Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


niyə qorxulu yuxu görürük?

niyə qorxulu yuxu görürük?

 

Yuxular nadir hallarda baş verə biləcək hadisələrin xəbərçisi ola bilir
Əksər insanlar yatarkən gördükləri qeyri-adi yuxulardan qorxuya düşürlər. Gün ərzində baş verən hadisələr, yaxud illər əvvəl yaşanılan hər hansı bir travmanın izləri, gecə-gündüz düşündüyümüz problemlər, məsələlər adətən gecə yuxusunda da yaxamızı buraxmır. Nəticədə yorğun və narahat keçən gecənin sabahısı insan yorğun, əzgin, kefsiz oyanır. Gecə qorxuları insanlarda zaman-zaman get-gəlli olur, kimisində isə ardı-arası kəsilmir. Yaşlılar belə qorxuları edilən cadu, qarğışlara bağlasalar da, cavanlar üçün daim görülən qorxulu yuxuların səbəbi psixoloji pozğunluq və yorğunluqdur.

Əslində qorxulu yuxular nədir? Niyə insanlar belə yuxular görürlər? Həqiqətən edilən cadu və bu kimi əməllərin insan yuxusuna təsiri varmı? Alimlərin uzunmüddətli araşdırmalarına baxmayaraq, yuxu ilə bağlı bəzi məqamlar tam aydınlaşmayıb. Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunu bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.

İnsan ömrünün 3/1-ni yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Alimlərin araşdırmaları göstərib ki, sən demə, yuxuların növləri də varmış. İnsan yatmaq üçün çarpayıya uzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır, insan yuxuya gedir. Alimlərin fikrincə, yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirlər ki, təbii olaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görür. İnsanların çoxu yuxuları ağ-qara gördüklərini söyləyirlər. Daim yorğun və başı hər hansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar fikirləşdikləri məsələni yuxularında da görürlər. Belə yuxuları yozmaq mümkün deyil.

Hacı Kamilin sözlərinə görə, pis yuxu yoxdur. Yetər ki, yuxunun yozulması düzgün olsun. Hər insan yuxu yoza bilmədiyi üçün deyilən hər bir sözə də inanmaq lazım deyil. Pis yuxu görmək mütləq pis hadisə ilə qarşılaşılacaq anlamına gəlmir: 

"Qurani-Kərimdə bildirilir ki, ilk dəfə yuxu yozmaq neməti Yusif peyğəmbərə verilib. Onun yozduğu yuxular aydın, çin çıxıb. Ondan sonra zamanla yuxu yozumu bir peşə halına gəlib. Yuxular mələkdən və şeytandan gələn yuxu olaraq 2 yerə bölünür. Təbii ki, birinci görülən yuxular aydın, təmiz yuxulardır. İndi satışda yuxu yozumları kitabları satılır. Yuxuda görülən 1 detalla tamamilə yuxunu yozurlar. Lakin yuxunu yozmaq yuxudakı bütün detalları bilməklə mümkün ola bilər. Daim qorxulu yuxu görən insanlar isə daxilən iztirab çəkən, yaxud günah işləyən insanlardır. Bütün yuxulardan Allaha sığınmaq lazımdır. Yuxuların gələcəkdən bir mesaj, yaxud xəbərdarlıq olması ehtimalları da var, amma heç kim bilə bilməz ki, bu hansı yuxudur".

Nevropatoloq Allahverdi Musayevin sözlərinə görə, yuxu insanın yaşından asılı olaraq dəyişir. 2-3 yaş arasında olan uşaqların qorxulu yuxu görməyi təbii bir haldır. 6 aylığı keçmiş hər bir uşağın belə yuxular görüb ağlayaraq oyanması təbiidir. Uşaqların xəyal gücü bu yaş ərəfəsində inkişaf etdiyindən yuxuların görülməsi normal haldır. Oyanan uşaqları sakitləşdirmək və yenidən yuxuya vermək lazımdır: "Böyüklərdə olan qorxulu yuxuların səbəbləri isə tamamilə ayrıdır. İnsan ya travma keçirir, bunun təsirindən ayrıla bilmir, ya nədənsə bərk narahatlığı olur. Əsəbləri gərgin olur, ya da parasomniyalar olur. Parasomniyalar yuxu pozğunluqlarıdır. Bu pozğunluqlar aradan qaldırılmadığı müddətcə yuxu qarışdırmaları, qorxulu yuxuların görülməsi davam edəcək".

Bəzən insanlar başlarının altına bıçaq, qaşıq bu kimi əşyalar düzərək bununla qorxulu yuxu görülməsini qarşısının alınacağını güman edirlər. Amma bunun elmi bir sübutu olmadığını deyən həmsöhbətimiz bunu insanların uydurması və psixoloji olaraq özlərini sakitləşdirmək üsulu sayı.

