Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Körpələrlə necə ünsiyyət qurmalı?

 

Uşaq psixoloqu Gülçin Dadaşovanın sözlərinə görə, nə qədər təəccüblü olsa da, körpələr ilk gündən ünsiyyətə ehtiyac duyur. Körpələr ana südünü istədiyi kimi ananın onunla söhbət etməsini, nəvaziş göstərməsini, digər ailə üzvlərinin də ona müraciət etməsini istəyir. Körpə hələ danışa bilmədiyindən, nitqi anlamadığından həyatı görmə, duyma, dadbilmə, toxunma qabiliyyətlərilə dərk edir. Buna baxmayaraq, valideynlərin onunla danışması onu sakitləşdirir, onun da valideynləri kimi olduğunu və fərqləndiyini dərk etməyə kömək edir. Hətta körpə ilə danışanda o ağlamır, ağrıları varsa azalır, səpkiləri keçir. Uşaqla gün ərzində çox danışanda, onu əzizləyəndə o, daha sakit olur və yaxşı yatır.

Psixoloq bildirir ki, körpələrə onların və valideynlərinin həyatında baş verən dəyişikliklər barədə də danışmaq lazımdır. Körpələr çox həssas olur: "Onlar ailədə baş verən hansısa problem və ya şəraitin dəyişməsinə mənfi reaksiya verə bilərlər. Bu səbəbdən də körpələrə, misal üçün, başqa yerə köçmüsünüzsə, bunu danışmaq lazımdır. Yaxud, həyat yoldaşınız uzun müddət harasa gedirsə, bunu da uşağa deməlisiniz. Uşağa deyin ki, atası harasa gedir, lakin o, qayıdacaq və getməyinə baxmayaraq, onu sevir və daim onu düşünür. İstənilən mənfi vəziyyəti özünüzdə güc tapıb körpəyə ən yumşaq tərzdə izah edin. Bu, həm körpəni sakitləşdirir, həm də gələcəkdə sizinlə onun arasında ünsiyyət zamanı yarana bilən maneəni aradan götürür".

Həmsöhbətimizə görə, körpəlikdən ona həqiqəti düzgün formada deməyə, onunla bölüşməyə, yalnız valideyni deyil, dostu da olmağa çalışarkən, yeniyetməlik dövründə yaşanan bir sıra problemlərdən də asanlıqla keçmək mümkündür: "Unutmayın ki, sizinlə onun arasındakı münasibət onun ilk günlərindən, hətta hamiləlik dövründən başlayır".

Körpə ilə danışarkən yalnız vacib hadisələri deyil, gündəlik baş verən əhəmiyyətsiz təəssüratları da bölüşmək lazımdır. G.Dadaşovanın dediyinə görə, onunla hər şeydən danışılmalıdır: "Böyük bir insanla danışdığınız kimi rahat danışın. Belə danışıq, düzdür, hansısa uşağın mənfi təəssüratlarını yaxşıya doğru dəyişmək üçün nəzərdə tutulmur. Amma bu, uşağı daha inkişaf etdirir. Uşaq siz danışanda emosiyalarınızı hiss edir, bu da onun yaddaşını möhkəmlədir, beynin fəaliyyətini aktivləşdirir".

Bəs, körpələr bizimlə necə danışır? G.Dadaşova bildirir ki, körpələr əslində öz bədən hərəkətləri ilə bizimlə danışır. Sözlərlə ünsiyyət qurmağı adət edən böyüklər adətən onların nə demək istədiklərini bilmirlər: "Bu səbəbdən də diqqətli olmalı, körpəyə sadəcə olaraq nəsə danışmamalı, onunla söhbət etməyə çalışmaq lazımdır. Əks halda körpə ilə söhbətiniz monoloqu xatırladacaq. Çalışın ki, bu monoloq deyil, körpənizlə dialoq olsun. Bundan başqa, çox vaxt valideynlər uşaqla danışarkən artıq onun təbiətinə uyğun olmayan söz deməkdən qorxur, körpə ilə söhbət edərkən özlərinə nəzarət edirlər. Məsləhət görərdim ki, uşaqla daha sərbəst olsunlar".

Bəzi sözlər və səslər var ki, uşağın həyatının ilk aylarında bunu ona tez-tez demək əhəmiyyətlidir. Bu, körpələri ünsiyyət qurmağa öyrədir. "Uşağa tez-tez "ağu, ağu" deyib oynadırlar. Bu sözlər deyilən zaman səsin yüksək tonu uşağın diqqətini çəkir. Fısıltılı sözlər uşağa doğulmamışdan öncə eşitdiyi anasının nəfəsini xatırladır. Hecaların təkrarlanması və pauzalarla deyilməsi isə sözləri yadda saxlamağa kömək edir. Məsələn, a-na, a-ta, nə-nə. Bu səs və sözləri uşağa deyərkən uşağın gözlərinə baxaraq gülümsəmək və ağzı yaxşı açıb-bağlamaq lazımdır. Bununla biz həm uşağa danışmağın çox asan və gözəl olduğunu göstərir, həm də sözləri aydın deməklə onun yadında qalmasına kömək edirik".

