Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ermənilər Xocalını satırlar - FOTO

  • Müəllif  Asef

Ermənilər Xocalını satırlar - FOTO

 

Ermənilər Azərbaycanın işğal altındakı Xocalı şəhərindən öz çirkin məqsədləri naminə hər cür istifadə edməkdədirlər.

Take.Az modern.az-a istinadən bildirir ki, əməkdaşı ermənilərin daşınmaz əmlak satışına dair elanlar yerləşdirdiyi saytlardan birində Xocalıya aid yeni xəbərlə qarşılaşıb. 

Məlum olub ki, Xocalıdakı torpaq sahələri daşınmaz əmlak kimi ayrı-ayrı ermənilərin adından satışa çıxarılıb.

Bu haqda Ermənistanda daşınmaz əmlak satışına dair elanların yerləşdirildiyi saytlarda bildirilib.

Məsələn, Xocalıdakı şəkilləri təqdim olunmuş bu torpaq sahəsi 58.000 ABŞ dollarına (28.4 milyon Ermənistan dramı) satışa qoyulub. Elanda qeyd olunub ki, satışa çıxarılan ərazi 6000 kv.metr sahəyə malikdir. Ərazidə yarımçıq tikili, tikinti materiallarının olduğu da qeyd edilib. Torpaq sahəsinin "sahibi" onu 2 otaqlı mənzillə dəyişə biləcəyini bildirir.

Qeyd edək ki, erməni saytlarında Xocalı şəhəri İvanyan adı ilə təqdim edilir.



Oxşar mövzular:
  • "Ermənilər Xocalı soyqırımından xəcalət çəkməli idilər"
  • Xocalı Faciəsini unutmuruq
  • Yalanla yaşayan Ermənistan
  • ŞOK! Bakıda erməni pivəsi satılır
  • erməni saytında Xocalı həqiqətləri


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III