Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ölümün əlamətləri - BUNLARI BİLİRDİNİZ?

  • Müəllif  Admin
Ölümün əlamətləri


Dünyanın məşhur elm jurnalı "New Scientist" Şotlandiyadakı Caledonian Universitetində psixoloq Kaynsia McVeyinin ölümdən son anda dönənlərlə görüşərək apardığı araşdırmaları nəşr edib.

Araşdırmaya görə ölüm anlarında bu əlamətlər özünü biruzə verir:

 

Boğulma: Adam, ilk öncə, böyük çaxnaşma yaşayır. Nəfəsini saxlayır. Ardınca su ciyərlərinə dolduqca yanma hissi duymağa başlayır. Son olaraq hiss etdiyi şey isə sakitlik və dinclik olur. Oksigen ala bilmədiyi üçün beyni bağlanır və ölür.

 

Yanma: Yanıqlar, çox şiddətli ağrıya gətirib çıxarır. Sinir uclarının yanması isə bu ağrı hissini bir müddət sonra aradan qaldırır. Adam bir az hissiyatını itirir. Yanaraq ölən şəxslərin əsl ölüm səbəbi əksər hallarda zəhərli qazların tənəffüs edilməsi və nəfəssizlik olur.

 

Başın qoparılması: Mütəxəssislərə görə başın bədəndən ayrılması sonrası bir neçə saniyə öz funksiyasını davam etdirir. Fransadakı hesabatlara görə 18-ci əsrdə baş kəsmək edamlarında qopan başda 30 saniyəyə qədər üz mimikaları əksini tapır.

 

Yüksəkdən düşmə: ABŞ-dakı Golden Gate körpüsündən tullanan 100 "qurbanın" ağciyərinin sıradan çıxması, ürəyin partlaması və qırıq qabırğaların daxili orqanlara zərər verməsi nəticəsində öldüyü ortaya çıxıb.

 

Elektrik cərayını vurarsa: Elektrik cərəyanı vurarsa, ürək dayanır. 10 saniyə sonra isə şüur fəaliyyətini dayandırır. Ancaq elektrik qoşulmuş masada edam edilən məhkumların ölüm səbəbi, beyinin həddindən artıq qızması, ya da boğulma olur.

 

Qan itkisi: 1.5 litr qan itirən adam özünü halsız, susamış hiss edir. İki litr qan itirildiyində baş gicəllənməsi və şüur itkisi baş verir.

 

İnfarkt: Ürəyin normal ritminin pozulması, ürək atışlarını dayandırır. Beyin fəaliyyətini dayandırır və ölüm reallaşır.

 

Asılma: Yağlı kəndirlə asılaraq boğulma zamanı şəxs 10 saniyə içində şüurunu itirir.

 

Zəhərli iynə: ABŞ-da edamlarda istifadə edilən bu üsul birbaşa ürəyi dayandırır. Araşdırmalar, məhkumların böyük ağrı hiss etdiklərini göstərir.



Oxşar mövzular:
  • Qrip və soyuqdəymə arasındakı fərqlər
  • Acı bibər ölüm riskini 13% azaldır
  • Qanlı göz yaşları
  • Dəmir çatışmazlığının və qanazlığının 10 əlaməti
  • Öləndən sonra bədənimizə nə olur?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III