Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yaşayan ölülər

Yaşayan ölülər
Ətrafınızdakı insanları müşahidə edirsinizmi?

Kim nə işlə məşğuldur, nələr edir, nələr düşünür və s. Bəlkə bir çoxunuz düşünər ki, başqaları məni niyə maraqlandırsın ki. Amma təfəkkür etmək üçün ətrafımızdakı insanlar çox gözəl mövzudur. Bir ticarət mərkəzinə gedəndə sağınızda, solunuzda gəzən, fərqli söhbətlər edən, fərqli düşüncələri və ya hərəkətləri olan insanlara yəqin ki, diqqət edirsiniz.

Ümumiyyətlə diqqət etməmək mümkün deyil. İstər-istəməz gözünüz sataşır, baxırsınız. Bəziləri çox nəzəri cəlb edən, gözəl geyimlərdə. Bəziləri çox sevincli, şən söhbətə başı qarışıb. Bəziləri tələsir, harasa nəyisə çatdırmağa çalışır. Bəziləri telefonla danışır, ətrafında nələr baş verir, heç görmür də. Baxan kimi də heç tanımadağınız bu insanlar haqqında ağlınızda çox sürətli fikirlər yaranır. Bir anlıq baxışla, əxlaqı, şəxsiyyəti, yaşadığı həyat tərzi haqqında beyninizdə dərhal şəkil çəkirsiniz.

♥ ✰ ♥ ✰ ♥

Bəzən bir əyləncə mərkəzindəki insanlar, böyük izdiham halında, sevinc içində, yüksək səslə danışaraq, hər biri diqqət çəkən, bahalı maşınlarına minib ordan uzaqlaşırlar. Bəzən də televizorda gördüyünüz bir verilişin tamaşaçılarının sevincinə, həyəcanına və ya şənlənməsinə şahid olursunuz. Mükafat vermə mərasimləri, musiqi və rəqs yarışmaları, şənlik proqramları ekranlardan şən, həyat dolu, canlı ruhu əks etdirir… Bütün bunlar uzaqdan izlənildikdə insana çox cəzbedici görünür. İnsanlar oradakı sevinci, həyəcanı, həyat dolu, aktiv insanları böyük heyranlıqla izləyir və onlar kimi olmağa həsrət duyurlar.

Həqiqətən də, uzaqdan baxanda necə də canlı, həyat dolu, hərəkətli görüntülərdir…Bir an olsa belə insanın ağlına, bu insanlar arasında yaşayan ölülər ola biləcəyi düşüncəsi gəlməz.

Halbuki, dünyada gördüyümüz bu normal insanlar arasında ölü olanlar vardır...
Yaşayırlar, amma ölü kimi..Hamımız kimi yeyir, içir, işləyir, əylənir, danışır və gəzirlər. Normal insan nə edə bilərsə, onu edirlər. Onları fərqli edən xüsusiyyət ruhlarının bomboş olmasıdır. Bəli, yaşayan ölü adlandırdığım insanlar elə bunlardır...

♥ ✰ ♥ ✰ ♥

Lakin bir ölüdən gözlənilməyəcək şəkildə, var gücləri ilə dünyadan yapışırlar. Dörd əli bağlanırlar bu həyata. Üzləri gülür. Paltar, maşın, bəzək-düzək, yemək, içmək, gəzmək kimi ağla gələn dünyaya aid hər cür imkanı maksimum dərəcə istifadə edirlər. Onlar xoşbəxtliyi bunda görürlər. Bütün bunları həyatı daha dərindən hiss etmək üçün edirlər. Bir az xoşbəxt olmaq, bir az sevgi ləzzətini duymaq, bir az yaşayan insanların həyatından, sevincindən dad almaq üçün edirlər. Amma etdikləri əbəsdir..

Nə etsələr də yaşamağın ləzzətini duya bilmirlər, əsl həyatın dadını ala bilmirlər. Bəs bu insanlar kimlərdir? Onlar necə həyatlarına davam edə bilirlər? insanların böyük əksəriyyətinin yanlarından keçəndə fikir vermədiyi bu insanlar ruhən ölü insanlardır. Onlar dünya həyatında bütün zövqləri və gözəllikləri tükədib yox edirlər. Tək bacardıqları budur.

