Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dəri və zamşa ayaqqabıların ömrünü belə uzadın - FOTO

  • Müəllif  Admin
Dəri və zamşa ayaqqabıların ömrünü belə uzadın - FOTO

Yağışlı havada ayaqqabılar tez çirklənir, dolayısı ilə tez korlanır.

Bu yazıda oxucuları dəri, zamşa, laklı ayaqqabıların ömrünü uzadan kiçik hiylələrlə tanış edirik.

Zamşa ayaqqabıları təmizləmək üçün

Dırnaqları qaydaya salan bıçqı sayəsində zamşa ayaqqabıları səliqə ilə təmizləmək olar.

Dəri ayaqqabını təmizləmək üçün

Dəri ayaqqabıya düşən ləkəni sirkəyə batırılmış fırça ilə silmək olar. Ayaqqabıdakı çirk quruyandan sonra onu şotka ilə təmizləyib quru və təmiz əsgi ilə silin, sonra krem çəkib yenidən şotka ilə təmizləyin.

Laklı ayaqqabının təzə görünməsi üçün

Laklı ayaqqabının üstünə düşən ləkəni vazelinə batırılmış çubuq pambığın köməyi ilə silin. Parıldaması üçün isə şüşələrin təmizlənməsində istifadə etdiyiniz vasitəni tətbiq edin. Yeri gəlmişkən onu da qeyd edək ki, şəxsi maşınınız yoxdursa, pis havada laklı ayaqqabı geyinmək tövsiyə olunmur. Bununla siz ayaqqabının daha tez korlanmasına şərait yaratmış olursunuz.

Cızılmış dəri ayaqqabını necə bərpa etməli

Əriyən qar ayaqqabını korlayır. Qarda gəzəndən sonra ayaqqabınıza yağlı krem çəkib təmizləyin. Əgər yanınızda xüsusi vəsaitlər yoxdursa, onda nəmləndirici kremlərdən istifadə etmək olar. Losyona batırılmış balaca salfet və ya parçanı ayaqqabını sürtməklə onun əvvəlki görüntüsünü qaytarmaq olar.

Kedlərin qoxusunu neytrallaşdırmaq üçün

Məşqdən və ya uzun gəzintidən sonra kedlərə istər-istəməz qoxu hopur. Bunun qarşısı almaq üçün içinə azca soda töküb yaxşıca silkələyin.

Ayaqqabı vurmasının qarşısını almaq üçün

Əgər dikdaban ayaqqabınız ayağınızı vurur və sıxırsa, bir neçə gün əvvəlcədən içinə buz paketləri yerləşdirin. Lakin bu üsulu laklı ayaqqabılara tətbiq etmək olmaz

Kedlərin ideal ağlığını qorumaq üçün

Yuyucu vasitə ilə sodanı kasaya töküb qarışdırın. Sonra kedləri diş fırçası ilə təmizləyin.

Zamşa ayaqqabıları təmizləməyin yolları

Çox çirklənmiş zamşa ayaqqabılarını süngər vasitəsilə ilıq sabunlu su ilə təmizləyin. Sonra şotkanı sirkə qatılmış suya batırıb təmizləmək lazımdır. Sonda təmiz quru əsgi ilə silib buxarın üstünə tutun. Əgər zamşa ayaqqabıya yağ ləkəsi düşübsə, onu benzinlə təmizləyin. Zamşa ayaqqabılarda əmələ gələn ləkələri təmizləməyin digər əlverişli yolu pozandır.

İslanmış ayaqqabını qurutmaq üçün

Əgər ayaqqabı islanıbsa, onu nəm əsgi ilə silmək və qəzet kağızı ilə doldurmaq lazımdır. Qəzet nəmi özünə çəkir və ayaqqabı tədricən quruyaraq, öz formasını saxlayır. Ayaqqabını otaq temperaturunda qurutmaq lazımdır. Heç vaxt nəm ayaqqabını odun yanında, mərkəzi istilik batareyasında, yaxud başqa istilik mənbələrinin yanında qoymayın. Bu hallarda dəri həddindən tez quruyur, büzüşür və çatlayır.

Ayaqqabını quru, sərin yerdə saxlayın. Əgər ayaqqabı rütubətli yerdə qalarsa, kif basacaq. Onu təmizləmək üçün benzin çəkin. Ümumiyyətlə, ayaqqabı hər gün təmizlənməlidir. Hər rəngli ayaqqabının öz rəngində kremi və ayrı şotkası olmalıdır. Ayaqqabını vaxtaşırı havaya verməyi və qurutmağı da unutmayın.












Oxşar mövzular:
  • Texnoloji xüsusiyyətlərə sahib idman ayaqqabısı istehsal olundu - FOTO
  • Köhnə ayaqqabılarımızı yeniləyək
  • ayaqqabılar
  • Bu il dəbdə olan dikdaban ayaqqabılar
  • yaz/yay 2012 kolleksiyası [Ayaqqabılar və çantalar]


  • Gerİ dön


    1 şərh


    • men hec qulluq etmirem ayaqqabiya

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3632
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    HarondZiga
           Нет
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Absence Bağışlamır
           Нет
    Şərhləri: 1
     
    Keithbef
           326846464
    Şərhləri: 1
     
    «     İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III