reklam
Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü https://take.az/uploads/posts/2019-07/thumbs/1562243964loading.az_capture.jpg
HASANLY

HASANLY Xəbərlər 4-07-2019, 16:39

Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü

Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü
İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Çelsi”nin saytı xəbər verir ki, London klubunun sabiq futbolçusu Frenk Lempard bu klubun baş məşqçisi təyin olunub.

41 yaşlı mütəxəssislə üç illik müqavilə bağlanılıb. Müqavilə imzalanması prosesində “Çelsi”nin rusiyalı direktoru Marina Qranovskaya iştirak edib.

Lempard 13 il bu klubda çıxış edib. O, 2001-2014-cü illərdə çıxış etdiyi London klubunda 648 oyuna 211 qol vurub ki, bu da komandanın tarixinə ən çox qol vuran futbolçu kimi düşməyinə səbəb olub.

Frenk Lempard ötən mövsüm İngiltərə I divizionunda “Derbi Kaunti” klubunu çalışdırıb.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda digər London klubu olan “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının qalibi olub. Bununla belə, komandanın italiyalı baş məşqçisi Mauritsio Sarri klubdan ayrılaraq, “Yuventus”a çalışdırıcı təyin edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 244 276 211 235 237

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.