Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Fərqli düşünürsənsə təksen...

Fərqli düşünürsənsə təksen...


Sakit bir musiqi dinləməyə başlayıram. İndi çox sakitlikdi... Otaq sakit, küçə sakit, hər kəs susub sanki hər şey susub sanki... Bir tək musiqi səsi gəlir qulaqlarına və yaşayırsan o musiqini. Kimiləri yatıb, kimiləri oyaqdı,hər kəs bir-birindən xəbərsiz bir gecədə yaşayır.Kimiləri gülür, kimiləri sevinir, kimiləri kədərlidi, kimiləri dərd çəkir, kimiləri sevdi deyə sevinir, özünü xoşbəxt hiss edir, kimisi isə ayrıldı deyə kədərlidi. Gecələr susqunluqlar üçündür bəlkə də, ya da yox, gecə dərdlər üçündür... Sən susarsan dərdlərin danişar, ürəyindəki yaralar fikrinlə, düşüncənlə danişar. Bu həyatda nələrə sahib olduğun, nələrə nail olduğun, nələr etdiyini, nələr edəcəyini düşünürsən. Sabahını düşünürsən, yaşadığın bu gecəni düşünürsən, özünü tənha hiss edirsən. Hər kəs tənhadı amma yenə də sən özünü hər kəsdən kənarda hiss edərsən. Səhər açılar, bəzən gülüşünlə, bəzən isə kədərinlə açılar. Günlər davam edər, saat öz əqrəbləri ilə zamanı döndürər, zaman gedər, sən də gedərsən. Kimləri həyatından gedər, kimiləri başqalarından gedib sənə gələr. Həyat davam edər, yaşadıqca anlayarsan bu həyatı, yaşadıqca öyrənərsən gerçəkləri. Seçimlər, ağılsızlıqlar, düşüncəsizliklər səni məhv edər. Yaşayarsan... Zamanla öyrənərsən hər şeyi. Bəzən öz-özümə düşünürəm ki, bəlkə sərt biri olum?! Amma sonra yadıma qəlbimin qırıntıları düşür pis oluram. Heç kimi üzməyim deyirəm. Çalışıram ki, xoş görünüm, bacardığım qədər heç kimi incitməyim. Səmimi oluram, hər şeyi unudub dəyər verməyə başlayiram.Sanki, yeni bir həyat qurursanmiş kimi yaşayarsan, saatlar keçər, günlər keçər və o, heyatindan ötüb keçənlər sırasına gələr. O, da gedər... Yenə düşünərsən, yenə tək qalarsan. Bir daha bu səhvləri etməyəcəm, deyə özünə söz verərsən amma sabah yenə də başlayarsan bu həyatda etmerem dediklerinde baş rolda oynamağa. Oynayarsan, yenə də olan sənə olar, yenə də yaşamında problemlər yaranar. Mən bəzən özümdən yazmaq istəyirəm, bəzən isə özümü anlatmaq üçün sözlər tapa bilmirəm. Bəlkə bu həyatda ən pis insan elə özüməm. Sadəcə xoş görünən bir üzüm olsa da əslində hər kəsdən gizlətdiyim gerçəklərim var mənim. Mən yaxşı görünməyə çalişan bir insanam. Hər kəs kimi yalnız üzdə görünən xoş bir maskam


Oxşar mövzular:
  • Statuslar
  • 13 Fevral....
  • Həyatın 8 qızıl qaydası
  • Hər insan rahatlıq gətirir; Kimiləri gəlincə, Kimiləri gedincə...
  • ''Anlayana'' mənali sözlər


  • Gerİ dön


    12 şərh


    • Sitat: Seray kaya
      Maraqli yazidi twk

    • --------------------------------------------
      Gülüşünə yağış damcısı dəysə şeir olar
      Bunu bir mən bilirəm bir də göy üzü

    • Princess
    • Xəbərlər: 99
    • Şərhlər: 2171
    • İCQ:


    • Maraqli yazidi twk


    • Xəbərlər: 23
    • Şərhlər: 1156
    • İCQ:

    • google
    • 17 noyabr 2014 14:42
    •  

    • maragli yazi idi tewekkurler 04

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:


    • Yazinin muellifini xeberde yazmagi unutmusam uzr istetirem.Sexsi yazim deyil,muellif Huseynov Servan..

    • --------------------------------------------
      ....bayraminiz mubarek)))
    • Aida
    • Xəbərlər: 15
    • Şərhlər: 251
    • İCQ:


    • maraqli yazidi bilmirem oz duwuncelerivizdi yoxsa hardansa goturmusuz, ama yenede bunu yazan oz duwuncelerini yazib.
      mende bezen yazira darixanda sixilanda ozumu tek hiss edende yazmag gozeldi insani rahatladir herkes sixilanda bir wey eder ozunu briweyle rahatladar yazmagda en gozel usullardan biridi boluwursen ureyindekileri ureyini bowaldirsan.....


