Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

Azərbaycanda mobil telefon bazarı genişlənir, ölkəyə gətirilən mobil telefon modellərinin sayı günü-gündən artır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti isə əhaliyə mobil telefon alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, mobil telefon bazarında çeşidin artması istehlakçıların bu sahədə hüquqları ilə bağlı məsələləri bir daha gündəmə gətirir.

Mobil telefonlarla bağlı yaranan problemlərin həlli məqsədilə istehlakçılar ilk növbədə telefonu aldıqları yerə müraciət edirlər. Satıcı isə bəzi hallarda hətta zəmanət müddəti ərzində istehlakçının tələbini yerinə yetirməkdən boyun qaçırır ki, bu da mübahisələrin yaranmasına səbəb olur.

Birinci növbədə onu nəzərə almaq lazımdır ki, ölkə ərazisində satışa yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verən məhsullar çıxarıla bilər. Mövcud qanunvericiliyin tələbinə görə, satışa çıxarılan mobil telefonlar müvafiq orqanlar tərəfindən sertifikatlaşdırılmalıdır.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, mobil telefon aparatları sertifikatlaşdırılmalı mallar sırasına daxildir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Qərarına əsasən, ölkəyə idxal edilən telefonlar harada istehsal olunmasından asılı olmayaraq Mobil cihazların qeydiyyat sistemində qeydiyyata alındıqdan sonra satışa çıxarıla bilər.

İstehlakçı mobil telefonu alarkən onun satıcısı ilə maraqlanmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı istehlakçıya öz təşkilatının adı, ünvanı və iş rejimi barədə məlumatları verməli və göstərilmiş bu məlumatları mağaza lövhəsində yerləşdirməlidir. Əgər sadalanan məlumatlar mağaza lövhəsində yerləşdirilməyibsə, mağaza əməkdaşlarından mağazanın tam adı və hüquqi ünvanı öyrənilməlidir. Belə məlumatları təqdim etməyən mağazadan mobil telefon alınması məsləhət görülmür.

Mobil telefonun keyfiyyətinə əmin olmaq üçün onun sənədlərinə diqqət yetirilməlidir. Belə ki, mobil telefonların müvafiq sənədləri, o cümlədən pasportu, zəmanət talonu və uyğunluq sertifikatı olmalıdır.

Mobil telefon alarkən mal barədə zəruri və ətraflı məlumatların verilməsini tələb etmək lazımdır. İstehlakçının müraciətinə əsasən, satıcı onu cihaz və onun istifadəsi qaydası ilə tanış etməli və bu zaman cihaz yığılmış texnika hazır vəziyyətdə istehlakçıya nümayiş olunmalıdır. Həmçinin satıcı istehlakçının müşayiəti ilə malın keyfiyyəti, onun komplektliliyi və əmtəəyə aid olan bütün sənədlərin mövcudluğunu yoxlamalıdır.

Keyfiyyətli telefon müvafiq sertifikata malik olmalıdır. Həmçinin saxta telefonları orijinal telefonlardan ayırd etməyə imkan verəcək digər bir üsul IMEI (telefonun fərdi nömrəsi) kodunun yoxlanmasıdır. Belə ki, telefonun korpusunda yazılmış IMEI kodla qablaşdırma və ya batareyanın akkumulyatorunun altında göstərilmiş IMEI kodlar üst-üstə düşmürsə, bu, telefonun orijinal olmadığının göstəricisidir.

Satıcı mal ilə birlikdə istehlakçıya aşağıdakıları təqdim etməlidir:
- Kassa çeki;
- İstehsalçı tərəfindən müəyyən edilmiş ləvazimat komplekti və sənədlər;
- Zəmanət talonu.

Telefonda hər hansı qüsur aşkarlandıqda ilk növbədə zəmanətli servis mərkəzinə və ya satıcıya müraciət etmək lazımdır. Yaxşı olar ki, müraciət yazılı edilsin və müraciətin çatdırılmasını təsdiq edən imza və ya qəbz olsun. Satıcı istehlakçının şifahi və yazılı müraciətlərinə cavab vermirsə, istehlakçının aidiyyəti dövlət orqanları və məhkəməyə müraciət etmə hüququ vardır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, malda, o cümlədən mobil telefonda qüsur aşkar edildiyi təqdirdə istehlakçının aşağıdakı hüquqları mövcuddur:

1.Qüsurun pulsuz aradan qaldırılması və ya qüsurun istehlakçı, yaxud üçüncü şəxs tərəfindən aradan qaldırılması üçün çəkilmiş xərclərin ödənilməsi;
2.Cihazın alış qiymətinin müvafiq məbləğdə azaldılması;
3.Cihazın analoji modelli mala dəyişdirilməsi;
4.Cihazın fərqli modelli mala dəyişdirilərək satış qiymətinin yenidən hesablanması;
5.Alqı-satqı müqaviləsinin ləğvi və ödənilmiş məbləğin geri qaytarılması.

