Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Zəncəfilin faydaları

1

 Mütəxəssislər sübut ediblər ki, zəncəfilli əlavələr bağırsaqları iltihabi markerlərdən qoruyur. Onlar belə qənaətə gəliblər ki, zəncəfilin kökündə olan hansısa maddə bağırsaq xərçənginin inkişafının qarşısını almağa qadirdir. Bu barədə Web MD  yazır.

Trend-in məlumatına görə, Miçiqan Universitetinin Tibb Məktəbinin əməkdaşı Suzanna Zik araşdırmanı şərh edib. Bitki hüceyrələrinin nümunəsində bir çox elmi işlər göstərir ki, zəncəfil iltihab əleyhinə xassələrə malikdir. Aparılan təcrübələr zəncəfilin şişlərin əmələ gəlməsinə mane olduğunu göstərdi, - o deyib.

Tədqiqat zamanı 30 nəfərlik qrupdan ibarət könüllülər arasında sərbəst qaydada 2 qramlıq zəncəfil tozu və plasebo (boş dərman - psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) paylayıblar. Onları dörd həftə ərzində hər gün yeməklə birgə qəbul etmək tapşırılıb. Başqa dərmanları qəbul etmək qəti qadağan olunub.

Bəzi adamlarda əlavə təsirlər qeydə alınıb. Həmin təsirlər sırasında mədə pozğunluğu, qıcqırma və köp nisbətən daha çox yer alıb. Tədqiqatdan əvvəl və sonra ekspertlər analiz üçün bağırsağın divarlarından nümunələr götürüblər. Götürülən nümunələr onlarda eykozanoidlər adlanan birləşmələrin mövcud olub-olmaması ilə bağlı yoxlanılıb. Onlar həzm sistemində iltihabı artırırlar.

Məlum olub ki, zəncəfil tozu qəbul edən adamlardan götürülən toxumalarda daha az bağırsaq markerləri mövcuddur. Həm də xroniki iltihabın xərçəng poliplərinin yaranması ilə əlaqədar olduğu da aşkar edilib.



Oxşar mövzular:
  • Qatığın faydalı xüsusiyyətləri
  • Oruc tutmağın faydaları
  • Hansı meyvə hansı xəstəliyin dərmanıdır?
  • Sirr saxlamaq adamı yorur?
  • Bürclərə görə xəstəliklər


  • Gerİ dön


    3 şərh


    • XEBERE GORE TEWEKKURLER


    • Turane Eliyeva
    • Xəbərlər: 61
    • Şərhlər: 961
    • İCQ:


    • hmmmmmmm bele deee)))))))))))))teshekkurrr


    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • Teeshekkurler maraqli Idi Hekim_Qizim ))

      Heyetimizde Olurdu Yer Kartofu Deyirdiler Evveller Buna Yeyirdim ))


    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Avqust 2022    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III