Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycanda siqaret çəkməyi tərgitmək istəyən şəxslər üçün xüsusi kabinet fəaliyyətə başlayacaq

  • Müəllif  Admin

 


Gələn aydan başlayaraq, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "Qaynar xətt" fəaliyyətə başlayacaq.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar.
Layihə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq tətbiq olunacaq.
Sözügedən işin təkmilləşdirilməsi məqsədi ilə İSİM-in nümayəndələri Moskvada keçiriləcək "Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminarda iştirak edəcəklər.
Səfərdə məqsəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunun və Rusiyanın "Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi” sahəsində əldə olunan beynəlxalq təcrübənin Azərbaycana uyğun modelini İSİM-də açılacaq kabinetin fəaliyyətində tətbiq etməkdir.
2 ay davam edəcək pilot faza ərzində yaradılan kabinetin və qaynar xəttin hər birində bir mütəxəssisin işləməsi nəzərdə tutulur. Hal hazırda İSİM-in ambulator şöbəsində müvafiq kabinet yaradılmış, xüsusi telefon xətti ayrılmış və çalışacaq mütəxəssislərə tütündən istifadənin dayandırılması və asılılığın müalicəsinə dair metodik təlimatlar əsasında 3 günlük təlimlərin keçirilməsinə başlanılmışdır.
Fəaliyyət çərçivəsində İSİM əhaliyə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın aradan qaldırılmasına, tütündən asılılığın müalicəsinə dair milli mütəxəssis potensialının gücləndirilməsinə və qeyd olunan tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcək.
Pilot layihənin müddəti başa çatdıqdan sonra görülmüş işlərin qiymətləndirilməsi və gələcəkdə tütündən imtina kabineti və qaynar xəttin davamlı fəaliyyətdə olması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcək.


Oxşar mövzular:
  • Hemofiliyalı xəstələr üçün yeni tədbirlər proqramı təsdiqləndi
  • Maneə varsa, zəng edin - sahibkarlar üçün "qaynar xətt" yaradıldı
  • Özəl tibb fəaliyyəti ilə bağlı yeni qaydalar olacaq
  • Dərmanların keyfiyyətinə nəzarət gücləndirilir
  • Evlənmək istəyənlər mütləq oxusunlar


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Azeri balasi123
           Нет
    Şərhləri: 83
     
    alexandra
           Нет
    Şərhləri: 23
     
    Menasiz Dunyam
           Нет
    Şərhləri: 15
     
    REQSANE-1
           Нет
    Şərhləri: 15
     
    Aylin...
           Нет
    Şərhləri: 11
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 8
     
    Fidan_123
           Нет
    Şərhləri: 5
     
    EL.MİX
           Нет
    Şərhləri: 5
     
    AYSENIM
           Нет
    Şərhləri: 5
     
    DaniselBap
           36259695
    Şərhləri: 4
     
    «     May 2017    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Yene Qariwiq

    Yene Qariwiq

    9-05-2017, 13:45

    Online Fhoto

    Online Fhoto

    27-03-2017, 12:44

    Style I Style II Style III