagird müsuqiyə qulaq asır və dərs vaxtı telefona zəng gəlir. Yalnız balaca adi telefonlardan istifadəyə icazə vermişəm ki, zəng gəlsin, zəng getsin. Yoxsa ki, yekə bir telefon alıb verirlər uşaqların əlinə. Hərəsinin əlində ayfon (iPhon), aypəd (iPad) var. Valideynlərə demişəm ki, niyə uşaqları üçün kitab almırlar? Niyə sinifdənxaric oxu üçün heç nə almırlar? Qoy bahalı telefonların əvəzinə uşaqlara dəftər-kitab alıb versinlər də. Valideynlərin əksəriyyəti də mənim bu fikirlərimlə razılaşdı və çıxışlarında da bunu dəstəklədilər. Amma, görünür, razı qalmayanlar da olub".

Amma direktor guya telefonların satılıb pulunun məktəbin ehtiyaclarına xərclənəcəyi ilə bağlı deyilənləri qəbul etmədi:

"Mən belə bir söz deməmişəm. Sadəcə, ciddi xəbərdarlıq etmişəm ki, uşaqlar məktəbə telefonla gəlməsinlər. Şagirdlərdən yığılan telefonların da hamısı dünən özlərinə qaytarılıb".

Milli.Az məsələ ilə bağlı Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də rəsmi sorğu ilə müraciət edib. İdarədən Milli.Az-a bildiriblər ki, şikayət araşdırılaraq nəticəsi barədə ətraflı məlumat veriləcək.

İlkin İzzət



Oxşar mövzular:
  • Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?
  • Valideynlər iş dəftəri almağa məcburdurlarmı? - RƏSMİ MÖVQE
  • Hər bir valideynin üzləşəcəyi problem: yaradan kimdi?
  • Repetitorlara qadağa qoyuldu...
  • 16 yaşdan kiçik uşaqlara mobil telefon verməyin


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829