Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Dünyada ilk planşeti kim hazırlayıb?

  • Müəllif  Asef

2010-cu ildə Apple şirkəti iPadin birinci nəslini nümayiş etdirib. Planşetlərin tarixi məhz bu tarixdən hesablanır. Amma iPad planşetindən 9 il əvvəl bu qurğuların birinci modeli buraxılıb.
 
 2001-ci ilin əvvəllərində Nokia şirkəti 1000 ədəd M510 qurğusu buraxıb. O zaman bu qurğu veb-planşet adlandırılıb, amma Nokia şirkətinin mühəndisləri onu kütləvi istehsal etməyiblər, çünki bazar hələ bu cür qurğulara hazır deyildi.
 
Nokianın mühəndisi Eko Yuliruusi deyir ki, o zaman şirkət bu cür qurğuların perspektivini görmədiyinə görə, kütləvi istehsal edilməyib. Planşet və smartfonlar dövrü başladıqda isə M510 konsepsiyası artıq köhnəlmişdi.
 
Yaxın vaxtlara kimi M510 haqqında heç nə məlum deyildi. Nokia şirkətinin planşet hazırlaması haqda məlumat ilk dəfə Devid Kordun The Decline and Fall Nokia adlı bioqrafik kitabında dərc edilib, amma kitabda qurğu haqqında ətraflı məlumat yoxdur. Kord yazır ki, 2001-ci ildə qurğu rəhbərliyə tanıdılmışdı, amma bundan 45 dəqiqə sonra bu cihaz tarixin bir hissəsinə çevrilib.
 
Hazırda təxminən 130 Nokia M510 qurğusu qalıb, digərləri məhv edilib. Yuliruusi deyir ki, layihənin dayandırılmasından sonra planşet mühəndisləri komandasından bir çox üzv şirkəti tərk edib və 9 il sonra Nokiaya qayıtdıqda iPad və müasir dövrün başqa qurğularına qarşı yenilik təqdim etməyib. Yuliruusi deyir ki, o, elə 2001-ci ildə Nokianı tərk edərək tezliklə Networker şirkətini təsis edib və hazırda da orda işləyir. 

 




Oxşar mövzular:
  • Apple iPhone üçün yeni modul buraxacaq
  • Samsung Galaxy Core Advance satılacaq
  • Microsoft-un kompüteri ucuzlaşdı
  • Bu da yeni iPad - VİDEO
  • 2020-ci ilə bütün ev qurğuları internetə bağlı olacaq


  • Gerİ dön


    5 şərh


    • menimde var twk maraqlidi tab 3


    • Xəbərlər: 1
    • Şərhlər: 30
    • İCQ:


    • menimde varimdi plansetim amma nezaman hazirlandigini cixdigini bilmirdim oyrendim tekwuelerrr


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • lazim deyil bele seyhler mene amma tsk cok sagolun

    • --------------------------------------------


    • S
    • Xəbərlər: 48
    • Şərhlər: 1730
    • İCQ: 5


    • Məlumat üçün təşəkkürlər.


    • Gizem
    • Xəbərlər: 5
    • Şərhlər: 106
    • İCQ:


    • menimde plansetim var amma samsunqdu galaxs tab 2

      xebere gore TWS

    • --------------------------------------------
      Ən hündür yer gözlərimdir
      Düşənin tikəsi belə tapılmir
    • Maryam
    • Xəbərlər: 13
    • Şərhlər: 855
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2022    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Style I Style II Style III