Psixoloqlar bu fikirdədir ki, daim qorxulu yuxu görən insanlar bundan çox rahat yolla qurtula bilərlər. Belə ki, görülən yuxu ilə üzləşmək lazımdır. Daim o yuxunu yenidən görüb qorxacağını düşünən insanlar məhz həmin yuxudan qurtula bilmirlər. Qurtulmağın ən yaxşı yolu isə xeyirə yozmaqdır. Araşdırmalar göstərir ki, qadınlar kişilərə nisbətən daha çox qorxulu yuxu görürlər. Daim görülən qorxulu yuxular davamlı olaraq narahat edərsə, bu zaman nevropatoloqa müraciət etmək vacibdir.

Qeyd edək ki, qəbul edilən dərmanlar da yuxuların qarışmasına səbəb ola bilər. Xüsusən antidepresant dərmanlar nadir hallarda yuxuları qorxulu edə bilir. Cəmiyyətdə görülən qorxulu yuxulara qarşı həssaslıq mövcuddur. Əksər insanlar düşünür ki, məhz belə yuxular gələcəkdən hər hansı bir işarə olar. Lakin yadda saxlamaq lazımdır ki, yuxular nadir hallarda baş verə biləcək hadisələrin xəbərçisi ola bilir. Görülən hər yuxunun mütləq çin olacağını gözləmək sadəlövlükdur. İnsanın psixoloji vəziyyətinə nəzər yetirmədən onun yuxularını yozmaq yanlış istiqamətə yönləndirmək deməkdir.



Oxşar mövzular:
  • Yuxunun bürclərə təsiri
  • Körpələrin şirin yatması haqqında
  • Gecələr yata bilməyənlər mütləq oxusun!
  • Ən çox görülən 13 yuxu
  • Yuxu...


  • 25 şərh


    • Tewekkurler

    • --------------------------------------------
      Все заканчивается. ? жизнь. ? молодость. ? богатство.
      Остаются лишь добрые дела.
    • ♡ ALLAH ♡
    • Xəbərlər: 207
    • Şərhlər: 1402
    • İCQ:


    • Is_OnLy_OnE_GoD,
      xaxaxaxaxxaxa yene halka ikimizde bir baxmisiq mene tesir elemedi hec qorxuluda deyildi maraqsiziydi mence men onanda qorxulu kinolara baxmisam olar halkadan maraqliydi qorxuluydu ozude o kinoya ne vaxdandi baxmisiq ustunden nece il kecib sen yenede onu yuxunda gorursen))))

    • --------------------------------------------


    • ღEkaღ
    • Xəbərlər: 74
    • Şərhlər: 3025
    • İCQ:


    • mraqli idi.tsk

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:


    • Menim yuxuda xeyalimda olanı görürem ve oyanmaqda istemirem


    • Sabina
    • Xəbərlər: 0
    • Şərhlər: 611
    • İCQ:


    • Yuxu az gorurem cunki berk yatiram 14 Ancaq gorendedeki maraqli gelir, ozudeki oyadmaq vapwe mumkun olmur meni :DD
      Xebere gore Tewekkurler...


    • Fidashka
    • Xəbərlər: 0
    • Şərhlər: 2116
    • İCQ:


    • men hemise yuxumda ya yixiliram ya daki HALKANI gorurem

    • --------------------------------------------
      Burda qocalib ölmək istədiyim vaxtlar olub həyatimda..Amma saytim sagolsun əlindəkilerin dəyərini bilmək əvəzinə daima itirə-itirə gəzir...Menimde heyatda en qorxdugum sey terk edilmek olub..Dediklerim bezilerine mraqsiz geel biler amma bu menim oz dusuncemdi ...Kimisi bura eylenmeye ,kimisi tamam basqa meqsedlerle girir bura..Amma men sadece onu deyim ki menim en onemli vaxtimda cox seyleri oyretdin mene saytim..Buna gore sene borcluyam..Amma cox tesuf ki itirirsen amma calis qazan kecmisde buraxdiqlarini onlar senin ilk goz agrindilar ..Sadece bundan sonra qazanmaga calis saytim..Ozunuze yaxsi baxin meni sevmeyenlerde sevenlerde her kese oz Real heyatinda Ugurlar..


