Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Tiçino çörəyi

  • Müəllif  Asef

Tiçino çörəyi

 

Take.Az Tiçino çörəyinin hazırlanma qaydasını təqdim edir

Tiçino - İsveçrənin cənubunda italyandilli kantondur. Adətən, Tiçino çörəyi düzbucaqlı formada bişirilir, o, əllə kəsilərək yeyilir: bu çörəyi bıçaqla doğramaq təhqir sayılır. 

Tərkibi: 

300 q un 
1 ç.q. duz
1 ç.q. şəkər tozu
1 x.q. zeytun yağı
10 q yaş maya
170 ml su

Un, maya, şəkər tozu və duzu qarışdırın. Az-az su əlavə edib yoğurun. Zeytun yağı əlavə edib daha 7 dəqiqə yoğurun. Xəmir yumşaq və elastik olmalıdır. Xəmiri qaba qoyub üzərinə plyonka çəkin, isti yerdə 1 saat, həcmi iki dəfə artanadək saxlayın.  

Xəmiri ətləyib 8 bərabər hissəyə bölün, kündələyin. 

Formanın içinə perqament döşəyin. Kündələri bir-birinə bitişik uzunasına qabın içinə düzün. Üzərinə dəsmal çəkib 20-30 dəqiqə saxlayın. 

Sobanı 190 dərəcə qızdırın. 

Bişirməzdən öncə xəmirin düz ortası boyu uzunasına iti bıçaqla çərtin. 

Üzərinə yumurta çəkin. Provans otları da səpə bilərsiniz. 

25-30 dəqiqə, üzəri qızaranadək bişirin. 

Zövqə görə isti-isti çörəyin üzərinə sarımsaqlı zeytun yağı çəkib dəniz duzu da səpə bilərsiniz. 

Nuş olsun! 



Oxşar mövzular:
  • Polyakların bal tortu
  • Uxa və rassteqay
  • Darçınlı-qozlu piroq - FOTO
  • Mətbəx sirləri: Çikaqo pizza-piroqu
  • Mətbəx sirləri: Enqadin


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031