Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Kimlər internet aludəçisidir?

 

Ankara Psixiatriya Klinikasında çalışan həkim Tuncer Okayın İnternet Araşdırma Komissiyasına "İnternet asılılığı" başlıqlı hesabat təqdim edib. Hesabatda bildirilir ki, "internet asılılığı" diaqnozu qoyulan şəxslərin maddə asılılığına olan meylliliyi psixiatriya klinikalarında başlıca araşdırma mövzusu olub.

Psixiatr Kimberly Youngun "İnternetdən asılılığın meyarları" adlı yazısının dərc edildiyi hesabatda bu asılılığın növləri arasında pornoqrafik ehtirasın ilk sıralarda yer aldığı bildirilir. Ondan sonra oyun oynama, ictimai media fəaliyyətləri, internetdən alver etmə və qumar gəlir. 

Youngun başlıca meyarları

Hesabatda Youngun başlıca meyarları belə sıralanıb:

- Zehni daimi olaraq internetlə məşğul etmək (fasiləsiz olaraq interneti düşünmək, internetdəki fəaliyyətlərin xəyalını qurmaq, internetdə edilməsi planlanan bir sonrakı fəaliyyəti düşünmə və s.)

- Həzz almaq üçün getdikcə internetdən daha çox istifadə etməyə ehtiyac duymaq.

- İnternetdən istifadəyə nəzarət etmə, istifadəni azaltma və ya internetdən tamamilə imtina etməyə müvəffəqiyyətsiz cəhdlərin olması.

- İnternetdən istifadəsinin azaldılması və ya tamamilə kəsilməsi vəziyyətində narahatlıq və ya əsəbi olmaq.

- Planlaşdırılandan daha uzun müddət internetdə məşğul olmaq.

-Həddindən artıq internetdən istifadə etmək səbəbiylə dostlarla, ailə, məktəb və ya iş yerində problemlər yaşamaq, təhsil və karyera ilə əlaqədar hər hansı şansı təhlükəyə atmaq, ya da itirmək.

- Başqalarına (ailə, dostlar və s.) internetdə olma müddəti ilə əlaqədar yalan danışmaq.

Xarakterizə edilən xəstələrin nisbətinin ümumi istifadəçilərin 1.98-3.5 % qədər olduğu, internet asılılığı baxımından risk altında ola biləcəyi düşünülən istifadəçilərin nisbətinin isə 8.68-18.4 % arasında olduğu qeyd edilib. 
Hesabatda bir istifadəçinin orta hesabla təxminən həftədə 2.5-3 saat internetə bağlı qaldığı, bəzi vaxtlarda isə bu müddətin təxminən 8-40 saat arasında olduğu ifadə edilib. Həftədə 8-40 saatı kompüter başında keçirənlərin fasiləsiz 20 saata qədər kompüterdən kənarlaşmayacağı təqdirdə xəstəyə klinik müalicə üsullarının tətbiq olunması lazım olduğu izah edilib.

Kişilər internetdən daha çox asılı olur 

Hesabatda qeyd edilir: "İnternet asılılığı gec yaşlarda başlayan psixoaktiv maddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır". Bu asılılığın hər iki cinsdə də mövcud olduğu, ancaq kişilərdə qadınlara nisbətən 2 və ya 3 dəfə daha çox olduğunun təsbit edildiyi vurğulanıb. İnternetdən asılı olanların 38 %-də maddələrdən asılılıq müəyyən edildiyi, 33 %-də duyğu pozğunluğu, 25%-də isə depressiya görüldüyü ifadə edilib. Aludəçiliyin əsas patologiyasının qumar olduğu qeyd edilib.

İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilib. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb.


Oxşar mövzular:
  • İnternet bizə nə verir və nələri alır?
  • İnternet: rəqəmlər və faktlar
  • Azərbaycan əhalisinin 70 faizə qədəri internet istifadəçisidir [açıqlama]
  • Facebook’da saxta profillərlə söyüş söyənlər qanun qarşısında cavab verəcək
  • İranda internetdən istifadə dayandırılacaq


  • Gerİ dön


    5 şərh


    • oydaaaa tewekkurler

    • --------------------------------------------
      Çox Yalnızam BU Aralar ♥ :/
    • JaLe
    • Xəbərlər: 12
    • Şərhlər: 320
    • İCQ:


    • maraqli melumat idi internetde elede oturmuram sadece take.az girmek ucun girirem tewekurler


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • tewekkurlerrrrrrrr

    • --------------------------------------------
      Unudulmayan xatirələr ya gözəldir,ya da acı.
    • Hemide
    • Xəbərlər: 39
    • Şərhlər: 656
    • İCQ:


    • hm bele cixriki men uje xesteliye tutulmuwam


    • G.U
    • Xəbərlər: 33
    • Şərhlər: 1227
    • İCQ:


    • Tewekkurlerrrrrr

    • --------------------------------------------
      1395923341-310.jpg

    • Mira
    • Xəbərlər: 44
    • Şərhlər: 777
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III