Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yeni cərimələr olacaq

  • Müəllif  Asef

Yeni cərimələr olacaq

 

Azərbaycanda ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə qanunda nəzərdə tutulan hallarda icbari yığımın ödənilməməsinə görə cərimə tətbiq ediləcək.Take.Az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Yeni layihəyə əsasən, fiziki və hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş ödənilməmiş icbari yığımın 100 faizi miqdarında cərimə edilir.

Müvəkkil banklar tərəfindən icbari yığımın dövlət büdcəsinə ödənilməsini təmin etmədən müvafiq köçürmə əməliyyatlarının aparılmasına görə də cərimə tətbiq ediləcək. Belə ki, bu halla əlaqədar vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş ödənilməmiş icbari yığımın 100 faizi miqdarında, hüquqi şəxslər isə inzibati xətanın bilavasitə obyekti olmuş ödənilməmiş icbari yığımın 150 faizi miqdarında cərimə edilir.

Layihənin Milli Məclisin martın 4-də keçiriləcək iclasında müzakirə edilməsi nəzərdə tutulur.



Oxşar mövzular:
  • Dərs buraxanlar nə vaxtdan cərimələnəcəklər?
  • Valideynlər üçün cərimənin məbləği artırılır
  • Şagird valideynlərini cərimələyəcək orqanlar müəyyənləşdirildi
  • Səhiyyə işçilərinə MÜJDƏ
  • İnzibati cərimənin ödənmə qaydası dəyişib


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III