Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Facebook’da saxta profillərlə söyüş söyənlər qanun qarşısında cavab verəcək

  • Müəllif  k-1

 

 
"Yeni sistem tətbiq edilsə, facebook-da söyüş söyən şəxs cəmi bir neçə saniyəyə təyin ediləcək, bir neçə dəqiqə ərzində olduğu ölkənin rəsmi orqanlarına xəbər ötürüləcək və dərhal yaxalanacaq”

Texnologiyanın inkişafı bizə texnologiya əjdahasını – interneti bəxş elədi. Onun həyatımıza daxil olması ilə olduqca çox üstünlüklər qazandıq, əsrimiz sürət əsri oldu, məsafələri kiçiltdik, əlaqələrimizi genişlətdik. Onun sayəsində işlər sürətləndi, bir günlük işi bir dəqiqəlik etdi.

Amma onun bizə verdiyi zərərlər də az deyil. Bu zərərlər sırasında uşaqların porno saytlara, aqressiv oyunlara aludəsi də var, təhqirə, hədəyə məruz qalmaq da, söyüş söyüb qarşıdakı insanı alçaltmaq da.Şərəf və ləyaqətin təhqiri internetdə tez-tez rastlaşdığımız vəziyyətlərdən biridir. Maraqlı burasıdır ki, internetdə, sosial şəbəkələrdə başqasını təhqir edən, söyüş söyən insanları qanunla heç bir cəza gözləmir.

Hüquqşünas Elçin Namazov bildirdi ki, Azərbaycan qanunlarında olan bolşuqlardan biri də məhz bu sahədədir. Onun sözlərinə görə internetdə şəxsiyyəti təhqir edən, şərəf və layaqəti təhqir edən yazıların fakt kimi məhkəmədə istifadə edilə bilər. Amma bunun mümkün olması üçün vətəndaş jurnalistikası haqqında qanun, eləcə də internetdə şərəf və layəqətin alçaldılması haqqında qanunvericilik olmalıdır.

Hüquqşünas deyir ki, cinayət qanunvericiliyində konkret olaraq təhqir və böhtan barədə ayrıca maddələr nəzərdə tutulub. Bu qanuna görə şəxsin barəsində rüsvayedici, şəxsiyyətini alçaldan, imicinə zərər vuran, sosial statusunu zərbə altına qoyan yalan məlumatların yazılması da nəzərdə tutulur: "Rüsvayedici məlumatlar kütləvi çıxışlarda, mətbuatda və kütləvi nümayiş etdirilən hər hansı bir əsərdə ola bilər. Təhqir etmək şəxsi alçaldıcı sözlərə məruz qoymaq, böhtan etmək isə şəxsin barəsində həqiqətə uyğun olmayan hər hansı məlumatların yayılması deməkdir. Əgər söhbət konkret olaraq böhtandan gedirsə bu, Cinayət Məcəlləsinin 147-ci, 148-ci (böhtan atma, şərəf və ləyaqətin təhqiri) maddələri ilə məsuliyyət daşımaq anlamına gəlir”.

İnternetdə şərəf və layəqəti alçaldan insanların daha sonra heç bir cinayət məsuliyyətinə cəlb edilməməsi tək bizdə yox, bir çox ölkədə realdır. Elə bu səbəbdən də yola saldığımız ilin iyul ayında Tacikistanda rəsmi olaraq açıqlandı ki, ölkənin sərhədləri çərçivəsində internet-xüsusi təyinatlı yaradılıb. Tacikistanın Rabitə Xidmətinin nəzdində internetdəki xüsusi şərhlərin monitorinqi ilə məşğul olan xüsusi qrup da yaradıldı.

