Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Deyirlər,Deyirlər...onlar həmişə nə isə deyirlər.

 

Deyirlər,Deyirlər...onlar həmişə nə isə deyirlər.

 

Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər,
Dənizdə insan görüb "qoy ölsün,nadandı" dedilər.
(Okaber)


"Sən olsan ağılla hərəkət edərsən,yoxsa ürəklə?" sualına cavab verənlər,
"Vicdanımı sataram" dedilər.


Bundan əvvəlki cümləni anlamayanlar,
"Necə mənasız fikirdi,vicdanla nə əlaqəsi var?" dedilər.


Hər gün içib,çəkib,kef edənlərə "adam ol" dedikdə,
"5 günlük həyatdır,şənbə günü olmayacam" dedilər.


Bazar günü həmin kəslərə "bəs nə oldu ölmədin?" dedikdə,
"Qaqa,mən doğulan zaman ölmüşəm" dedilər.


"Manat batır" kəlməsini eşidən kasıblar,
"Tanış deyilik,qoy boğulsun" dedilər.


Elə ki,manat gəldi araya,
"Məhbusa azad,yanlışa doğru,zəifə güclü,hər şeyə heç nə" dedilər.


Bütün günlərini məzənnəyə həsr edənlər,
"Ata dollardı,Ana avro;Arvad manatdı,Övlad qəpik,İnsanlıq isə dövriyyədən çıxıb" dedilər.


Gecələri uşaqlar ac uyuyan ölkəyə,
"Nə qonaqpərvər insanları var!" dedilər.


Dünən sevgidən sərxoş olanlar,
Bu gün "Dozası az oldu,ayılmışam" dedilər.


Bütün sirləri,zibilləri ortaya çıxanlar,
"Necə olubsa heç xəbərimiz olmayıb" dedilər.


"Asanlıqla görmək olur ki,tərəzinin gözləri fərqlidir" deyənlərə,
"Düzgün baxmırsız,elə bil əkizdi,tam tarazdı" dedilər.


"Sən getdiyin yollara rahat qayıtmağın üçün asfalt çəkiblər" deyənlərə,
"Artıq oradan bina ucaltmışıq" dedilər.


Qaranlıqdan boğulan,soyuqdan üşüyən otaqlar,
Məcbur qalıb lampaya "Tanrı",kibritə "Mələk",günəşə "lazımsız" dedilər.


Pulla hərşey edən varlılara "yaxşılıq et" deyənlərə,
"Dəbdə deyil,yoxsa edərdim" dedilər.


"Və o arvadının qatilinə hər gün butulka ilə süd verirdi" deyən Emestə,
Dərhal "Qatil pişikdi" dedilər.


"Nə qədər silsəm də izi qalır" deyənlərə,
"Kitab sənin deyilmi,vərəqi cır at" dedilər.


"Sətiraltı mənaya diqqət et" deyənlərə,
"Vərəqi çevirdim baxdım,heç nə yoxdur" dedilər.


Müəllif: •Kapitan•


Oxşar mövzular:
  • Allahu Akber deyib oxunsun azan dedilər ...
  • Susdum.
  • BİLMƏDİM...
  • Boz-Qurd DeDILƏR...
  • Sənin üçün imkansız dedilər...


  • Gerİ dön


    5 şərh


    • Beyendim teşekkür

    • --------------------------------------------

      Arxamca aktyorluq edenler bılmırkı kınonun rıjıssoru ozumem!
    • ehli beyt asiqi
    • Xəbərlər: 216
    • Şərhlər: 2426
    • İCQ:


    • Qesheng idi teshekkurler

    • --------------------------------------------
      ♏Є?Ī♏ ЦĈЦ? ĦЄ¥Âƚ $Є?ÐЄ? ĪßÂRЄƚÐĪ ĈÂ♏ÂĿĪ♏
    • Fidan
    • Xəbərlər: 134
    • Şərhlər: 883
    • İCQ:


    • PİS DEYİL TESEKKURLER

    • --------------------------------------------
      Togrul_Melek
    • H.Mələk
    • Xəbərlər: 89
    • Şərhlər: 910
    • İCQ:


    • Basligi da Okaberden qoyardiz gerek) Insan dediler trekinin yeni versiyonu olub sanki) Axrinci misrani lap cox beyendim.Tesekkurler

    • --------------------------------------------

    • Xəbərlər: 29
    • Şərhlər: 409
    • İCQ:


    • Her gun icib cekenlere adam ol dedikde
      5 gunuk heyatdi senbe gunu olmayacam dediler.....bazar gunu hemin keslere bes ne oldu olmedin dedikde....qaqa onsuz men dogulanda olmuwem dediler....
      Men beyendim yarisini elerinize sadliq sonsuz tesekkurler


    • sen menim ozume elediyim en boyuk hormetsizliyimsen
    • Xəbərlər: 132
    • Şərhlər: 621
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III