    • G.U
    • Xəbərlər: 33
    • Şərhlər: 1227
    • İCQ:


    • Sitat: Franz Kafka
      Yazinin muellifi kimdi???
      Yazi maraqlidi

      salam email nece gonderilir sual ve problemler bolmesinde yazanada cavab gelmir

      Sitat: ayaz ve oyku
      Sitat: Franz Kafka
      Yazinin muellifi kimdi???
      Yazi maraqlidi

      salam email nece gonderilir sual ve problemler bolmesinde yazanada cavab gelmir

      uffffffffffffffffffffffffffffffffffffffff

    • --------------------------------------------

      Arxamca aktyorluq edenler bılmırkı kınonun rıjıssoru ozumem!
    • ehli beyt asiqi
    • Xəbərlər: 216
    • Şərhlər: 2426
    • İCQ:


    • . Kimləri həyatından gedər, kimiləri başqalarından gedib sənə gələr. Həyat davam edər


    • Leyluş
    • Xəbərlər: 18
    • Şərhlər: 161
    • İCQ:


    • . Kimləri həyatından gedər, kimiləri başqalarından gedib sənə gələr. Həyat davam edər
      hmm maraqli yazidi.. kimse yene eyni heyati yasayib..getsinlerde. basqalarindan cixib gelmesinler daha. yer yoxdu ))) evde neceyem ele coldede eleyem..hech kimi incitmek isdemerem.ama olur.. mecbur edirler ki, ele incit :) neysee
      tesekkur

    • --------------------------------------------
      *****************************************************

      Bir gun men verdiyim soyuq salamdan..Alisib yanarsan Ehtiyyatli ol...

    • AliCe_WonDer
    • Xəbərlər: 121
    • Şərhlər: 897
    • İCQ:


    • men bunu oxumusdum ama burda diyesen yarimciqdi Aida_Huseynova saqolsun davamini verdi saol


    • NaKoO_O
    • Xəbərlər: 24
    • Şərhlər: 714
    • İCQ: 789456


    • ...Çünki evdə yalançı gülüşlə görünmək olmur. Evdə insan təbii, olduğu kimi davranır. Anan, atan, sevdiyin və doğma insanlar yanında olur. Kədərli olanda onlar da kədərli olar, gülərsən onlar da gülər. Həyatın necə rəngli olduğu evə girərkən anlayarsan. Və sonra gecə gələr... Sən düşünərsən, sevgili, dost, hər kəsin səni atıb getdiyini düşünərsən. Axtarışa çıxarsan biri gəlsin dərdini danışasan və hemin insanı taparsan,səmimi söhbət edərsən, hər kəsin sənə etdiyi pisliklərdən danışarsan. Öz-özünə təsəlli verərsən, xoş sözlərə aldanarsan. İnanarsan, günlər keçər darıxarsan nələr danışdığını heç bilmərsən. Və bir gün gələr görərsən ki, o insan da seni unudur, o da gedir. Yenə özünə qapanarsan, ne edim Allahim? deyə düşünərsən. Amma düşüncələrin susar, sən susarsan. ürəyin susar. Hər şey yenə də sükuta qerq olar... Axtarışlar səbəbsizdi, yalvarışlar boşunadı, ümidlər boşdu. Arzular, istəklər boş olar, hər şey boşalar bu həyatda. Sonra yenə dərdləşməyə birini axtararsan. Kimi kimə deyim? Kimə danışım? Birilərinə yazarsan necəsən? - deyə soruşar. Yaxşı olduğunu deyərsən, hər kəsə danışdığın həyatını yenə danışarsan, boş ver deyər, hər şey boşdu deyər, o boşluqlar səni boğar ... Neçə insanlar gördüm etibarlılıqdan danışıb etibarsızlıqlarını sübut etdilər, neçə insanlar gördüm yaxşı ki, varsan deyib səni yox olanlardan etdi. Allahım, mən nələr gördüm? Allahım, kimə danışım? Allahım, sənə sığınıram amma carəni sənin bəndəndə axtarıram. Allahım, yazsam heç bitməz ki, bu sözlər, yazsam heç boşalmaz ki, ürəyim, yazsam dərdlərim bu yazı ilə bitməz ki... Mən yazmasam əllərim yazar. Amma... amma.. Ammalar heç bitməz, kaşkilər heç bitməz və yenə hər zamankı kimi öz-özlüyündə susarsan.......


      Buda yazinin davamidir.Kesilmisdi..

    • --------------------------------------------
      ....bayraminiz mubarek)))
    • Aida
    • Xəbərlər: 15
    • Şərhlər: 251
    • İCQ:


    • hamisin oxudum eladi insani duwuduren xarakterlidir twklararrr


    • Lale
    • Xəbərlər: 1
    • Şərhlər: 74
    • İCQ:


    • Mən yaxşı görünməyə çalişan bir insanam. Hər kəs kimi yalnız üzdə görünən xoş bir maskam

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Avqust 2022    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III