Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Üç kişiyə eyni vaxtda “sevirəm” deyən qadın [köşə]

 

Uzun zamandır ki, mən də köşə yazmaq istəyirəm. Amma hardan, kimdən, nədən başlayacağımı bilmirdim. Çox vaxt düşünürdüm ki, mən hara, köşə yazmaq hara? Mənə elə gəlirdi ki, köşə yazmaq üçün xüsusi istedad, ağıl və düşüncə lazımdı. Nə bilim, bəlkə də yalnış düşünürmüşəm. Sevgidən yazacağam ilk köşəmi...Niyə sevgidən?..Çünki bir zamanlar bütün əsərlərin mövzusu olan, oxuyanda göz yaşı axıtdığımız, yaşanan sevgilərin həsrətini çəkərdik. Bizə elə gəlirdi ki, həqiqətən həyatda belə sevgilər var. O sevgilərin arzusu ilə yaşayardıq. O zamanlar o əsərləri oxuyanda ağlımıza gəlmirdi ki, bir zaman gələcək, adı çəkiləndə ürəyimiz əsən sevgi sözü bu qədər adiləşəcək. Bəlkə də mənasını itirəcək. Bəlkə də mənasını itirməyəcək, biz özümüz mənasızlaşdıracağıq bu hissi...Necə?

Yaxşı sualdı əslində, necə? Axı normal, ağıllı insan heç bir zaman hisslərinin adiləşməsini istəməz. Kim istəyər ki, həyatında birdən artıq adam olsun, kim istəyər ki, yaşadığı həyatı boyu onlarla insandan “sevirəm” sözünü eşitsin? Təbii ki, heç kim...

Amma elə bir zaman gəldi ki, insanlara birinin sevgisi azlıq etməyə başladı. Qadınlı, kişili sevgi axtarışına çıxmağa başladı hər kəs. Hamı xəyallarındakı obrazı axtara-axtara, hər qarşısına çıxanda xəyalındakı obrazdan bir parça tapdığında “sevirəm” dedi. Böyük sevgi kiçik sevgilərə parçalandı.

Çox zaman öz-özümə düşünürəm ki, görəsən, insanlara nə lazımdı? Kişilərdən soruşanda deyirlər ki, ideal qadın. İdeal qadın – gözəl, ağıllı, bacarıqlı, romantik, bir az da dəlisov, qadınlarımız isə ideal kişi axtarışındadırlar. İdeal kişi, pullu, romantik və ideal ər. Amma insanlar bu istəkləri istəyəndə düşünmədilər ki, bütün sadalananlar heç bir zaman bir insanda birləşə bilməz. Çünki qarşındakının ideal olmasını istəyirsənsə, özün də elə olmalısan. Amma axı biz bunu bacarmırıq...Eh nə isə.... Onsuz da danışmaqla bitməyəcək.

Yeri gəlmişkən, ideal insan axtarışında olan bir qadın haqqında danışmaq istəyirəm. Uzun müddətdir tanıyıram bu qadını. Çox da yaşlı deyil. Amma həyatdan nə istədiyini bilmir. Bəzən mənimlə danışanda deyir ki, ideal insan istəyirəm. İstəyirəm ki, həm məni qorusun, həm maddi sıxıntılarımı həll etsin və həm də məni sevsin. Amma o qadın bu üç axtardığını bir adamda tapa bilmədiyi üçü 3 adamla görüşür. 3 sevgilisi var. Üçünü də sevir, üçünə də “sevirəm” deyir. Özünü əxlaqsız da hesab etmir.

O qadının həyat tərzi mənim üçün maraqlı deyil. Yenə sözümün əvvəlinə qayıdıram, sevginin ucuzlaşmasına adiləşməsinə... Əslində özümüz adiləşdiririk hisslərimizi, nəfsimizin qurbanı oluruq, əlimizdəki ilə qane ola bilmirik. İstədikcə, aldıqca istəyrik və bütün istədiklərimizə çatmaq üçün sevgini istifadə edirik.

Bir zamanlar elə inanardım ki, sevgiyə...Ən ülvi duyğu idi mənim üçün.Bu zəmanənin insanları adiləşdirdilər bu duyğunu...
Mən 3 kişiyə eyni vaxtda “sevirəm” deyən qadını görəndən sonra hansısa kişinin birini sevə biləcəyinə necə inana bilərəm???



Oxşar mövzular:
  • Kişilərdəki qadına məxsus xüsusiyyətlər
  • Bir qadın yalnızdır əslində.
  • Klassik kişi yalanları [ SIYAHI ]
  • Xanımın Sizdən Xoşu Gəlirsə....
  • Qadınların gözündə ideal kişi necə olmalıdır?


  • 10 şərh


    • oxumadim yenede twk))

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:


    • xebere gore teşekkur

    • --------------------------------------------

    • ...
    • Xəbərlər: 128
    • Şərhlər: 2812
    • İCQ:


    • TEWEKKRLER,xebere gore...

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:

    • sinuy
    • 12 iyun 2012 04:01
    •  

    • twk maraqlidi ve duzdu artiq sevgye qiymet cox az adam qiymet verir.


    • sinuy
    • Xəbərlər: 0
    • Şərhlər: 10
    • İCQ: 0554648871

    • HANDE
    • 23 mart 2012 20:47
    •  

    • tesekkurler xebere gore


    • HANDE
    • Xəbərlər: 1
    • Şərhlər: 1267
    • İCQ:


    • tsk xebere gore4

    • --------------------------------------------
      Gizli noмre yoxdi ..нaмi вilir.. ya кoнne sevgilidi, ya мirtdawan dosт,ya da seнf duwuв..
    • BeLe MaRaGliDi AdiM=)
    • Xəbərlər: 4
    • Şərhlər: 2554
    • İCQ:


    • cox gozel yazmisan allah seni heyatda arzuna catdirsin smile


    • gulum guliyeva
    • Xəbərlər: 0
    • Şərhlər: 4
    • İCQ:

    • Rima
    • 22 mart 2012 17:46
    •  

    • evvela xebere gore tsk.duz qeyd etdiniz sevgi cox adilesib bugun sevirem deyir sabahsigun xeyanet edir,Allah bele insanlari islah etsin.


    • Xəbərlər: 0
    • Şərhlər: 100
    • İCQ:


    • Tesekkurler Xebere Gore

    • --------------------------------------------
      Təşəkkürlər Xəbərə Görə

      .....(¯`v´¯)
      ..... •.¸.•´
      ...¸.•´
      .. (

    • Bağışov Aydın
    • Xəbərlər: 17
    • Şərhlər: 1679
    • İCQ:


    • boü vaxt tapan kimi oxuyacam hamisin cox sagol xebere gore tesekkurler

    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III