Mobil cihazda istehsal qüsuru aşkar edilərsə, istehlakçı ona dəymiş zərərin tam həcmdə ödənilməsini tələb etmə hüququna malikdir. Lakin istehlakçı mobil cihazı yerə salmış, yaxud istehlakçının təqsiri ucbatından telefonun daxilinə nəmişlik sızmışdırsa, digər qüsurlar yaranmışdırsa, istehsalçı yaranmış qüsurlara görə, heç bir zəmanət məsuliyyəti daşımır. Lakin bu halda da satıcı və ya icraçı ödənişli şərtlə malı təmir etməlidir.

İstehlakçı zəmanətli təmir hüququndan istifadəyə üstünlük verdiyi təqdirdə satıcı malı qəbul edərkən zəruri sənədləşdirmə aparılmalı, burada telefonun vəziyyəti, zahiri görkəmi, fiziki zədələrin mövcudluğu, qəbul tarixi, qəbul olunarkən mövcud olan qüsurlar və mağazanın ştampı öz əksini tapmalıdır. İstehlakçıya mütləq malın təhvil verildiyini təsdiq edən sənəd verilməlidir. Bu sənəd adətən akt, qüsur aktı, təmir qəbzi adlandırılır. Həmin sənəd istehlakçıda qalmalıdır və ya aparılan təmir işləri barədə zəmanət talonunda tarixi göstərilməklə dəqiq qeydlər aparılmalıdır. Bunların heç biri olmadıqda telefonda dəfələrlə aparılmış təmir işlərini sübut etmək çətinlik yaradır ki, bu da malın dəyişdirilməsi və ya qaytarılması tələbini irəli sürərkən problem yaradır. Məhz bu səbəbdən də bəzi servis xidməti müəssisələri telefonu təmirdən sonra istehlakçıya təhvil verərkən zəmanət talonunda qeyd aparmır, həmin aktı geri tələb edir.

Təmirdən qaytarılmış telefonu qəbul edərkən də istehlakçılara diqqətli olmaları və təhvil-təslim sənədlərinin doğru tərtibatına fikir vermələri tövsiyə olunur. Təmir edilmiş mobil telefonun iş qabiliyyəti yoxlanılmalı və istehlakçıya nümayiş etdirilməlidir.

İstehlakçılar telefonun zəmanət talonunda əks olunan zəmanət şərtlərinə də fikir verməldirlər. Bir çox hallarda bu şərtlər qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, malın əsas komplektləşdirici hissələrinə zəmanət verilmədiyi, zəmanət talonu itirildikdə, düzgün doldurulmadıqda, zəmanətin ləğv olunduğu və digər qanunsuz şərtlər məcburi istehlakçılara qəbul etdirilir.

Yaddan çıxarmaq lazım deyil ki, zəmanət müddətləri, müqavilə şərtləri ilə bağlı qanunvericiliyin öz tələbləri var və bu tələblərə əməl etmək hər bir sahibkarın borcudur. İstehlakçıların hüquqlarını pozan, bu və ya digər şəkildə məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır. Mobil telefonların ticarət qaydaları ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müqavilə və zəmanət şərtlərinə xüsusi diqqət yetirir, bu sahədə xüsusi araşdırmalar aparılır, qanunvericiliyə zidd olan müqavilə və zamanət şərtlərinin ləğv edilməsi və ya qanunvericiliyə uyğunlaşdırılması təsərrüfat subyektlərinə veilən icrası məcburi göstərişlərin yerinə yetirilməsi nəticəsində təmin edilir.



