Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycanda «BlackBerry»ni kimlər işlədir?

  • Müəllif  Pervin_M

Bir neçə gün öncə «BlackBerry» telefonlarından internetə çıxış və elektron poçtların qəbulunda problem yaşanıb. Problem Azərbaycanda «BlackBerry» istifadəçilərində də müşahidə olunub. Amma həm «BlackBerry»nin Azərbaycanda operatoru olan «Azercell», «Bakcell», həm də bu modelin rəsmi distributoru olan «ABC Telecom» bildirir ki, bu, texniki problem olub. Sistemdə yenilik edilirmiş və istifadəçilərə xəbərdarlıq mesajı ötürülüb.

«ABC Telecom»un satış üzrə müdiri Abdul Əliyev düşünür ki, bu problem telefonların Azərbaycandakı bazarına təsir etməyəcək. O deyir ki, rəsmi şəkildə il yarım əvvəl Azərbaycanda fəaliyyətə başlayandan sonra satış səviyyələri aybaay artıb:

«İlk əvvəl bank rəhbərləri, sığorta şirkətləri idi. Korporativ müştərilərimiz idi. Sonralar mağazalarda satışa çıxarıldı».

A.Əliyev deyir ki, «BlackBerry» gələnə kimi Azərbaycanda mobil bazara «Nokia» liderlik edirdi, amma indi onlar da bu səviyyəyə çatıblar. «Azərbaycan alıcısı bu modelə niyə seçir» sualına A. Əliyevin cavabı belə oldu ki, adına, nüfuzuna, funksiyasına görə də alanlar var, informasiya təhlükəsizliyinə görə də.

«BlackBerry»nin lisenziyasını alan «Azercell»dən AzadlıqRadiosuna bildirirlər ki, onların xidmətindən istifadə edənlərin sayı 20 mindir. «Bakcell» də bu istifadəçilərin sayının son illər artdığını
«Nokia»söyləyir.

«AZƏRBAYCANDA HƏLƏ 3G OTURUŞMAYIB»

«Nokia»nın rəsmi distributoru «MobiTel»in biznes analizi üzrə eksperti Əziz Əliyev deyir ki, əslində 3G hələ Azərbaycanda tam oturuşmayıb deyə, alıcılar arasında bu yeniliyi dəstəkləyən telefonlara maraq o qədər də böyük deyil. Smartfonların satışı ümumi satışın 25 faizini təşkil edir:

«Aya 10 min satış var. Bazardan xəbərimiz var, başqa modellərin satışında da elə bir ciddi sıçrayış yoxdur».

«Samsung» telefonlarının rəsmi distributoru olan «İnteqral» şirkətinin satış üzrə rəhbəri Şahin Sadıqov isə AzadlıqRadiosuna deyir ki, son vaxtlar «Samsung» smartfonları Android sistemini dəstəklədiyindən bu modelə maraq artıb. Ş.Sadıqov hər ay nə qədər mobil telefon satdıqlarını söyləməsə də, satışın 25 faiz artdığını bildirib. Smartfonların qiyməti təxminən 200-700 manat arasındadır.

Elə «Nokia» və «BlackBerry»nin də qiyməti modeldən asılı olaraq 200-700 manat arasında dəyişir.

«BlackBerry»nin qiyməti 200-700 manatdır
«BlackBerry» istifadəçisi olan Natella Qədirova deyir ki, bu model onu brendinə görə cəlb edib: «Mən iş adamı deyiləm, elə məxfi yazışmalarım yoxdur. Gördüm dost-tanış alır, mən də həvəsə düşdüm, amma indi internetə də girirəm, poçtuma baxıram».

«TELEFONA FOTO-VİDEOAPARAT YANAŞMASI»

Mobil telefonlar üzrə ekspert Rəşad Əliyev deyir ki, Azərbaycanda az adam telefon seçərkən onun dəstəklədiyi sistemə, məlumatı təhlükəsiz saxlama üstünlüyünə diqqət yetirir:

«Bizdə telefon seçəndə, funksiyalarından çox telefonun kamerasına baxırlar. «BlackBerry»lər indi daha çox «qlamur» adamlarda rast gəlinir. «iPhone» da əvvəllər populyar idi, amma onun hər xidmətinə pul ödəmək lazım gəldiyi, mütləq «Apple»in məhsullarından istifadəni tələb elədiyi üçün bir qədər populyarlığını itirib.

R.Əliyev hesab edir ki, telefon şirkətləri Azərbaycan sakinlərini maraqlandıran xidmətləri - məsələn, Azərbaycan dilində hansısa proqramları və ya oyunları tətbiq edərsə - rəqabətdə üstünlük qazanar.