Onun sözlərinə görə, iki ayından başlayaraq uşaqların çoxu böyüklərin hərəkətlərini təlqin edə bilir. Uşaqlar danışmağa qığıldamaqla, ayrı-ayrı səslər çıxartmaqla başlayır.



Oxşar mövzular:
  • "Yox" nədir bilməyən uşaqlarımız
  • Uşaqda özünüdəyərləndirməni necə inkişaf etdirməli?
  • Həyat yoldaşını itirmiş valideyn necə davranmalıdır?
  • Yaxşı Ana və Ata Olma İpucları
  • Daha "necə ərə gedim" deməyəcəksiniz (SİYAHI)


  • Gerİ dön


    10 şərh


    • HAMIYA QISMET OLSUN ANA OLMAQ


    • Meli
    • Xəbərlər: 0
    • Şərhlər: 21
    • İCQ:


    • H.L,
      insallah

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:


    • uwagim yoxdu ama yenede sagolun oxudum raziyam sizle


    • kama kamalova
    • Xəbərlər: 43
    • Şərhlər: 1128
    • İCQ:


    • H.L,

      raziyam senle 16

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:


    • Mende hamınıza mükemmel ANA olmağı arzu edirem.


    • ell.nell
    • Xəbərlər: 150
    • Şərhlər: 942
    • İCQ:

    • Esma
    • 30 aprel 2013 19:46
    •  

    • bu xeber daha cox evli xanimlarimiz ucun aktualdi..Mene heleki lazim deyil,ama sagliq olsun gelecekde sozun esl menasinda mukemmel bir ana olacam...AMIN


    • Esma
    • Xəbərlər: 1
    • Şərhlər: 3328
    • İCQ:


    • Aminnnnnnnnnn bu xeber daha cox evli xanimlarimiz ucun aktualdi..Mene heleki lazim deyil,ama sagliq olsun gelecekde sozun esl menasinda mukemmel bir ana olacam...AMINH.L,


    • Xəbərlər: 20
    • Şərhlər: 1073
    • İCQ:


    • Sitat: H.L
      bu xeber daha cox evli xanimlarimiz ucun aktualdi..Mene heleki lazim deyil,ama sagliq olsun gelecekde sozun esl menasinda mukemmel bir ana olacam...AMIN


      Inwallah gelecekde dediyin kimi mukemmel bir ana olarsan H.L

    • --------------------------------------------
      -------------- ---------------------------------------- $$$$$$
      ___________________________________$$$$$$$$$$
      ___________________________$$$____$$$$
      _________________________$$$$$$$__$$$$$$$$$$$
      _______________________$$$$$$$$$___$$$$$$$$$$$
      _______________________$$$___$______$$$$$$$$$$
      ________________$$$$__$$$$_________________$$$
      _____________$__$$$$__$$$$$$$$$$$_____$____$$$
      __________$$$___$$$$___$$$$$$$$$$$__$$$$__$$$$
      _________$$$$___$$$$$___$$$$$$$$$$__$$$$$$$$$
      ____$____$$$_____$$$$__________$$$___$$$$$$$
      __$$$$__$$$$_____$$$$_____$____$$$_____$
      __$$$$__$$$_______$$$$__$$$$$$$$$$
      ___$$$$$$$$$______$$$$__$$$$$$$$$
      ___$$$$$$$$$$_____$$$$___$$$$$$
      ___$$$$$$$$$$$_____$$$
      ____$$$$$$$$$$$____$$$$
      ____$$$$$__$$$$$___$$$
      ____$$$$$___$$$$$$
      ____$$$$$____$$$
      _____$$$$
      _____$$$$
      _____$$$$
    • Acemi cadi
    • Xəbərlər: 658
    • Şərhlər: 3131
    • İCQ:


    • Sitat: H.L
      bu xeber daha cox evli xanimlarimiz ucun aktualdi..Mene heleki lazim deyil,ama sagliq olsun gelecekde sozun esl menasinda mukemmel bir ana olacam...AMIN

      AMIN)

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:

    • H.L
    • 30 aprel 2013 07:34
    •  

    • bu xeber daha cox evli xanimlarimiz ucun aktualdi..Mene heleki lazim deyil,ama sagliq olsun gelecekde sozun esl menasinda mukemmel bir ana olacam...AMIN

    • --------------------------------------------
      11 EL 11
    • H.L
    • Xəbərlər: 127
    • Şərhlər: 4079
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III