Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


200 min insanın canını alan Sunami anıldı

  • Müəllif  Asef

200 min insanın canını alan Sunami anıldı

 

Asiyada 200 min nəfərin ölümünə səbəb olan Hind Okeanı sunamisinin 10-cü ildönümü ilə əlaqəli sahillərdə anım mərasimləri, sükut dəqiqələri və dini ibadət mərasimləri keçirilib.

 

 böyük dalğa Hind Okeanı sahilində yerləşən bir sıra ölkəyə zərər verib. Miladdan bir gün sonra baş verən bu hadisə nəticəsində bütöv sahil icmaları  dağılıb, orada yaşayan ailələr məhv olub, daha sonra turistlərlə dolu çimərliklər məhv olub.

 

Bu fəlakət 9.1 gücündə olan zəlzələ nəticəsində baş verib. Zəlzələ nəticəsində böyük dalğalar çox yüksək sürətlə Şərqi Afrikaya qədər bütün Hind Okeanı boyu dağıntıya səbəb olub. Zəlcələ elə güclü olub ki, nəticədə Yer kürəsinin oxu bir neçə santimetr tərpənib.

 

Ən çox zərər görən yer isə İndoneziyanın Aceh vilayəti olub. Acehdə cümə günü anım mərasim keçirilib. İndoneziyanın vitse-prezidenti Yusuf Kalla bu fəlakətdən sonra dünya xalqlarının birlik əldə etdiyini deyib:"Bu anım mərasimi sadəcə sunamidə həyatını itirənlərə dua edib və  dünya xalqlarına təşəkkür etmək üçün deyil, bu həm də bizim bir problemi həll etmək yolunu öyrənmək üçündür. Sunamidən aldığımız dərs isə insanların necə bir araya gəlib, çətin bir problemi həll etmələri oldu.”

 

Sunaminin zərər verdiyi bəzi regionlarda hələ də bərpa işləri aparılır. Regionlarda yenidənqurma işləri üçün 13 milyard yardım toplanıb.

 

Sunami Acehdəki separatçı üsyançıların orada yenidən bir həyat qurmaqları üçün silahlarını yerə qoymasına səbəb olub. Fəlakət 30 ildir İndoneziyaya 15 min insan həyatı bahasına başa gələn qiyamın başa çatmasına yardım edib.

 

İndoneziya 160 min insanın ölümü ilə sunamidən ən çox zəzər çəkən ölkə olub. Tailand və Şri-Lankada da minlərlə insan dünyasını dəyişib.



Oxşar mövzular:
  • Sakit okeanda Sunami təhlükəsi elan edilib
  • Sualtı Wi-Fi şəbəkəsi olacaq
  • “Titanik”in sirri nədir?
  • Yaponiya: dəhşətli sunamidən sonra və indi [Photos]
  • Azərbaycanda da Güclü zəlzələ ola bilər


  • Gerİ dön


    4 şərh


    • Allah uzağ eləsin!


    • Aşk Pişiyi
    • Xəbərlər: 3
    • Şərhlər: 396
    • İCQ:


    • olenlere Allah rehmet elesin

    • --------------------------------------------

    • nicky
    • Xəbərlər: 87
    • Şərhlər: 1677
    • İCQ:


    • Allah rehmet elesin.


    • Fidan
    • Xəbərlər: 0
    • Şərhlər: 108
    • İCQ:


    • olenlere rehmet

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III