 



Oxşar mövzular:
  • İnsanlıq Dərsi ...!
  • Ancaq yatanda «Facebook»dan ayrılanlar…
  • ?Coca-cola’ qiymətləri qaldırdı - QİYMƏTLƏR
  • Rusiya «VAZ-2107» avtomobillərinin istehsalını dayandırır
  • Üç qapılı «Hyundai» Azərbaycanda - FOTO


  • Gerİ dön


    19 şərh


    • IPHONE onnan qeweydi 11


    • CanDy
    • Xəbərlər: 1
    • Şərhlər: 128
    • İCQ:


    • yaxsi teldi

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:


    • gozel telefondu tewekkurler

    • --------------------------------------------
      -------------- ---------------------------------------- $$$$$$
      ___________________________________$$$$$$$$$$
      ___________________________$$$____$$$$
      _________________________$$$$$$$__$$$$$$$$$$$
      _______________________$$$$$$$$$___$$$$$$$$$$$
      _______________________$$$___$______$$$$$$$$$$
      ________________$$$$__$$$$_________________$$$
      _____________$__$$$$__$$$$$$$$$$$_____$____$$$
      __________$$$___$$$$___$$$$$$$$$$$__$$$$__$$$$
      _________$$$$___$$$$$___$$$$$$$$$$__$$$$$$$$$
      ____$____$$$_____$$$$__________$$$___$$$$$$$
      __$$$$__$$$$_____$$$$_____$____$$$_____$
      __$$$$__$$$_______$$$$__$$$$$$$$$$
      ___$$$$$$$$$______$$$$__$$$$$$$$$
      ___$$$$$$$$$$_____$$$$___$$$$$$
      ___$$$$$$$$$$$_____$$$
      ____$$$$$$$$$$$____$$$$
      ____$$$$$__$$$$$___$$$
      ____$$$$$___$$$$$$
      ____$$$$$____$$$
      _____$$$$
      _____$$$$
      _____$$$$
    • Acemi cadi
    • Xəbərlər: 658
    • Şərhlər: 3131
    • İCQ:


    • super telefondur.

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:


    • Nokia Forever


    • Məhəmməd
    • Xəbərlər: 1
    • Şərhlər: 59
    • İCQ:


    • Black berry ye catan olamaz.........


    • Deniz Tekin
    • Xəbərlər: 0
    • Şərhlər: 23
    • İCQ:


    • qeseng telefondu ela)))))



    • проста я
    • Xəbərlər: 0
    • Şərhlər: 110
    • İCQ:

    • Layla
    • 18 oktyabr 2011 09:29
    •  

    • Elayla sen cox sey isteyirsen)))alaram senin ucun))Ad gununde



    • ......
    • Xəbərlər: 0
    • Şərhlər: 25
    • İCQ:


    • Xebere gore twk



    • KAMIL
    • Xəbərlər: 174
    • Şərhlər: 180
    • İCQ:


    • tewekkurler...


    • --------------------------------------------

    • Xəbərlər: 0
    • Şərhlər: 4211
    • İCQ:


    • Sitat: Snn
      Pirates uje dediyi soze pewman olub)))))

      Yooo ay brat Piratin sozu birdi ama soz gelishi dedi qelet eledi :DDDDD)))


    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:


    • Men Nese bu Telefona Jenski Telefon kimi baxiram :)


    • --------------------------------------------



      Dostundan Sevgilivə Mesaj Yazıb Sevgilivi Sınamaqdansa, Sevgilindən Dostuva Mesaj Yazıb Dostuvu Sına...;)


    • Mirvahid
    • Xəbərlər: 517
    • Şərhlər: 2204
    • İCQ:

    • LiMa_
    • 17 oktyabr 2011 14:45
    •  

    • Sitat: Snn
      Yawil olsa olar?))))

      Ola biler)) teki BlackBerry olsun))

      Sitat: PRoBLeMKa
      o menim olmalidir hami bilsin wink
       

      Uzeyrlik eleme ;))))))))


    • --------------------------------------------
      Uzaqdan sevirəm səni..
      Qoxunu almadan, boynuna sarılmadan, üzünə toxunmadan.. Sadəcə sevirəm.. ♥

    • Fidan
    • Xəbərlər: 84
    • Şərhlər: 1229
    • İCQ:


    • buda qewey telefondu amma men Apple iPhone telefonu isteyirem winked


    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:

    • LiMa_
    • 17 oktyabr 2011 02:36
    •  

    • mende isteyiremmm mendeeeeee))

      cox qeweng telefondu, ozde ag rengin isteyiremmm))

      (qarasinda alsaz wukur)   wink 


    • --------------------------------------------
      Uzaqdan sevirəm səni..
      Qoxunu almadan, boynuna sarılmadan, üzünə toxunmadan.. Sadəcə sevirəm.. ♥

    • Fidan
    • Xəbərlər: 84
    • Şərhlər: 1229
    • İCQ:


    • Sitat: Snn_Asl
      Mene de alindaaaaaaaaa

       

      Karopkaynan ?=)) lool


    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:


    • Sitat: Pirates
      Alaram bunnan sene karopkaynan ne qeder isteyirsen))

       

      Karopkaynan demirəm belə tək hardasa 500-600 gələr =)


    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:


    • Sitat: Snn
      cox gozel teldi 

      Alaram bunnan sene karopkaynan ne qeder isteyirsen))


    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:


    • Heqiqetende Cox Gozel Teldir 

      Cox Sagol Gece Xeberne Gore xD


    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III