Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Kürəyini 150 minə satdı, öləndə dərisi soyulacaq - fotolar

  • Müəllif  Admin


40 yaşlı İsveçrə vətəndaşı "TİM" ləqəbli Steynerin kürəyindəki döymə tanınmış alman kolleksiyaçı Rik Reinkinq tərəfindən 150 min avroya (təxminən 315 min manat) alınıb.

Steyner öldükdən sonra dərisi soyularaq çərçivəyə qoyulacaq. Onun dərisi üzərində rəsmi belçikalı rəssam Vim Delvoye çəkib. Delvoye həmin zaman donuzların üzərində çəkdiyi rəsmlə məşhur idi.

Rəssamın belə bir şəxsin axtarışında olduğunu sevgilisindən öyrənən "Çərçivə adam" sonradan bunu pula çevirmək qərarına gəlib:

"Sevgilim mənə zəng vurdu və mən də "bəli" cavabını verdim. Dərim hazırda sənət kolleksiyaçısı Rik Reinkinqə aiddir. Mən müvəqqəti çərçivəyəm. Bəziləri bunu bəyənsə də, bəziləri insan haqlarına zidd olduğunu bildirir. Buna köləlik, hətta fahişəlik deyənlər də var. Amma məncə heç də pis fikir deyil".

Steyner ildə ən azı döyməsini 2-3 dəfə sərgiləməyə məcbur olduğunu deyib:

"Keçən il Tasmaniya əyalətindəki Mona qalereyasında ilboyu, həftədə 6 gün və gündə 5 saat olmaqla sərgiləndim. Öncə mənim heykəl olduğumu zənn edirlər, lakin canlı olduğumu görəndə heyrətlənirlər".

Steyner "TİM" adlı döyməsini Danimarka və İsveçrədə də nümayiş etdirəcək.







Oxşar mövzular:
  • Ən qəribə evliliklər - FOTOLAR
  • Yadplanetlilərin izi tapıldı
  • 18 yaşlı çayçı dünyada belə məşhurlaşdı - fotolar
  • Maraqlı hekayə
  • Dağlar mismar kimi yer kürəsini saxlayır


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III