Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Çatlayan dodaqlar üçün məsləhətlər

  • Müəllif  Suzi

 

Dodaq üçün masaj: Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin.

Dodaq üçün balzam: Tez-tez soyuqdəyməyə məruz qalıb «uçuqlayan» dodaqlara əlavə müdafiəni xüsusi balzamla təmin edə bilərsiniz: 4 damcı şirin badam yağı və 1 damcı çayağacının efir yağından hazırlanmış məhlulu hər gün dodaqlarınıza sürtsəniz, effektini dərhal görəcəksiniz.
Dodaq üçün maska: Küçədə dodaqlarınızı yalamayın, bundan onlar daha çox çatlayır və qanayır. Əgər dodaqlarınızda çat əmələ gəlibsə, çalışın bir müddət pomadadan istifadə etməyin. Yatmazdan əvvəl bal və badam yağından maskalar edin.
Gigiyenik pomada: Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə makiyaj və gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.

Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.

Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.

Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar.

Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.
Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.

Üz üçün vanna
Əgər üz dəriniz qabıq verirsə, quru otlarla 5-10 dəqiqəlik buxar vannası (2-3 xörək qaşığı çobanyastığı, nanə və ya dəvədabanı) qəbul edin. Quru otları 1-2 stəkan suya töküb 3-5 dəqiqə qaynadın, sonra üzünüzü buxara verin, sonra isə dəsmalla qurulayıb bir yumurtanın ağını bir çay qaşığı balla yaxşıca qarışdırıb üzünüzə çəkin. 5 dəqiqədən sonra barmaqlarınızın ucu ilə üzünüzü döyəcləyin. Çalışın dərinizi ora-bura tərpətmədən basma hərəkətləri edəsiniz. Sonra üzünüzü sərin su ilə yaxalayın və dəri tipinizə uyğun olan maskanı çəkin. Bu prosedur ölmüş hüjeyrələri təmizləməklə yanaşı, yorğunluq izlərini aradan qaldıracaq


Oxşar mövzular:
  • Qızlar bilməyiniz məsləhətdir!
  • Çatlayan dodaqlara qulluq
  • dodaglara qulluq
  • Dodaqlara qulluq
  • Soyuq havada atlam dodaqlara qulluq


  • 6 şərh


    • mence tekrar xeberdi tesekkurler

    • --------------------------------------------
      1395923341-310.jpg

    • Mira
    • Xəbərlər: 44
    • Şərhlər: 777
    • İCQ:


    • canim cox sagol xebere gore uzum qabiq vermir ve dodaqlarimda catlamir heleki sonuna qeder bele olar inwallah

    • --------------------------------------------
      Çox Yalnızam BU Aralar ♥ :/
    • JaLe
    • Xəbərlər: 12
    • Şərhlər: 320
    • İCQ:


    • DODAQLARIM CATLAMIR TEWKEURLERRRRR


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • bu xeberler tekkrardiyee


    • sweet girl
    • Xəbərlər: 0
    • Şərhlər: 1644
    • İCQ:


    • meslehetlere gore tesekkurler ama heleki dodaqlarim catlamir :)


    • Xəbərlər: 0
    • Şərhlər: 136
    • İCQ:


    • meslehete gore tewekkurler...

    • --------------------------------------------

    • vuska
    • Xəbərlər: 88
    • Şərhlər: 422
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III