Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycanlı iş adamı ən varlı türklər siyahısında

  • Müəllif  Admin

 

Azərbaycanlı iş adamı ən varlı türklər siyahısında

 

"Forbes" dünyanın ən varlı türklərinin adını açıqlayıb.

 

Lent.az-ın anspress-ə istinadən məlumatına görə, bu il 10-cu dəfə hazırlanan siyahıda 100 nəfərin adı var. İş adamlarının sərvətinin ümumi həcmi 100 milyard dollardan çoxdur.

 

Siyahıda 18 yeni milyonçunun adı var. Ötən il olan ən varlı qadınların sayı 7 olsa da bu il bu rəqəm 5-ə düşüb.

 

Siyahının birinci pilləsində Murat Ülker qərarlaşıb. Onun ümumi sərvəti 4,4 milyard dollardır. 56 yaşlı iş adamının 3 övladı var. O, ötən il də "Forbes"in siyahısında lider idi. İkinci sırada isə Hüsnü Özyeğinin adı gəlir. Onun sərvəti 2,7 milyard dollardır. 70 yaşlı iş adamı 2007-ci ildən bu yana siyahıların ilk üçlüyündə yer alır.

 

İlk üçlüyü qadın iş adamı qapayır. Semahat Sevim Arselin 2,6 milyard dollar sərvəti var. Onun 86 yaşı var.

 

Siyahıda Azərbaycandan olan iş adamının da adı var. Söhbət Mübariz Mənsimovdan (Qurbanoğlu) gedir. O, 20-ci pillədə qərarlaşıb. "Palmali" şirkətlər qrupunun qurucusunun sərvəti 1,3 milyard dollar qiymətləndirilir. Bakıda doğulan 47 yaşlı iş adamının 3 övladı var.



Oxşar mövzular:
  • Varlılar da ağlayır
  • Planetin ən varlı kulubları
  • Milyarderlərin yeni siyahısı
  • Mübariz Mənsimov “Ən varlı 100 Türk” siyahısında 29-cudur
  • Məşhur brendlərin adları açıqlandı - SİYAHI


  • Gerİ dön


    1 şərh


    • lap yaxşı tebrikler

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III