reklam
Vətən Vətən https://take.az/uploads/posts/2020-10/thumbs/1603092303_loading.az_tumblr_e02e31ec40b5e02f9fca9ea69e5f1307_0310d91b_1280.jpg
Луна

Луна Şeirlər 19-10-2020, 20:00

Vətən

Vətən
(Füzuli, 1992. Photo by Khalid Askerov)


Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə — kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm.

Səni heca-heca oxşayıram mən,
Səni heca-heca əzizləyirəm;
Əlim ürəyimin üstündə hərdən
Şəhərdən-şəhərə gümüş qanadla
Göydə uça-uça əzizləyirəm.


Dağında vüqarlı qartal oluram,
Dünya ayağımın altında qalır…
Səndən uzaqlarda xəyal oluram
Həsrətdən gözümün kökü saralır.
Görüşə tələsən cavanlar kimi,
Saata baxıram qatarlarda mən.
Ən əziz, müqəddəs ünvanlar kimi,
Köksümün altında uyuyan Vətən!

Axırsan çay kimi damarlarımda,
Çopur qayana da qaynayır qanım.
Böyüklü-kiçikli arzularım da
Adınla bağlıdır, Azərbaycanım!
Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm.

— İsa İsmayılzadə.

Vətən

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 283 303 294 270 278

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.