Həmin xidmətin rəisi Beq Zuxurov mətbuata bildirdi ki, internetdə xəbər və məqalələri müzakirə edərkən istifadəçilər respublikanın tanımış şəxsləri barəsində xoşagəlməz ifadələr işlədir, çox vaxt onları təhqir də edirlər. Yeni yaradılan qrupun vəzifəsi həmin şərhçiləri müəyyənləşdirmək olacaq. Çünki təhqir edənlərin əksəriyyəti öz kompüterindən yox, hər hansı internet-klubda, saxta ad altında iş görür. Xidmət rəisi artıq bir neçə nəfəri müəyyənləşdirdiklərini də açıqlamışdı. Bildirmişdi ki, belə adamlar bu cür şərhlərə görə tacik xalqının düşmənlərindən pul da alırlar. Çünki onlar bunu xüsisi biznes hesab edirlər.

Razılaşarsınız ki, bizim ölkədə də gizli qüvvələrə işləyərək müəyyən edilmiş şəxsin ünvanına təhqir, söyüş yağdıran "qəhrəmanlar” da az deyil. Daha çox "Facebook”da məşhur olan bu insanlar saxta profil açır, qeyri-müəyyən profil rəsmi qoyur, "haqqında” bölməsinə dəqiq heç bir şey yazmır. İsveçdə oturub hazırda Mərakeşdə olduğu barədə statuslar yazır. "Yuxarıdan” tapşırıq alanda isə ona nişan verilmiş şəxsin haqqında yalan-böhtan yazır, şantaj edir. Məhz belə anda xüsusi təyinat inetnetə ehtiyac duyulur.

Ümumiyyətlə, ekspertlər hesab edir ki, bu cür internetə hər bir cəmiyyətdə ehtiyac duyulur. İKT mütəxəssisiSübhan Sultanovun sözlərinə görə, xüsusi təyinatlı internet xidməti vasitəsi ilə saxta profillər altında söyüş söyənləri, təhqir edənləri bir neçə saniyədə təyin etmək olur: "Bununla internetdə təhqir və söyüşləri azaltmaq, şəxsin alçaldılması hallarının yığışdırılmasına nail olmaq olar. Fikrimcə bizim ölkədə də Tacikistanda tətbiq edilən internet-xüsusi təyinatlı xidmətini tətbiq etmək olar. Çünki insanlar tənqid yox, təhqir edir, söyüşlərlə şərh yazır, şərəf və ləyaqəti alçaldırlar”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyəti İnkişafı Şöbəsinin müdiriİsfəndiyar Əliyevlə əlaqə saxladıq, bildirdi ki, Azərbaycanda internet də Kütləvi İnformasiya Vasitəsi hesab edildiyindən internetdə söyüş söyənin cəzalandırılması üçün xüsusi qanunvericiliyə ehtiyac yoxdur: "Siz də bilirsiniz ki, KİV haqqında qanunda deyilir ki, internet də kütləvi informasiya vasitəsidir. Deməli, KİV haqqında qanun, Cinayət Məcəlləsində nəzərdə tutulan müddəalar da bu kimi halları şərh edir”.

Müsahibimiz bildirir ki, internetdə konkret olaraq kiminsə ünvanına şərəf və layaqətin alçaldılması halları, təhqir etmə baş verirsə, onda sözügedən maddələrə əsasən tədbir görülə bilər. Bunun üçün xüsusi təyinatlı internet sisteminə ehtiyac görmədiyini deyən İ. Əliyev bildirir ki, əgər hər hansı yazılı nəşrdə, eləcə də telekanalda və ya radioda təhqiranə bir informasiya yayımlanırsa və bunun üçün hansı tədbir görülürsə, eynilə bu sistemi internet mühitində də tətbiq etmək olar.

