Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Qar yağacaq

  • Müəllif  Asef

Qar yağacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, fevralın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 20-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər. Fevralın 21-22-də meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.



Oxşar mövzular:
  • Bakıda gecə şaxta olacaq
  • Diqqət! Hava şəraiti kəskin dəyişir
  • Sulu qar, qar yağacaq
  • Bakıya yağış, rayonlara sulu qar və qar yağacaq...
  • Duman gələcək, çiskin olacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829