Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Starbucks peçenyesi

  • Müəllif  Asef

Starbucks peçenyesi

 

Take.Az Starbucks peçenyesinin hazırlanma qaydasını təqdim edir  

Tərkibi: 

120 q yumşaldılmış kərə yağı
1 st. şəkər tozu
1 yumurta
1 çimdik duz
1 ç.q. qabartma tozu
1 ç.q. darçın
vanil, yaxud vanilli şəkər tozu
1 st. yulaf lopası (tezbişən və xırda)
50 q ağ şokolad
2 x.q. quru meyvə (kişmiş)
1 st. un

Yağı şəkər tozu ilə çalın. Yumurta əlavə edib bir daha çalın. 

Duz, qabartma tozu, darçın, vanil qatıb yenə çalın. 

Yulaf lopaları əlavə edib qarışdırın. 

Xırda doğranmış şokoladla quru meyvəni də əlavə edib qarışdırın. 

Un əlavə edib əlinizlə yoğurun (qaşıqla alınmayacaq).

Xəmiri 12 yerə bölün. Kündələyib perqament döşənmiş siniyə bir-birindən aralı düzün. 

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 

Çıxarıb sinidə soyudun. Bir az bərkiyəndən sonra götürmək olar.  

Nuş olsun! 



Oxşar mövzular:
  • Gavalı piroqu
  • "Qırmızı məxmər" peçenyesi
  • Mətbəx sirləri: Kəsmikli şokolad piroqu
  • Jozefina tortu
  • "Jozefina"


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031