Məlumat üçün bir daha qeyd edək ki, internet-xüsusi təyinatlı sistemi əsasən internetdə saxta profil, ad ilə söyüş söyən, təhqir yazan insanları aşkarlamaq və cinayət məsuliyyətinə cəlb etmək üçün nəzərdə tutulub. Daha aydın dillə ifadə etsək, daha "saxta profil” adı ilə məsuliyyətdən yaxa qurtamaq mümkün olmayacaq. Çünki şəbəkəni idarə edən adminlərdə, şəbəkə liderində və ya sahibində, ölkənin baş aidiyyatı qurumunda istifadəçilərin bütün İP-ləri və barələrində dəqiq məlumat olur. Problem sadəcə cinayətkarın ələ keçirilməsində vardı, əgər yeni sistem tətbiq edilsə, facebook-da söyüş söyən cəmi bir neçə saniyəyə təyin ediləcək, bir neçə dəqiqə ərzində olduğu ölkənin rəsmi orqanlarına xəbər ötürüləcək və dərhal yaxalanacaq.

bakuinfo.az

 



Oxşar mövzular:
  • İnternet: rəqəmlər və faktlar
  • Azərbaycan əhalisinin 70 faizə qədəri internet istifadəçisidir [açıqlama]
  • Ailələri dağıdan virtual tanışlıqlar
  • Stilist Samir də Azərbaycan bayrağını təhqir etdi - FOTO
  • İnternet asılılığının səbəbləri


  • Gerİ dön


    12 şərh


    • tesekkurler xebere gore.

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:


    • xebere gore twkler

    • --------------------------------------------

    • Xəbərlər: 164
    • Şərhlər: 3678
    • İCQ:


    • tewekkurler

    • --------------------------------------------
      -------------- ---------------------------------------- $$$$$$
      ___________________________________$$$$$$$$$$
      ___________________________$$$____$$$$
      _________________________$$$$$$$__$$$$$$$$$$$
      _______________________$$$$$$$$$___$$$$$$$$$$$
      _______________________$$$___$______$$$$$$$$$$
      ________________$$$$__$$$$_________________$$$
      _____________$__$$$$__$$$$$$$$$$$_____$____$$$
      __________$$$___$$$$___$$$$$$$$$$$__$$$$__$$$$
      _________$$$$___$$$$$___$$$$$$$$$$__$$$$$$$$$
      ____$____$$$_____$$$$__________$$$___$$$$$$$
      __$$$$__$$$$_____$$$$_____$____$$$_____$
      __$$$$__$$$_______$$$$__$$$$$$$$$$
      ___$$$$$$$$$______$$$$__$$$$$$$$$
      ___$$$$$$$$$$_____$$$$___$$$$$$
      ___$$$$$$$$$$$_____$$$
      ____$$$$$$$$$$$____$$$$
      ____$$$$$__$$$$$___$$$
      ____$$$$$___$$$$$$
      ____$$$$$____$$$
      _____$$$$
      _____$$$$
      _____$$$$
    • Acemi cadi
    • Xəbərlər: 658
    • Şərhlər: 3131
    • İCQ:


    • tewekkurler.


    • Xəbərlər: 0
    • Şərhlər: 573
    • İCQ:


    • zorrr olur)(
      19

    • --------------------------------------------

    • L-NaRa
    • Xəbərlər: 51
    • Şərhlər: 1803
    • İCQ:


    • xebere gore tewekkur

    • --------------------------------------------

    • ...
    • Xəbərlər: 128
    • Şərhlər: 2812
    • İCQ:


    • bu facebokkda bir derdiee miletee anlamiram ne varee orda..

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:

    • alev
    • 19 fevral 2013 13:30
    •  

    • tek facebookda yox butun sattlarda olsa yaxsi olar


    • hebibe
    • Xəbərlər: 0
    • Şərhlər: 18
    • İCQ: 0559539148


    • QESHEY TESHEKKURLER


    • gunel
    • Xəbərlər: 0
    • Şərhlər: 238
    • İCQ:


    • yaxsi olar,tesekkurler

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:


    • Cox gozel olardi.


    • feride
    • Xəbərlər: 0
    • Şərhlər: 64
    • İCQ:


    • ayy ne gewey yaxsi olardi bele 17

    • --------------------------------------------
      : Буду смеяться всем назло...и никто не поймет,что творится у меня в душе!!
    • Xəbərlər: 7
    • Şərhlər: 1741
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III