Bunlar, ruhun duya biləcəyi bütün gözəllikləri, zövqləri, xoşbəxtliyi, həyat sevincini və ümidi itirən insanlardır. Yaşadıqları bu həyat onlara da sıxıcı gəlir, daxilən əzab verir. Dünyanı çox sevən, həyatdan zövq almağı ən çox istəyən onlar olduğu halda, bu gözəllikləri itiridiklərinə görə əzabları daha da artır. Bizim bu insanlarla qarşılaşanda gördüyümüz o həyat eşqi ilə dolu, canlı, aktiv insan modeli isə sadəcə aldanışdır...

♥ ✰ ♥ ✰ ♥

Həyatlarını, bütünlüklə, professional bir kino aktyoru kimi xoşbəxt insan rolunu oynayaraq keçirirlər. Demək olar ki, hər gün ağıllarında, dillərində “həyatdan bezmişəm”, “hər şey mənasızdır”, “heç nədən zövq almaq olmur” ifadələri var. Hətta bəziləri bezginlik, sıxıntı kimi səbəblərdən ölməyi, intihar etməyi düşünür. İnsanlar bu hala gəlmələrinin səbəbini də heç bilmirlər. Düşünsələr də, anlaya bilmirlər. Səbəb isə çox aydındır: yaşadıqları bu dərin yoxluğun, əzabın, iztirabın tək səbəbi gözlərini, qəlblərini həqiqətlərə qarşı bağlamalarıdır. Yaşadıqları sevgisizlikdir. Əgər sevginin və gözəlliklərin mənbəyinin nə olduğunu bilsələr, qurtuluş onlar üçün çox asan və sadəcə bir an məsələsi ola bilər.

Bütün zövqlərin, bütün gözəlliklərin mənbəyi Allahdır. İnsanlar bunu dərk edə bilmədikləri üçün əllərindəki nemətlərdən zövq ala bilmirlər. Dünyanın ən möhtəşəm nemətləri içində olsalar belə, həyatlarına hər zaman boşluq, qaranlıq və ruhsuzluq hakim olur. Günlər, aylar, illər keçir. Onlar yenə də sıxıntı içində yaşayırlar. Ruhlarını bu əsarətdən qurtara bilmirlər.

Yaşayarkən ölü kimi olmaqdan xilas olmağın əslində çox gözəl yolu var: Allahı çox sevmək, qəlbi sahib olduqlarımızı yaradan Tək Güc olan Allaha açmaq...
Bunu etdikdə, dünyanın heç bir maddi nemətinə sahib olmasa da, ruh coşğu ilə canlanacaq, sevinc, xoşbəxtlik, hüzur, sevgi həyata hakim olacaq. Allah da bunu vəd etmişdir və O, vədinə heç vaxt xilaf çıxmaz.


Oxşar mövzular:
  • Varlı insanların varlanma sirləri
  • BÜRCLƏRDƏ ŞANS NÖQTƏSI
  • Bürclərin sevgidə qısqanclıq halları
  • Bürclərin dərdi qəmi
  • Güzgülər və O Güzgüdəki İnsanlar...!!!


  • Gerİ dön


    14 şərh


    • Sitat: ..:::PinK::::..
      Sitat: fatimeyizehra
      Sebrim catmadiyee Oxumaga bagisla eminemki gözeldir

    • --------------------------------------------


    • ღEkaღ
    • Xəbərlər: 74
    • Şərhlər: 3025
    • İCQ:


    • Sitat: elena r-va
      Rey yazan
      Sitat: Enigmatig_girl
      Elena oxuya bilmirəm rəng seçimin yenə uğursuz olub fikir ver buna

      Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

    • --------------------------------------------
      Goyde axtarib da yerde tapdigim olmadi hec..
      Ama yerde axtarib goyde tapdiqlarim cox oldu......
    • ❤FeRidE❤
    • Xəbərlər: 108
    • Şərhlər: 2405
    • İCQ:


    • Rey yazan
      Sitat: Enigmatig_girl
      Elena oxuya bilmirəm rəng seçimin yenə uğursuz olub fikir ver buna

      Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:


