Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Braziliya ödənişli TV bazarının lideridir

  • Müəllif  Asef

 

Cənubi Amerika regionu 2014-cü ilin birinci rübünü 63,7 milyon ödənişli televiziya abunəçisi ilə başa vurub ki, bu da əvvəlki rübdən 2 faiz çoxdur. Bu barədə Dataxis konsaltinqşirkətinin hesabatında deyilir.
 
Şirkətin məlumatına görə, qeyd olunan üç ay ərzində maksimal artımı Venesuela (2,7 faiz), Braziliya (2,5 faiz), Kolumbiya (2,1 faiz) və Meksika (1,5 faiz) nümayiş etdirib. Braziliya 18,46 milyon tamaşaçı ilə regionun ödənişli televiziya bazarının lideri olaraq qalır. İkinci yerdə Meksika (15,56 milyon), üçüncüdə Argentina (8,4 milyon) qərarlaşıb.
 
 Braziliyanın Anatel telekommunikasiya tənzimləyici orqanının məlumatına görə, 2014-cü ilin mayın sonunda Braziliyada 18,76 milyon ödənişli televiziya abunəçisi qeydə alınıb. Yerli bazarda AmericaMovil operatoru 53,5 faizlik bazar payı ilə liderdir, ikinci yerdə 29,74 faizlə Sky/DirecTV şirkətidir.Oi və GVT şirkətləri hərəyə 5 faizlik paya sahibdir.
 
Cənubi Amerikada Braziliya, Meksika və Argentina ilə yanaşı, Çili bazarı da iri ödənişli TV bazarı hesab edilir. 2014-cü ilin birinci rübünün sonuna bu ölkədə 2,6 milyon ödənişli TV abunəçisi qeydə alınıb ki, bu da bir il əvvəlin analoji dövründən 16,6 faiz çoxdur. Ölkə ərazisində belə servislərin nüfuzetmə səviyyəsi artım imkanlarını qorumaqla 47 faiz səviyyəsində olub.
 
Çilinin peyk seqmentinin abunəçilərinin sayı regionda üstünlük (1,32 milyon TV abunəçi) təşkil edir. Kabel seqmentində də abunəçilərin sayı təxminən eynidir (1,3 milyon). Yerli tənzimləyici orqanın məlumatına əsasən, Çilinin peyk TV bazarının həcmi 300 min istifadəçi artıb. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə artım 53 min təşkil edib.
 
Bundan başqa, cari ilin birinci rübünün sonuna Argentinada rəqəmli televiziya servislərinə qoşulmuş 2,37 milyon ev təsərrüfatı olub. Argentinada rəqəmli TV infrastrukturu ölkə ərazisinin 82 faizini əhatə edir, yerli hökumət televiziyanın rəqəmləşməsində və dekoderlərinyayılmasında fəal roloynayır. Ölkədə rəqəmli TV-dən hələlik televiziya abunəçilərinin yalnız üçdə bir hissəsi istifadə edir.
 
Digital TV Research şirkətinin aprel proqnozuna görə, Cənubi Amerika yaxın illərdə dünyada ödənişli TV bazarının ən perspektivli bazarı olaraq qalacaq. Belə ki, 2020-ci ildə regionda belə servislərin nüfuzetmə göstəricisi 2010-cu ildəki 18,1 faizdən 94,5 faizədək artacaq. 2020-ci ilədək regionda ödənişli televiziya xidmətlərindən istifadə edən 157 milyon ev təsərrüfatının olacağı gözlənilir.
 
Həmçinin 2020-ci ildə Cənubi Amerikada ödənişli TV mədaxilinin 4,5 milyard dollar artacağı proqnozlaşdırılır (2013-cü illə müqayisədə 24,7 milyard dollaradək). Daha həcmli seqment peyk TV seqmenti olacaq: 2020-ci ildə mədaxil 2013-cü ildəki 14,2 milyard dollarla müqayisədə 17,6 milyard dollara çatacaq. Kabel seqmentinin4,8 milyard dollardan 6,1 milyard dollaradək artacağı proqnozlaşdırılır.
 


Oxşar mövzular:
  • Fişinq və oğurluq çoxalır
  • Çinin Apple-i sürətlə inkişaf edir
  • Smartfonlar kompüterləri üstələyəcək
  • İnternetə qoşulanların sayı artacaq
  • Planetin ən varlı kulubları


  • Gerİ dön


    6 şərh


    • hmm tewekkurler

    • --------------------------------------------
      İnsan yıkılırken bıle "Lamelif" gibi devrilmeli bükülmeden.( لا )
      İnsan sevdiğine atılan kurşunları "Cim" gibi alabilmeli bağrına. ( ج )
      İnsan sırtına dağlar yüklendiğinde "Elif" gibi dimdik durabilmeli. (ا ).
      İnsan bir ömür "Kef" gibi sevdiğini kucağında taşıyabilmeli. (ك)
      İnsan sevdiğine ölürken bile "Te" gibi tebes...süm edebilmeli. (ت )
      İnsan bir tek RABB karşısında "Mim" gibi secdeye koymalı başını.. ( م )

    • Zayinkaaaaaaa
    • Xəbərlər: 110
    • Şərhlər: 1561
    • İCQ:

    • sofia
    • 19 iyul 2014 14:35
    •  

    • Sitat: hostinka
      xebere gore twk


    • sofia
    • Xəbərlər: 112
    • Şərhlər: 1517
    • İCQ:


    • xebere gore twk


    • efsane
    • Xəbərlər: 0
    • Şərhlər: 1144
    • İCQ: 5624


    • xebere gore minnetdaram

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:


    • Xəbərə görə təşəkkürlər

    • --------------------------------------------


      Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş^_^

      Kraliça hep benim buralarda.!! ♔


    • N.A
    • Xəbərlər: 172
    • Şərhlər: 1757
    • İCQ:


    • Xebere gore saol..........

    • --------------------------------------------
      Goyde axtarib da yerde tapdigim olmadi hec..
      Ama yerde axtarib goyde tapdiqlarim cox oldu......
    • ❤FeRidE❤
    • Xəbərlər: 108
    • Şərhlər: 2405
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2022    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Style I Style II Style III