Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Balın şəfası

  • Müəllif  Suzi
Balın şəfası
 
 
Qədim misirlilər dörd min il əvvəl arıçılığa başlamışlar. Sonralar bu iş bütün şərq ölkələrində geniş yayılmışdır. Sokrat balı uzun ömrün cövhəri adlandırmışdır. Fironların məqbərələrində bal dolu kuzələr 40 əsr salamat qalmışdır. Bu, balın çox qiymətli məhsul olduğunu göstərir. O, həm mühüm qida maddəsi, həm də dərman kimi tanınır. Ayrı-ayrı bitkilərdən çəkildiyinə görə balın tərkibində bədən üçün lazım olan əksər qida maddələri var. Ona görə də bal yeməklə orqanizmi çatışmayan bir çox zəruri maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olandır. Tünd rəngli, bəzən yaşıla çalan, qaramtıl və iki ildən çox qalan bal keyfiyyətcə yaxşı hesab olunmur. Bal çox asanlıqla həzm edilir və onun mühüm cəhətlərindən biri infeksiya və mikroba qarşı təsirli olmasıdır. Bir sıra dərman vasitələrini hazırlayarkən onlara bal qatırlar. Bu isə həmin dərmanın təsirini gücləndirir, bədəndə yayılmasını sürətləndirir. Bəzi acı şərbətləri şirin etmək məqsədilə baldan istifadə olunur. Distillə edilmiş su ilə düzəldilən bal şərbəti böyrəyində və sidik kisəsində daşı olan xəstələr üçün olduqca faydalıdır. Vəhşi arının balı daha dadlı və xeyirlidir. Xəstələr üçün yaz çiçəklərindən çəkilmiş baldan istifadə daha məsləhətdir.
Arı mumu yumşaldıcı xassəyə malikdir. Onu üzə çəkməklə qırışların qarşısını almaq olar. Üzdə sızanaq olarsa, bal sürtmək məsləhətdir. Bal şərbəti ilə qarqara etmək ağızda olan yaralara qarşı, boğaz ağrıları və şişməsi zamanı yaxşı təsir göstərir. Bal damağı, dişin dib ətini möhkəmləndirir, qan damarlarının fəaliyyətini yaxşılaşdırır, ürək döyüntüsünü tənzimləyir. Zərərli bəlğəmləri orqanizmdən çıxarır, öskürəyi təhrik edir, selikli xıltları yumşaldır, mədəyə yağ yığılmasının qarşısını alır. Bal mədə ağrısı, mədə xorası, qəbizlik, bağırsaq sancmasına qarşı işlədilir, qaraciyər xəstələri üçün faydalıdır. Şəkər xəstəliyinə tutulanlar və yaşlı adamlar qənd, şəkər əvəzinə bal işlətsələr, daha yaxşı olar. Öskürək zamanı bişirilmiş isti süd ilə bal yemək daha faydalıdır. Yuxusu az və ya yuxusuzluğa düçar olanlar yatmazdan əvvəl bir çay qaşığı bal yeyə bilərlər.
Bal bədənə istilik verir. Suqovucu və quruducu xassəyə malikdir. Sinə, nəfəs borusu xəstəlikləri, iflic hallarına qarşı faydalıdır. Oynaq ağrıları zamanı qara çörək otundan alınan yağı bal ilə qatıb sürtür və ovuşdururlar. Buğda unu ilə balın qarışığından düzələn təpitmə şişləri və çibanı tez sağaldır. Bala bağayarpağı suyu qatıb imalə etmək bağırsaq xorasına qarşı xeyirlidir. Bu əməliyyat azı üç gün davam etdirilməlidir.


Oxşar mövzular:
  • Faydalı məsləhətlər
  • Sizlər üçün ən faydalı qidalar - FOTO
  • Qatığın faydalı xüsusiyyətləri
  • Hər dənəsi şəfalıdır
  • Hansı meyvə hansı xəstəliyin dərmanıdır?


  • 4 şərh


    • balin faydalindan coxusunu bilirdim amma bu qeder bilmirdim etrafli melumat elde etmeyimiz yaxsi oldu tewekkur edirem

    • --------------------------------------------
      Burda qocalib ölmək istədiyim vaxtlar olub həyatimda..Amma saytim sagolsun əlindəkilerin dəyərini bilmək əvəzinə daima itirə-itirə gəzir...Menimde heyatda en qorxdugum sey terk edilmek olub..Dediklerim bezilerine mraqsiz geel biler amma bu menim oz dusuncemdi ...Kimisi bura eylenmeye ,kimisi tamam basqa meqsedlerle girir bura..Amma men sadece onu deyim ki menim en onemli vaxtimda cox seyleri oyretdin mene saytim..Buna gore sene borcluyam..Amma cox tesuf ki itirirsen amma calis qazan kecmisde buraxdiqlarini onlar senin ilk goz agrindilar ..Sadece bundan sonra qazanmaga calis saytim..Ozunuze yaxsi baxin meni sevmeyenlerde sevenlerde her kese oz Real heyatinda Ugurlar..


    • .....
    • Xəbərlər: 270
    • Şərhlər: 3042
    • İCQ:


    • bali hec yemirem hec sevmiremde amam maraqli xebere ve meslehete gore cox sagolun


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • heccc xosum gelmirr baldan 27


    • Xəbərlər: 0
    • Şərhlər: 136
    • İCQ:

    • ELEN))
    • 27 mart 2014 13:04
    •  

    • BAL HAQQINDA OXUMUSDUM TEKRARLAMIW OLDUM TESEKKURLER...

    • --------------------------------------------
      Sənin hərisliyin mənim biraz tərsliyim var..Sənnən öyrəndiyim yalanlardan dərsliyim var.Boğulanda gözyaşlarinda bilki gəlirəm qarşına.Mən unutmadım olanları, nifrətimə görə bağışla...

    • ELEN
    • Xəbərlər: 114
    • Şərhlər: 1361
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III