    • Elena oxuya bilmirəm rəng seçimin yenə uğursuz olub fikir ver buna

    • --------------------------------------------


      Agac kökdən mənimdirsə,kölgəsində kim dincəlir dincəlsin...
    • Minnosh))
    • Xəbərlər: 343
    • Şərhlər: 4058
    • İCQ:


    • Sitat: fatimeyizehra
      Sebrim catmadiyee Oxumaga bagisla eminemki gözeldir


    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:

    • Esma
    • 5 oktyabr 2013 01:31
    •  

    • Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


    • Esma
    • Xəbərlər: 1
    • Şərhlər: 3328
    • İCQ:


    • canim menim sona kimi oxudum ve heqiqeten cox gozel yazidi..tamamile dogru ve maraqli bir yazi..mencede herweyden evvel Allahi sevmeliyik ona inanmaq,umidimizi ondan istemeliyik yasayan olu olmamaliyiq yani gerçekten yasamaliyiq Rebbimizin bize bexs etdiyi heyatiki axiretde bizden soruwanda nece yawadin heyati yawayan olu kimi deyil de dogurdan yawadim deye bilek..neyse bacisim cox uzatdim biraz xeberin herzamanki kimi ozun kimi ela bitanem..111611

    • --------------------------------------------
      Həyatda heç bir insan üçün ağlamağa dəyməz. Lakin ağlamağa layiq insan heç bir zaman ağlatmaz..
    • Xəbərlər: 68
    • Şərhlər: 2240
    • İCQ:

    • mehin1
    • 30 sentyabr 2013 19:52
    •  

    • beyendim twklerrr

    • --------------------------------------------

    • Mehin
    • Xəbərlər: 4
    • Şərhlər: 2433
    • İCQ:


    • Sebrim catmadiyee Oxumaga bagisla eminemki gözeldir


    • fatimeyi zehra
    • Xəbərlər: 0
    • Şərhlər: 428
    • İCQ:

    • webiw
    • 30 sentyabr 2013 14:30
    •  

    • maraqli meqale idi tewekkurler

    • --------------------------------------------
      ...........
    • webnem
    • Xəbərlər: 103
    • Şərhlər: 2023
    • İCQ:


    • tesekkuler


    • Xəbərlər: 0
    • Şərhlər: 0
    • İCQ:



    • Nə etsələr də yaşamağın ləzzətini duya bilmirlər, əsl həyatın dadını ala bilmirlər. Bəs bu insanlar kimlərdir? Onlar necə həyatlarına davam edə bilirlər? insanların böyük əksəriyyətinin yanlarından keçəndə fikir vermədiyi bu insanlar ruhən ölü insanlardır. Onlar dünya həyatında bütün zövqləri və gözəllikləri tükədib yox edirlər. Tək bacardıqları budur.

    • --------------------------------------------
      img
    • Lara Zara
    • Xəbərlər: 118
    • Şərhlər: 1861
    • İCQ:

    • H.L
    • 30 sentyabr 2013 11:38
    •  

    • Yaşayarkən ölü kimi olmaqdan xilas olmağın əslində çox gözəl yolu var: Allahı çox sevmək, qəlbi sahib olduqlarımızı yaradan Tək Güc olan Allaha açmaq...
      Bunu etdikdə, dünyanın heç bir maddi nemətinə sahib olmasa da, ruh coşğu ilə canlanacaq, sevinc, xoşbəxtlik, hüzur, sevgi həyata hakim olacaq. Allah da bunu vəd etmişdir və O, vədinə heç vaxt xilaf çıxmaz.

      Bacım çox ama çox gözəl məqalə paylaşmısan...əvvəldən oxuya oxuya gəldim elə şərhimdə yazmaq stəyirdimki "yalnız Rəbbimə sığınaraq dərdlərimizdən qurtula bilərik"...gördümki sən artıq məqalənin sonunda yzamısan...ƏHSƏN...yenə əla xəbər idi....

    • --------------------------------------------
      11 EL 11
    • H.L
    • Xəbərlər: 127
    • Şərhlər: 4079
    • İCQ:


    • maraqli idi..SEKILI ise daha cox beyendim..tewekkurler


    • ferid
    • Xəbərlər: 10
    • Şərhlər: 59
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III