    • .....
    • Xəbərlər: 270
    • Şərhlər: 3042
    • İCQ:

    • Esma
    • 31 avqust 2013 18:05
    •  

    • Her yuxunun oz menasi var. Herden pis herdende yaxsi yuxu gore bilerik. Pis yuxu gorende deyirlerki suya danisanda hemin pis yuxunun qorxusu sovuwub gedir. Yuxular sadece heyatimizda neyin ola bileceyinin kicik xebercisidi.. Duzdu mendede o qeder olubki hem pis hem de yaxsi yuxu gorende o yuxum heyatda tesirin gosterib. Maraqli movzu idi, Paylasdigin ucun tesekkur


    • Esma
    • Xəbərlər: 1
    • Şərhlər: 3328
    • İCQ:


    • men hec seher duranda gorduyum yuxunu xatirlamiram yeqin buda gulmelidi tewekkurlerrrrrr 11

    • --------------------------------------------
      İndi heç kime inam yoxdu uzun sözün qısası ağlın varsa yaşa Yoxsa öl
    • ..........................
    • Xəbərlər: 9
    • Şərhlər: 346
    • İCQ:

    • H.L
    • 30 avqust 2013 18:06
    •  

    • Mən yuxu görəndə duranda çox yorgun oluram..sevmirəm yuxu görməyi..bəzən yuxular boş ümidlərə sürükləyir bizləri...

    • --------------------------------------------
      11 EL 11
    • H.L
    • Xəbərlər: 127
    • Şərhlər: 4079
    • İCQ:


    • men qorxulu yuxu gormureem).. gorduyum yuxuların coxsu gece kımı fıkırlesıremse onu gorureemm(.. ona goree de calısıraam yaxsı seyleer fıkırlesıım yatıımm)) tesekkurleer xebere goree

    • --------------------------------------------
      Xoşbəxt Olun
      Amma Məndən
      Uzaqda.. Ok?!…

      25 October
      {@y P@r(@m}

    • Riri ^^)
    • Xəbərlər: 121
    • Şərhlər: 2934
    • İCQ:


    • Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:

    • webiw
    • 30 avqust 2013 15:04
    •  

    • yuxu tesadufi gorurem

      yuxu tesadufi gorurem

    • --------------------------------------------
      ...........
    • webnem
    • Xəbərlər: 103
    • Şərhlər: 2023
    • İCQ:


    • nebilimee gunde bir sey gorurem yuxuda day qorxuludu,yoxsa gulmeli hec ozumde bilmirem:))) 18

    • --------------------------------------------
      Həyatda heç bir insan üçün ağlamağa dəyməz. Lakin ağlamağa layiq insan heç bir zaman ağlatmaz..
    • Xəbərlər: 68
    • Şərhlər: 2240
    • İCQ:


    • Oxumadim tesekkurler ama men qorxulu yuxu az gorurem)

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:


    • Ne yaxwi ki qorxulu yuxulari az gorurem.tewekkur maraqliyidi.

    • --------------------------------------------
      _GALATASARAY_CIMBOM_
      Seninle kecen gunlerim:))
    • Xəbərlər: 0
    • Şərhlər: 1281
    • İCQ:


    • men yuxu gormurem
      xebere gore tesekkurler....

    • --------------------------------------------

    • )))
    • Xəbərlər: 397
    • Şərhlər: 1948
    • İCQ:


    • tewekurller xebre gore)

    • --------------------------------------------
      Gizli noмre yoxdi ..нaмi вilir.. ya кoнne sevgilidi, ya мirtdawan dosт,ya da seнf duwuв..
    • BeLe MaRaGliDi AdiM=)
    • Xəbərlər: 4
    • Şərhlər: 2554
    • İCQ:


    • maraqliydi tesekkurler

    • --------------------------------------------


    • ღEkaღ
    • Xəbərlər: 74
    • Şərhlər: 3025
    • İCQ:


    • təşəkkürlərrrrr 11
      şirinimmm
      bəyəndimmmmmmmmmaraqlıxəbəridi

    • --------------------------------------------
      [thumb]http://take.az/uploads/posts/2013-11/1384940326_b.png[/thumb]

    • Xəbərlər: 139
    • Şərhlər: 2309
    • İCQ:


    • təşəkkürlərrrrr
      şirinimmm
      bəyəndimmmmmmmmmaraqlıxəbəridi

    • --------------------------------------------
      [thumb]http://take.az/uploads/posts/2013-11/1384940326_b.png[/thumb]

    • Xəbərlər: 139
    • Şərhlər: 2309
    • İCQ:


    • tewekkurler


    • Melek
    • Xəbərlər: 1
    • Şərhlər: 208
    • İCQ:


    • Təşəkkürlər


    • Niki Viki Miki
    • Xəbərlər: 24
    • Şərhlər: 1097
    • İCQ:


    • TEWEKKURLER


    • Xəbərlər: 44
    • Şərhlər: 986
    • İCQ:


    • twkler beyendim


    • ENVER
    • Xəbərlər: 62
    • Şərhlər: 212
    • İCQ:

    • mehin1
    • 30 avqust 2013 13:09
    •  

    • twkler...............

    • --------------------------------------------

    • Mehin
    • Xəbərlər: 4
    • Şərhlər: 2433
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    syspneti1982
           Нет
    Şərhləri: 1
     
    Martinkag
           226685615
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     Sentyabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Style I Style II Style III