reklam
Azərbaycana gələ bilməyən Rəcəbov, Məmmədova və Əliyeva İndoneziyada çempion elan edildi Azərbaycana gələ bilməyən Rəcəbov, Məmmədova və Əliyeva İndoneziyada çempion elan edildi https://take.az/uploads/posts/2020-04/1587399779_loading.az_elan-edildi.jpg
amon

amon Xəbərlər 20-04-2020, 20:23

Azərbaycana gələ bilməyən Rəcəbov, Məmmədova və Əliyeva İndoneziyada çempion elan edildi

Azərbaycana gələ bilməyən Rəcəbov, Məmmədova və Əliyeva İndoneziyada çempion elan edildi
Azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdırdığı “Pertamina Energi” (Cakarta) voleybol klubunun İndoneziya çempionu olması rəsmiləşib. 

Loading.Az oxu.az`a xəbər verir ki, bu barədə İndoneziya Voleybol Federasiyası qərar verib. 

Onlar müntəzəm çempionatın qalibi olan Cakarta klubunu koronavirus pandemiyası səbəbindən pley-off mərhələsində yarımçıq dayandırılan 2019/20 mövsümünün də ən güclüsü elan edib. Nəticədə CEV kubokunun üçüncüsü olmuş Ziya Rəcəbov, həmçinin Azərbaycan millisinin unudulmaz simaları – Natalya Məmmədova və Odina Əliyeva vətənə İndoneziya çempionu kimi qayıdacaqlar. 

Əliyeva birinci olmaqla yanaşı, üç nominasiyada da fərqləndirilib. 30 yaşlı voleybolçu I mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçusu seçilib.

Qeyd edək ki, sərhədlər pandemiya səbəbindən bağlı olduğundan Ziya Rəcəbov, Natalya Məmmədova və Odina Əliyeva hələlik İndoneziyadadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 177 146 156 191 131

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.