reklam
Ən qədim titanozavr qalıqları AŞKARLANDI Ən qədim titanozavr qalıqları AŞKARLANDI https://take.az/uploads/posts/2021-03/thumbs/1615624417_loading.az_12-33-05-151e4818-37e0-3c4f-a117-8efefd903a15_850.jpg
Kənan Heydərov

Kənan Heydərov Maraqlı 13-03-2021, 17:00

Ən qədim titanozavr qalıqları AŞKARLANDI

Ən qədim titanozavr qalıqları AŞKARLANDI
Argentinanın cənubunda yerləşən Pataqoniya bölgəsində dünyanın ən qədim titanozavr qalıqları aşkarlanıb.

LoADiNG.Az
AFP-yə istinadən xəbər verir ki, "Ameghiniana" nəşrində dərc olunmuş tədqiqata əsasən, 140 milyon il əvvəl yaşadığı güman edilən 65 fut (20 metr) uzunluğunda titanozavrın (Ninjatitan zapatai) cəsədi Neuken əyaləti ərazisində 2014-cü ildə aparılmış qazıntılar zamanı aşkarlanıb.

"Bu tapıntının əsas əhəmiyyəti titanozavrların yeni növü olmasından savayı, həm də bu qrupun dünya boyu ən qədim təmsilçisi olmasıdır"
, - La Matanza Universitetinin tədqiqatçısı Pablo Qallina bildirib.

Açıqlamaya görə, təbaşir dövrünün (Cretaceous period) əvvəllərinə aid olan yeni tapıntı titanozavrların əvvəlki mülahizəyə nisbətən xeyli əvvəl yaşadığını ortaya çıxarır.

Titanozavrlar Yer kürəsində bütün zamanların ən böyük heyvanı olduğu güman edilən, bitkilə qidalanan nəhəng kərtənkələlər olan Sauropod alt qrupuna aid edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 168 177 146 173 179

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.