Oxşar mövzular:
  • ŞOKOLAD HAQQINDA
  • Mayın 1-dən Azərbaycanda oğurluq telefonlar işləməyəcək [video]
  • 16 yaşdan kiçik uşaqlara mobil telefon verməyin
  • Saxta telefonu orijinaldan necə ayırmalı? [video]
  • erməni yağı AZƏRBAYCAN süfrələrində


  • Gerİ dön


    16 şərh


    • Xebere gore tesekkurler


    • Hicran
    • Xəbərlər: 0
    • Şərhlər: 19
    • İCQ:

    • Nuraka
    • 5 noyabr 2012 10:32
    •  

    • Xebere gore tesekkurler

    • --------------------------------------------
      Əslində hər axan bir damla göz yaşının 1 faizii su, 99 faizi duyğu deyilmi? :/
    • Nurka
    • Xəbərlər: 22
    • Şərhlər: 1549
    • İCQ:


    • ooooo men telefonu xoslamiram menimki notebookdu bilmirdiz yenede yaxsidi eee prosta menim xosuma gelmir amma mende var onunla danisiram mektub yaziram cox gozeldi adida ayfondu senserlidi bu qeder cehrayi rengdedi xoslamasamda yenede telefon lazimli esyadi

      duz demirem usaqlar? smile no take.az

      amma yenede take.az saytina tesekkurler bilirsiz niye cunki oooo sayt bize coooooooooooooox seyler oyredir ve bize her seyi xeber verir sehvimizi de bele duz demirem

      [hide][/hide] cavab verinde sixildim artiq


    • Ayla Teymurzade
    • Xəbərlər: 0
    • Şərhlər: 17
    • İCQ:

    • HANDE
    • 29 may 2012 19:56
    •  

    • COX UZUNDU OXUMADIM.
      TESEKKUR


    • HANDE
    • Xəbərlər: 1
    • Şərhlər: 1267
    • İCQ:


    • xebere gore twk............


    • Ada Aliyeva
    • Xəbərlər: 0
    • Şərhlər: 64
    • İCQ:


    • tsk-ler xbere gore

    • --------------------------------------------
      Gizli noмre yoxdi ..нaмi вilir.. ya кoнne sevgilidi, ya мirtdawan dosт,ya da seнf duwuв..
    • BeLe MaRaGliDi AdiM=)
    • Xəbərlər: 4
    • Şərhlər: 2554
    • İCQ:


    • TEŞEKKUR XEBERE GORE

    • --------------------------------------------

    • ...
    • Xəbərlər: 128
    • Şərhlər: 2812
    • İCQ:


    • Ehhhh

    • --------------------------------------------
      Təşəkkürlər Xəbərə Görə

      .....(¯`v´¯)
      ..... •.¸.•´
      ...¸.•´
      .. (

    • Bağışov Aydın
    • Xəbərlər: 17
    • Şərhlər: 1679
    • İCQ:


    • MARAGLI XEBERE GORE TWK


    • sevinc  novruzova
    • Xəbərlər: 0
    • Şərhlər: 1771
    • İCQ: 55


    • Sitat: Elayla
      telefonun diwleri ne vaxtdan miriqdi nedi onan olurr??

      yenio en son model 1 defe bawinnan vururam yanir 1 defe vururam kecir wink

    • --------------------------------------------
      ▅ ▆ ▇ █▌│▌██ ▇ ▆ ▅

      Göy üzündə ulduz çox, ay bidənə... Yer üzündə insan çox, SƏN bidənə ... (;

      ▅ ▆ ▇ █▌│▌██ ▇ ▆ ▅

    • Xəbərlər: 158
    • Şərhlər: 1329
    • İCQ:


    • Sitat: Хулиганочка
      yo en geweyi menim telefonumdu ne qawi var ne gozu diwleride mirixdi wink

      wink telefonun diwleri ne vaxtdan miriqdi nedi onan olurr?? lol lol

    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • menim telefonum suuuppeerrrddiii sizede tesekkur....


    • SerenaY
    • Xəbərlər: 1
    • Şərhlər: 94
    • İCQ:


    • Sitat: Elayla
      en qewey menim telefonumdu sadeee =))

      yo en geweyi menim telefonumdu ne qawi var ne gozu diwleride mirixdi wink

    • --------------------------------------------
      ▅ ▆ ▇ █▌│▌██ ▇ ▆ ▅

      Göy üzündə ulduz çox, ay bidənə... Yer üzündə insan çox, SƏN bidənə ... (;

      ▅ ▆ ▇ █▌│▌██ ▇ ▆ ▅

    • Xəbərlər: 158
    • Şərhlər: 1329
    • İCQ:

    • RoMaN
    • 29 may 2012 11:46
    •  

    • xebere gore twk

    • --------------------------------------------

    • Ramil
    • Xəbərlər: 2
    • Şərhlər: 523
    • İCQ:


    • en qewey menim telefonumdu sadeee =))

    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • Maraqli meluamtdi cox sagolun

    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III